İşsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası təsdiq edilib
“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

You can display the Full post on your Blog Page
“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

Vakansiya: Baş Mühasib / İşəgötürən: Beta Azerbaijan
Əmək Haqqı: 1500 – 1700 AZN
Ümumi məlumat
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 08:30-dan 18:00-dək
– Bazar günü istirahət günüdür.
– Nahar şirkət tərəfindən verilir
– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
CV-lərinizi foto ilə birlikdə e-mail ünvanına “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
Mənbə: kadr.az
Vergilər Nazirliyi: Ticarət mərkəzlərində dövriyyənin şəffaflaşdırılması həyata keçirilir

“Bakının “Binə” və “Sədərək” ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”.
Bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.
Onun sözlərinə görə, bu obyektlərdə mallar sənədsiz satılıb ki, bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradıb.
“Prezident İlham Əliyev idxal-ixrac sahəsində şəffaflaşmasının təmin olunması ilə bağlı sərəncam imzalayıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən də müvafiq addımlar atılıb. Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar.
Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər.
Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub”, – N. Şirinov qeyd edib.
Mənbə: report.az
QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarında maliyyələşmə mənbələrindən asılı olaraq QHT-lərdə çalışan əməkdaşların əməkhaqqı məbləğlərinin vergiyə cəlb olunması ilə bağlı suallar yaranır. Çünki onların əksəriyyəti dövlət sektorundan maliyyə dəstəyi alaraq işlərini davam etdirirlər.
Məsələyə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov belə aydınlıq gətirib: “QHT-lərdə çalışan əməkdaşların əməkhaqqından gəlir vergisi üzrə güzəştlər verilərkən iki faktor mütləq qaydada diqqətdə saxlanılmalıdır. Birincisi, QHT-lərin dövlət mülkiyyətinə aid edilib- edilməməsi.
QHT-lər ictimai birliklər və müqavilə formasında fəaliyyət göstərə bilirlər. İstənilən hüquqi və fiziki şəxs QHT təsisçisi ola bilər. Lakin burada bir istisna mövcuddur: hüquqi şəxslər dedikdə, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları – bələdiyyələr istisna təşkil edir.
Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları tərəfindən yaradılan hər hansı dövlət müəssisəsi və ya təşkilatı QHT təsis edə bilər. Həmin qurumda dövlətin payı 51 faizdən artıq olduqda QHT-də çalışan əməkdaşlara gəlir vergisi üzrə güzəşt nəzərdə tutulmayıb. Yəni bu halda QHT-lər dövlət mülkiyyətli hesab edilir.
Digər bir faktor QHT-lərin maliyyələşmə mənbələri ilə bağlıdır. Əgər QHT-lərin maliyyələşməsində dövlət büdcəsi və ya dövlətə məxsus olan digər fondlar mövcuddursa, maliyyələşmənin mənbəyi dövlət vəsaitidirsə, bu halda da həmin QHT dövlət sektoruna aid edilir və orada çalışan əməkdaşlara gəlir vergisindən güzəşt nəzərdə tutulmur”.
Mənbə: vergiler.az