Çin Xalq Respublikasının vergi sistemi haqqında (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXR vergi sistemiÇin Xalq Respublikasının vergi sistemi haqqında

3-cü hissə (2-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Çin Xalq Respublikasının (ÇXR) vergi sistemi haqqında danışacağıq.

Uşaqlara görə vergi

Məlum olduğu kimi ÇXR dünyanın ən çox əhalisi olan ölkəsidir. Əhali sayını tənzimləməkdən ötrü hələ 1979-cu ildə dövlət tərəfindən qərar qəbul olunmuşdu. Həmin qanuna görə Çin cütlüklərinə bir övladdan çox dünyaya uşaq gətirmək qadağan olunmuşdu.

Beləliklə, hökumət bu qanunla dövlətin demoqrafik vəziyyətini hələ o zamanlardan tənzimləməyə cəhd göstərmişdi. Təbii ki, ÇXR-dan olan rezidentlər bu tədbiri müsbət qarşılamamışdılar. Onların bəziləri qanuna uyub, bir övladla kifayətlənməyi qəbul etsələr də, bir qismi həmin qanuna riayət etmirdi. Həmin qanunun tələbini pozan (ikinci uşağın dünya gəlməsinə görə) ailələr cərimə ödəməli olurdular.

Üstündən illər keçdikdən sonra çinlilərin reaksiyasını təhlil edən ölkə hökuməti nəhayət ki, nəticə çıxara bildi və başa düşdü ki, 1979-cu ildə qəbul edilən məlum qanun əhalinin istək və arzularını çox məhdudlaşdırır. Qanuna bir sıra əlavlər edildi. Hazırda ÇXR-də ailələrə iki uşaq dünyaya gətirməyə icazə verilir. Bununla yanaşı, üçüncü övlad istəyən ailələr isə buna görə 3 500 dollar cərimə ödəməli olurlar.

Qeyd etmək lazımdır ki, “razılıq” verilmiş sayda dünyaya uşaq gətirən cütlüklərin nikahda olub-olmaması, nəzərə alınmır. İkinci övladı dünyaya gətirməkdən ötrü mövcud olan yeganə vacib şərt ondan ibarətdir ki, həmin valideynlərin özləri də vaxtilə ailənin yeganə uşağı olublar. Misal üçün, əgər ailədə iki böyük uşaq varsa, onlardan hər biri evlənib ailə qurduqdan sonra yalnız bir uşaq dünyaya gətirə bilərlər. Bu qaydanı pozan yuxarıda göstərdiyimiz məbləğdə cərimə ödəməli olurlar.

Nəqliyyat vergisi

Nəqliyyat vergisi nəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilir. Vergi dərəcəsi nəqliyyat vasitəsinin növündən (sərnişin, yük və ya xüsusi nəqliyyat vasitəsi, motosikllər, kənd təsərrüfatı təyinatlı nəqliyyat vasitələri; su gəmiləri, yaxtalar) asılı olaraq təyin edilir.

Avtomobil nəqliyyatının əldə olunmasına görə vergi

Bu vergi yeni avtonəqliyyat vasitəsi alınarkən (ikinci əl avtomobillərə görə vergi tutulmur) tutulur. Vergi dərəcəsi avtomobilin dəyərinin 10%-ni təşkil edir.

Daşınmaz əmlaka görə vergi

ÇXR-də əmlak vergisini şəhər yerlərində bina, tikili, inşaat obyekti  sahibləri və bunlardan sahibkarlıq məqsədilə istifadə edən iş adamları ödəyirlər. Bəzi regionlarda (Şanxay, Tsunsin) eksperimental qaydada islahat həyata keçirilir, hansı ki, həmin islahat çərçivəsində yaşayış fondlarının bir hissəsi belə vergiyə cəlb olunub. Əmlaka görə vergi bazası kimi regiondan asılı olaraq, əmlakın dəyəri hesablanır. Əgər, əmlak icarəyə verilirsə, onda vergi bazası olaraq icarə ödənişləri əsas götürülür. Əmlaka görə ödənilən vergi dərəcəsi  1,2%, icarə ödənişlərinə görə isə 12% təşkil edir.

Torpağın qiymətinin yüksəlməsinə görə vergi

Bu vergi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadə hüququnun təşkilat və ya fiziki şəxslərə verilməsi zamanı onun qiyməti yüksəldikcə ödənilən vergidir. Burada vergi bazası kimi torpaq sahəsindən istifadə hüququ əldə edilərkən, gəlirlər arasındakı fərq və xərclər nəzərə alınmaqla hesablanır. Bu zaman vergi dərəcəsi 30%-dən 60%-dək təşkil edə bilər.

Şəhər torpaqlarından istifadəyə görə vergi

Şəhər torpaqlarından istifadəyə görə vergi şəhərlərdəki torpaq sahələrindən istifadə etmək hüququ əldə etmiş şəxslər tərəfindən ödənilir. Vergi dərəcəsi hər kv metrə görə 0,6- 30 yuan jenminbi təşkil edir.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: İdarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– hüquqi şəxsin ləğv edilməsini təsdiq edən sənəd

– vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat)

əlavə olaraq təqdim edilə bilər:

 “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33 və 34-ci maddələri

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (5-ci addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım

5-ci addım

Əsas vasitələrin nə olduğunu dərk etmək və onların materiallardan (mal-material ehtiyatı) fərqini öyrənmək.

Əsas vəsaitlər aşağıdakılardır:

a) Müəssisə tərəfindən istehsal və ya mal və xidmət təchizatı, başqa müəssisələrə icarə məqsədilə və yaxud digər administrativ məqsədlər üçün istifadə olunur;

b) Hansılar ki, bir dövrdən artıq müddətdə istifadəsi nəzərdə tutulmur.

Əsas vasitələrin uçotu ilə ilə bağlı dörd başlıca məsələni bilmək lazımdır:

  1. Əsas vasitələrin ilkin olaraq qeydiyyata alındığı və əldə edildikdən sonra qeyd olunan dəyəri.

Əsas vasitələrin dəyərinə alış qiyməti, o cümlədən idxal rüsumları, eyni zamanda onların işlək vəziyyətə gətirilməsi üçün istənilən birbaşa xərclər (çatdırılma, montajı, demontajı, qurulması). Ticari güzəştlər alış qiyməti müəyyən edilərkən çıxılır.

  1. Əsas vasitələrin aşınma xərcləri onların istifadə dövrü üzrə müəyyən ediləcək.

Müəssisə əsas vasitələrdən istifadə etdiyi dövrdə aşınma xərcləri hesabına  bundan fayda götürür. Aşınma xərclərinin hesablanması zamanı hansı üsuldan istifadə olunmasına baxmayaraq, bu üsul əsas vasitələrin bütün faydalı xidmət dövrü ərzində sistematik və rasional aparılmalıdır.

  1. Alındıqdan sonra əsas vasitələrdə dəyişiklikləri necə əks etdirməli. Bu zaman qiymət yuxarı da qalxa bilər, aşağı da düşə bilər.

Əsas vasitələrin obyektlə bağlı xərcləri, əgər bu onun vəziyyətini yaxşılaşdırırsa, ilkin nəzərdə tutulan məhsuldarlığı bir qədər də artırırsa, həmin obyektin dəyəri də buna müvafiq yüksəlir. Əsas vasitələrin gələcəkdə faydalılığını və onun dəyərini yüksəldə bilən nümunələrə bunları misal çəkmək olar:

a) əsas vasitələrin faydalılıq əmsalını yüksəldən, həmçinin gücünü artıran modifikasiya xərcləri;

b) maşın və avadanlıqların daha keyfiyyətli məhsul buraxması üçün onların detal və hissələrinin təkmilləşdirilməsi;

c) istehsal xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına yönələn yeni istehsal proseslərinin tətbiqinə yönələn xərclər.

Əsas vasitələr çox vaxt müəssisənin aktivinin əsasını təşkil edir və bu səbəbdən həmin müəssisənin maliyyə vəziyyəti üçün böyük əhəmiyyət daşıyır.

Əsas vasitələr ilkin görünüşünü dəyişdirmədən öz dəyərlərini aşınma xərcləri hesabına tədricən hazır məhsulun üzərinə köçürürlər, materiallar isə tam şəkildə hazır məhsula otururlar. Məsələn: Un tam şəkildə çörəyə çevrilir, onu bişirən peç isə elə peç olaraq qalır.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdxal-ixrac əməliyyatları üzrə nəzarətinin həyata keçirilməsi” Qaydaları təsdiqlənib

posted in: Xəbər | 0

“İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi” Qaydaları təsdiqlənib

“ İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları ” təsdiqlənib.

Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

“İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən hazırlanıb.

Bu Qaydaların məqsədi idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçıları ilə bağlı Vergilər Nazirliyivə Dövlət Gömrük Komitəsi arasında əlaqəli risklərin idarə olunması məqsədilə yaradılan sistem əsasında qarşılıqlı əməkdaşlığın və büdcə gəlirlərinin təmin edilməsi üçün birgə nəzarətin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirərək idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını, vergilərin və gömrük ödənişlərinin ödənilməsində səmərəliliyin yüksəldilməsini, ticarətin asanlaşdırılmasını və bu sahədə şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarət bu istiqamətlərdə həyata keçirilir:

  • gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi;
  • idxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili;
  • son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi;
  • idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi nazirlik və komitənin müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

Mənbə: report.az

 


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.