» » » Çin Xalq Respublikasının vergi sistemi haqqında (2-ci hissə)

Çin Xalq Respublikasının vergi sistemi haqqında (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXR vergi sistemiÇin Xalq Respublikasının vergi sistemi haqqında

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Çin Xalq Respublikasının (ÇXR) vergi sistemi haqqında danışacağıq.

Çində ƏDV malların realizəsi və bir sıra işlərin görülməsi (müqavilə əsasında xammal və malların emalı, təmir) ilə məşğul olan təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir. 2012-ci ildən başlayaraq, ÇXR-də digər işlərin görülməsi və xidmətlərin həyata keçirilməsi ilə məşğul olan  təşkilatlar və fiziki şəxslərin də ƏDV-yə cəlb edilməsi üçün islahat həyata keçirilir.

Hazırda bir neçə regionda (Pekin, Şanxay, Tyantsizin, Quandun, Tszyansu, Futsziyan, Çjetszyan, Anxoy və Hubey əyalətlərində) logistika, informasiya texnologiyaları sahəsində məşğul olan, mədəni-yaradıcılıq sahəsində fəaliyyət göstərən, ekspertiza, konsaltinq və elmi-tədqiqat işləri sahəsində çalışan təşkilatlar ƏDV ödənişinə cəlb olunublar.

Bundan əvvəl isə onlar sahibkarlıq fəaliyyəti ilə əlaqəli vergi ödəyirdilər. ƏDV ödəyən təşkilatlar bu kateqoriyaya bölünürlər:

Adı vergi ödəyiciləri və kiçik vergi ödəyiciləri.

Adi vergi ödəyicilərinə istehsal fəaliyyəti ilə məşğul olan və illik gəliri 500 000 yuan renminbi və ya digər fəaliyyət sahəsində çalışan və illik gəliri 800 000 yuan renmibidən az olmayan təşkilatlar aiddirlər. Adi vergi ödəyiciləri üçün standart ƏDV stavkası 17% təşkil edir, bir sıra malların realizəsinə görə isə 13% güzəştli ƏDV stavkası tətbiq olunur.

Kiçik vergi ödəyiciləri üçün isə 3%-lik standart ƏDV stavkası tətbiq olunur. Kiçik vergi ödəyiciləri realizə olunmuş bütün malların məbləğindən vergi ödəyirlər. ƏDV vergi ödəyicilərini fəaliyyət göstərdiyi ərazidə ödənilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı vergi

Sahibkarlıq fəaliyyətinə görə vergini bəzi işləri (ƏDV-yə cəlb olunanlar istisna olmaqla) və xidmətləri həyata keçirən təşkilatlar və fiziki şəxslər ödəyirlər. Daşınmaz əmlakın (binalar, tikililər, otaqlar) satışı və qeyri-material aktivlərin satışı zamanı da vergi ödənilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı vergi stavkası (nəqliyyat, tikinti, mədəniyyət, təhsil, telematik, maliyyə və sığorta xidmətləri) 3% təşkil edir. Qeyri-material aktivlərin başqalarına verilməsi, daşınmaz əmlakın satışı, digər işlər və xidmətlər üçün 5% və əyləncə sənayesi xidmətlərindən ötrü isə 5%-dən 20%-dək vergi stavkası təyin edilib. Sahibkarlığa görə vergi fəaliyyətin göstərildiyi ərazidə ödənilir.

İstehlak vergisi
İstehlak vergisi (aksiz) istehsal və realizə ilə məşğul olan və istehlak mallarının Çinə ixracı sahəsində fəaliyyət göstərən təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir. ÇXR – də istehlak mallarına tütün məsulları, spirtli içkilər, ətriyyat sənayesi və kosmetika, qızıl-zinət əşyaları, feyerverklər, neft məhsulları, avtomobil şinləri, motosikllər, avtomobillər, qolf oyunu üçün inventarlar, qol saatları, birdəfəlik istifadə üçün çubuqlar və parket taxtaları aid edilir. İstehlak malları müxtəlif stavkalar üzrə (spesifik, advolor və ya kombinə olunmuş) vergiyə cəlb olunur.

 

Məqalənin 3-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.