» » » Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (5-ci addım)

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (5-ci addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım

5-ci addım

Əsas vasitələrin nə olduğunu dərk etmək və onların materiallardan (mal-material ehtiyatı) fərqini öyrənmək.

Əsas vəsaitlər aşağıdakılardır:

a) Müəssisə tərəfindən istehsal və ya mal və xidmət təchizatı, başqa müəssisələrə icarə məqsədilə və yaxud digər administrativ məqsədlər üçün istifadə olunur;

b) Hansılar ki, bir dövrdən artıq müddətdə istifadəsi nəzərdə tutulmur.

Əsas vasitələrin uçotu ilə ilə bağlı dörd başlıca məsələni bilmək lazımdır:

  1. Əsas vasitələrin ilkin olaraq qeydiyyata alındığı və əldə edildikdən sonra qeyd olunan dəyəri.

Əsas vasitələrin dəyərinə alış qiyməti, o cümlədən idxal rüsumları, eyni zamanda onların işlək vəziyyətə gətirilməsi üçün istənilən birbaşa xərclər (çatdırılma, montajı, demontajı, qurulması). Ticari güzəştlər alış qiyməti müəyyən edilərkən çıxılır.

  1. Əsas vasitələrin aşınma xərcləri onların istifadə dövrü üzrə müəyyən ediləcək.

Müəssisə əsas vasitələrdən istifadə etdiyi dövrdə aşınma xərcləri hesabına  bundan fayda götürür. Aşınma xərclərinin hesablanması zamanı hansı üsuldan istifadə olunmasına baxmayaraq, bu üsul əsas vasitələrin bütün faydalı xidmət dövrü ərzində sistematik və rasional aparılmalıdır.

  1. Alındıqdan sonra əsas vasitələrdə dəyişiklikləri necə əks etdirməli. Bu zaman qiymət yuxarı da qalxa bilər, aşağı da düşə bilər.

Əsas vasitələrin obyektlə bağlı xərcləri, əgər bu onun vəziyyətini yaxşılaşdırırsa, ilkin nəzərdə tutulan məhsuldarlığı bir qədər də artırırsa, həmin obyektin dəyəri də buna müvafiq yüksəlir. Əsas vasitələrin gələcəkdə faydalılığını və onun dəyərini yüksəldə bilən nümunələrə bunları misal çəkmək olar:

a) əsas vasitələrin faydalılıq əmsalını yüksəldən, həmçinin gücünü artıran modifikasiya xərcləri;

b) maşın və avadanlıqların daha keyfiyyətli məhsul buraxması üçün onların detal və hissələrinin təkmilləşdirilməsi;

c) istehsal xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına yönələn yeni istehsal proseslərinin tətbiqinə yönələn xərclər.

Əsas vasitələr çox vaxt müəssisənin aktivinin əsasını təşkil edir və bu səbəbdən həmin müəssisənin maliyyə vəziyyəti üçün böyük əhəmiyyət daşıyır.

Əsas vasitələr ilkin görünüşünü dəyişdirmədən öz dəyərlərini aşınma xərcləri hesabına tədricən hazır məhsulun üzərinə köçürürlər, materiallar isə tam şəkildə hazır məhsula otururlar. Məsələn: Un tam şəkildə çörəyə çevrilir, onu bişirən peç isə elə peç olaraq qalır.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *