Nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil
Nazir: “Azərbaycanda nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil”

You can display the Full post on your Blog Page
Nazir: “Azərbaycanda nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil”

Türkiyə vergi sistemi haqqında bilmədiklərimiz
1-ci hissə
Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.
Türkiyədə müəssislərin mənfəətindən tutulan vergi regionda ən əlverişli vergi hesab olunur. Bu vergi növü ilə bağlı qanun qəbul ediləndən sonra vergi sistemi özünün şəffaflığı, obyektivliyi və beynəlxalq standartlara cavab verməsi ilə xeyli fərqli bir anlam daşımağa başlayıb.
Türkiyənin vergi qanunvericiliyini üç əsas kateqoriya üzrə təsnifləşdirmək olar:
Türkiyə qanunvericiliyi iki əsas gəlir vergisi növünü nəzərdə tutur: fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan vergi. Fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan verginin müxtəlif qanunlarla tənzimlənməsinə baxmayaraq, fərdi gəlir vergisi ilə bağlı bir çox qaydalar və müddəalar müəssisələrə də tətbiq oluna bilər, xüsusilə də gəlirlərin və təmiz gəlirlərin müəyyən edilməsi ilə bağlı hissələr.
Fiziki şəxslərdən gəlir vergisi onların il ərzində əldə etdikləri təmiz gəlirlər və mənfəətlərindən tutulur. Qanuna görə həmin gəlirlərə bunlar daxil edilə bilər:
Türkiyə vergi qanunvericiliyinə uyğun olaraq bu ölkədə yaşayış yeri üzrə müəyyən edilən iki əsas vergi statusu növü mövcuddur: rezident vergi ödəyiciləri və qeyri-rezident vergi ödəyiciləri. Rezident vergi ödəyicilərindən (daimi Türkiyədə yaşayan şəxslər və il ərzində bu ölkədə altı aydan çox yaşayanlar) Türkiyə ərazisində və onun hüdudları kənarında əldə etdikləri bütün gəlirlər və mənfəətdən, qeyri-rezidentlərdən isə (Türkiyədə yaşamayan və təqvim ili ərzində altı ay müddətində Türkiyədə yaşamayan şəxslər) Türkiyə ərazisində əldə edilən mənfəət və gəlirlərdən vergi tutulur.
Fərdi gəlir vergisinin tarifi 15%-dən 35%-dək aralıqda tərəddüd edir.
Əgər, gəlir vergisi ilə bağlı Qanunda göstərilən gəlir komponentləri müəssisələr tərəfindən əldə edilərsə, onda vergi bu müəssisələri təmsil edən hüquqi şəxslərdən tutulur. Aşağıdakı hüquqi şəxslər qanunla vergi ödəyicisi kimi müəyyən ediliblər:
Hüququ və ya faktiki ünvanları Türkiyədə olan müəssisələr rezidentlərə aiddirlər və onların Türkiyə və digər ölkələrdə əldə etdikləri gəlirlərdən vergi tutulur. Əgər, hüquqi və ya faktiki ünvanı Türkiyə sərhədləri hüdudlarından kənarda yerləşirsə, həmin müəssisələr qeyri-rezidentlər hesab olunurlar. Həmin müəssisələrin yalnız Türkiyə ərazisində qazandıqları gəlirlərdən vergi tutulur. Hüquqi ünvan – bu müəssisənin nizamnaməsində və ya vergi ödəyicisi olan təsisçi-müəssisə haqqında qanunda göstərilən yer, faktiki ünvan isə – müəssisənin iqtisadi fəaliyyət göstərdiyi və idarə olunduğu yer hesab olunur.
Türkiyədə müəssislərin qazancından tutulan vergi 20% təşkil edir.
Müəssisənin rezident iştirakçıları arasında bölünən dividendlər 15% tarifi ilə vergiyə cəlb olunur. Bir rezident-müəssisə tərəfindən digər bir rezident-müəsssisəyə ödənilən dividendlər isə vergiyə cəlb olunmur. Mənfəətlərini şirkətin baş ofisinə köçürən qeyri-rezident müəssisələrdən də analoji olaraq 15% tarifi ilə vergi tutulur.
ƏDV 1%, 8% və 18% təşkil edə bilər. Kommersiya, sənaye, kənd təsərrüfatı məhsulları və xidmətləri, müstəqil peşə fəaliyyəti ilə əlaqədar mallar və xidmətlər, ölkəyə idxal edilən mallar və xidmətlər, eləcə də ölkəyə tədarük olunan digər fəaliyyət sahəsi ilə bağlı mal və xidmətlər – bütün bunların hamısı ƏDV-yə cəlb olunur.
Mikayıl Cabbarov: “Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülür”

Bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında – “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi olaraq həmkar qurumlarla bu istiqamətdə birgə çalışırlar.
“Nağd pul kütləsinin ümumi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci il ilə müqayisədə POS-terminalların sayı 16%-dək azalıb. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 POS-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln 721 min ədəd ödəniş kartı mövcuddur”, – M.Cabbarov əlavə edib.
Mənbə: report.az
Xidmətin adı: Xarici dövlətin rezidentinin daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”
– bölmənin ləğv edilməsi barədə xarici hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat)
əlavə olaraq təqdim edilə bilər:
– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (hüquqi şəxs ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)
– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)
– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda qeydiyyatdan çıxarılmaqla)
– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)
– son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi
– yekun bəyannamələr
– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 34 maddəsi
– Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”
Xidmətin göstərildiyi yer
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasındayerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri
İcra müddəti
vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş
Elektronlaşdırma səviyyəsi: –
Mənbə: taxes.gov.az