Vergilər Nazirliyi xəbərdarlıq edib

posted in: Vergi, Xəbər | 0

Əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi haqqında 

2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırıb.

Aparılan təhlillər göstərir ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşür.

Əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunmaqdadır. Bu baxımdan Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əmək haqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib.

May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1.770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.

Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcəkdir.

Qeyd edilməlidir ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1.111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcəkdir.

Eyni zamanda, vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin üstünlükləri

posted in: Xəbər | 0

Malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin üstünlükləri

“Sədərək” Ticarət Mərkəzindəki məşhur mağazalardan birindəyik. Topdan və pərakəndə geyim mağazası kimi fəaliyyət göstərən obyektdə 30-dək alıcı var. Geniş və işıqlı mağazadakı qaynarlıq, alış-verişin yaxşı getdiyi ilk baxışdan diqqəti çəkir. Bir neçə işçi zal boyunca gəzişərək alıcılara seçim üçün kömək göstərir, qiymətlə bağlı sualları cavablandırırdılar. Seçimini etmiş müştərilər isə aldıqları malların dəyərini ödəmək üçün mağzanın giriş qapısının ağzındakı masaya yaxınlaşıb növbə gözləyirlər…

Masanın arxasında müştərilərə iki nəfər kassir xidmət göstərir. Onlardan biri alıcıların səbətlərə yığdığı malları bir-bir nəzərdən keçirərək üzərindəki qiyməti elan edib paltarları paketə yığırdı.

Digər kassir – masanın arxasında əyləşmiş orta yaşlı kişi isə köməkçisinin elan etdiyi qiymətləri xüsusi hazırlanmış kiçik vərəqədə qeyd edir və sonda həmin rəqəmləri kalkulyator vasitəsilə hesablayaraq ümumi məbləği alıcılara söyləyirdi. Aldığı malın dəyərini ödəyən hər bir alıcıya ödəniş qəbzi əvəzinə əl ilə yazılmış kiçik kağız parçası təqdim edilirdi. Mağzanın adı, ünvanı və əlaqə telefonlarının qeyd olunduğu bu kağız parçasında müştərilərə satılan malların adı, sayı və qiymətləri əks etdirilir…

Malların sənədsiz satışı qadağandır

“Sədərək”də çox məşhur olan, müştəri bolluğu ilə seçilən bu mağazada istisnasız olaraq bütün alıcılara eyni növ “qəbz” təqdim olunur. Həm də malların topdansatışını həyata keçirən mağazada olduğumuz 15-20 dəqiqə ərzində bir neçə müştərinin eyni növdən olan 10-12 dəst geyim aldığının şahidi olduq. Adi alıcılardan fərqli olaraq, belə müşətilərə hər geyim dəstinə görə müəyyən endirim edilsə də, digər alıcılar kimi, buradan topdansatış qiymətlərlə aldıqları paltarları pərakəndə qiymətlərlə son istehlakçıya satacaq müştərilərə də ciddi hesabat blankı, yəni qaimə-faktura təqdim edilmirdi.

Ən maraqlı isə odur ki, heç onlar da etdikləri alış-verişə görə “kassir”dən qaimə-faktura tələb etmirdilər. Halbuki vergi qanunvericiliyinə əsasən, ölkə ərazisində malların sənədsiz satılması qadağandır və belə hallara görə məhsulu satan tərəfə inzibati qaydada cərimə tətbiq olunmalıdır. Çünki qanunvericiliyə əsasən, hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların təqdim edilməsi (satılması) ilə bağlı elektron qaimə-faktura verməyə borcludur.


Malların satışı zamanı mütləq sənədləşmə aparılmalıdır və
mal satan sahibkar qarşı tərəfə elektron qaimə-faktura təqdim etməyə borcludur

Əslində, sənədləşdirilmədən satışa çıxarılan, elektron qaimə-faktura olmadan təqdim edilən mallar həmin malların mənbəyi barədə ciddi şübhələrə yol açır. Çünki ölkə ərazisində satışa çıxarılan hər bir mal ya yerli istehsal müəssisələrində istehsal olunaraq, ya da xaricdən idxal edilərək bazara çıxarılır. Hər iki halda satışa çıxarılan mallar satışa təqdim olunarkən mənbəyi göstərilməli və qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satışa çıxarılan hər hansı mal topdan və ya pərakəndə satışla məşğul olan şəxslərə təqdim edilərkən müvafiq qaydada rəsmiləşdirilmirsə, deməli, həmin mallar ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Sənədi olmayan malların satışa çıxarılması isə ciddi qanun pozuntusu sayıldığından, belə fəaliyyətlərin müvafiq dövlət nəzarəti orqanları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunması qaçılmazdır.

Hər kəs qanunvericiliyin tələblərinə riayət etməlidir!

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov topdansatış ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib. Bildirib ki, heç bir halda qanunvericiliyin bu tələbi yerinə yetirilməyə bilməz: “Malların satışı zamanı sənədləşmə mütləq aparılmalıdır və mal satan sahibkar qarşı tərəfə elektron qaimə-faktura təqdim etməyə borcludur”.

Nazirlik rəsmisi malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin sahibkarlar üçün bir çox üstünlüklər yaratdığını söyləyir. Onun sözlərinə görə, elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına səbəb olur. Həmçinin sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır ki, bu da sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə şərait yaradır.

E.Hüseynov bir daha qeyd edib ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur. Bildirib ki, elektron qaimə-faktura hər şeydən əvvəl sahibkarın öz biznesinin qanunun tələbləri çərçivəsində qurmağa və inkişaf etdirməyə, şəffaf fəaliyyət göstərməsinə xidmət edir:

“Bu halda ticarət obyektlərinin sahibləri həm də dövlət nəzarəti orqanları ilə münasibətləri asanlaşdırmış və gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını bəri başdan almış olur”.

Xatırladaq ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir. 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb.

Dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir. Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir.

Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynayır

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsi işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynayır

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin idarə rəisi Zaur Quliyev media üçün keçirdiyi brifinqdə bildirib ki, 2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi prosesini sürətləndirib.

Mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi gedir. 2019-cu ilin 5 ayı üzrə bağlanmış əmək müqavilələrinin sayı 96 mini ötüb. Bu artımın 66 mini qeyri-dövlət sektorunun payına düşür: “Əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər olsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə edilir.

Bu baxımdan, Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlanılmadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib”.

İdarə rəisi qeyd edib ki, paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarəti tədbirləri keçirilib. May ayında 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1.770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu aşkar edilib.

Bu faktlar üzrə ilk dəfə pozuntu halına yol verildiyi üçün vergi ödəyicilərinə xəbərdarlıq edilib. Bundan başqa, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcək.


Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlanılmadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib

Z.Quliyev vurğulayıb ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evlərində könüllü şəkildə 1.111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib: “Əmək müqavilələrinin bağlanması məsələsində vətəndaşlar da öz hüquqlarını tələb etməli, bu məsələyə biganə qalmamalıdırlar. Unutmamalıdırlar ki, əmək müqaviləsi həm də onların əmək və sosial hüquqlarının təminatı rolunu oynayır.

Buna görə də vətəndaşlar pozuntu halı aşkar etdikdə dərhal Vergilər Nazirliyinə və digər əlaqədar qurumlara müraciət etməlidirlər”.
Qeyd olunub ki, digər sahələrdə, xüsusilə tikinti, mövsümi işləyən ticarət və iaşə obyeklərində də belə nəzarət tədbirləri davam etdiriləcək. Diqqətə çatdırılıb ki, qanunvercilikdə ikinci dəfə eyni nöqsana yol verən işəgötürənlərə aşkar olunmuş hər bir müqaviləsiz işçi üzrə 2.000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulub.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiqlənib

posted in: Qanun, Xəbər | 0

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 11 iyun tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Andorra

2. Anqila

3. Antiqua və Barbuda

4. Aruba

5. Baham adaları

6. Barbados

7. Beliz

8. Bermud

9. Britaniya Vircin adaları

10. Cersi

11. Cəbəlüttariq

12. Dominika

13. Fici

14. Honq-Konq (ÇXR)

15. Kabo Verde

16. Kayman adaları

17. Kuk adaları

18. Qrenada

19. Liberiya

20. Lixtenşteyn

21. Maldiv adaları

22. Marşal adaları

23. Monako

24. Montserrat

25. Niue

26. Palau

27. Panama

28. Samoa

29. Sent Lusiya

30. Sent Vinsent və Qrenadin

31. Sent-Kits və Nevis

32. Tailand

33. Tayvan (ÇXR)

34. Törks və Kaykos adaları

35. Trinidad və Tobaqo

36. Vanuatu

37. Vircin adaları (ABŞ)

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.