Vakansiya: Mühasib tələb olunur

Maliyyə Meneceri vakansiya mühasibVakansiya: Mühasib
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Maliyyə Direktor
İş yeri: Amburan İK

Əsas vəzifə və öhdəliklər:

– Gündəlik  olaraq satış çeklərinə əsasən ümumi satış üzrə yekun analiz hesabatını hazırlayıb baş ofisə e-mail vasitəsi ilə göndərmək.
– Satış çeklərinə əsasən gəlir, debitor borc və pos terminaldan əldə olunan məbləği 1C proqramına əlavə etmək.
– Kassadan məxaric  və mədaxil olunan xərc  və gəlirləri  1C proqramına əlavə etmək.
– Gündəlik olaraq hər ötən gün üçün ümumi kassa analiz hesabatını tərtib etmək.
– Avansın verilməsi və ona görə hesabatın hazırlanması
– Anbara daxil olan malların giriş-çıxışına tam nəzarət
– Hər ayın əvvəlində ötən aya görə əmək haqqı siyahısını hazır edib işçilərə vermək

– Əcnəbi vətəndaşlar üçün avia biletlərin sifarişi və alınması
– Hər ayın əvvəlində ötən aya görə içki satış hesabatını hazırlayıb tərtib etmək.
– Hər ayın əvvəlində ötən aya görə 5% mükafat hesabatını hazırlamaq.
– Mükafat cədvəlini ayrı-ayrı şöbələr üzrə hazırlayıb tərtib etmək.
– HR Back Office proqramında anbardar tərəfindən qaimələr üzrə sistemə əlavə olunan mallara nəzarət edib yoxlamaq.
– HR Back Office proqramına əlavə edilən malları və məbləğləri anbar dəftəri  ilə üzləşdirirb yoxlamaq.
– Müəyyən vacib sənədlərin ofisə göndərilməsini  hazırlamaq.
– Xəzinədarların işinə nəzarət.

– Hər ayın sonunda bütün firmalarla aylıq borcun yoxlanılması,həmin borcun rəsmi və ya qeyri rəsmi qaydada ödənişlərinin həyata keçirilməsi
– Catering iaşə xidməti ilə bağlı pərakəndə satış üzrə rəsmi və qeyri-rəsmi hesabatların hazırlanması
– Kreditor və debitor firmaların yekun məbləğinin 1C proqramında yoxlanılması.
– Anbarda işləyən işçini müəyyən günlərdə əvəz etmək.
– Firmalardan  gələn malların kodlaşdırılması və sistemə daxil edilməsi
– Firmalarla nağd qaydada hesablaşma
– Günəlik olaraq ötən günə görə kassalardan pulların təhvil-təslimi
– Həftədə bir dəfə xəzinədarlarla bir araya gəlib bütün problemləri maksimum dərəcədə minimuma endirmək

Mühasib üçün tələb olunan bacarıqlar: 

– İşin tələb olunan vaxtda yerinə yetirilməsi
– Təşəbbüskarlıq
– Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması
– Ünsiyyət qurma bacarığı
– Peşəkar olmaq

Bilik və Təcrübə: 

– Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi
– Ali təhsil
– Komputer bilikləri
– Maliyyə hesabatçılıq prinsinpləri

E – mail : hr@amburan.com / info@finstaff.az

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Səba Şirkətlər Qrupu Böyük Mühasib axtarır

Böyük MühasibVakansiya: Böyük Mühasib / İşəgötürən: Səba Şirkətlər Qrupu

Böyük Mühasib üçün tələblər

  • Mühasibatlıq sahəsində  3 (üç ) ildən az olmayan təcrübə zəruridir.
  • Retail ( satış)  sahəsində  mühasibatlıqda təcrübəsinin olması arzuolunandır.
  • Ən azı orta texniki təhsil.
  • 1C 8.3 , microsoft excel sərbəst işləmə  bacarığı olmalıdır

 

 

Şəxsi keyfiyyətlər

  • sərbəst fikrini ifadə etmə qabiliyyəti,
  • intizamlı,
  • dəqiq,
  • məsuliyyətli;
  • ünsiyyətçil,
  • yaradıcı,
  • dürüst.

Əmək haqqı və sair benefitslər

  • Sınaq müddəti üçün  900-1500 AZN əmək haqqı nəzərdə tutulub, lakin namizəddən asılı olaraq dəyişə bilər.
  • 5 günlük iş qrafiki ilə əmək müqaviləsi əsasında işləyəcək.

Əmək funksiyaları

– P&L ( balans) hesabat, və Cash flow  tərtib etməli;
– Mühasibat uçotunu qurmalı;
– Hazır məhsul, mal- material anbarının işini təşkil edir

Müraciət qaydası

  • Son müraciət tarixi  25.06.2019
Mövzu yerinə “Böyük mühasib” qeyd etməklə CV-lərin göndəriləcəyi elektron poçt ünvanı: f.suleymanli@saba.az / info@finstaff.az göndərməyiniz  xahiş olunur.
Tələblərlə uyğun olmayan və müraciət qaydalarına riayət edə bilməyən şəxs namizəd kimi qiymətləndirilməyəcək.
Mənbə: jobsearch.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri rezidentə ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Qeyri rezidentə ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

Sual:

Qeyri rezidentin göstərdiyi xidmətlər üzrə ƏDV nə zaman əvəzləşdirilməlidir? Qeyri rezidentin göstərdiyi xidmət üzrə ƏDV-nin dövlət büdcəsinə ödənildiyi vaxt, yoxsa qeyri rezidentə xidmət dəyəri ödənildiyi vaxt əsas götürülür? Xidmətin dəyəri ödənilmədən ƏDV-nin ödənilməsi əvəzləşdirməyə əsas verirmi?

Məsələn, qeyri rezident Yanvar 2019 dövründə xidmət göstərmişdir və həmin ayda ƏDV hesablanaraq bəyan edilmişdir. Qeyri rezident üzrə ƏDV fevral ayında büdcəyə ödənilmişdir, xidmətin dəyəri isə Martda ödənilmişdir. Qeyri rezident üzrə ƏDV-nin fevral ayında əvəzləşdirilməsi doğrudurmu? Təşəkkürlər.

Cavab:

Bildiririk ki, ƏDV-nin hesablanması qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlər müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində, qeyri-rezident tərəfindən yerinə yetiriləcək işlərin dəyəri, qabaqcadan ödənildiyi halda ödəmənin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilməlidir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi agentinin qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərə, göstərilmiş xidmətlərə görə hesablanmış və ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 169.4-cü maddəsində təsbit edilmişdir. Həmin maddənin müddəalarına əsasən hesablanmış ƏDV-nin ödənilməsini təsdiq edən ödəmə sənədi Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin əvəzləşdirilməsinə əsas verən elektron vergi hesab-fakturadır. Elektron vergi hesab-fakturası ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə əsas verən şərtlərdən biridir.


Teleqram kanalımıza üzv olun


Qeyd olunanlara əsasən qeyri-rezident tərəfindən göstərilmiş xidmətlər, görülmüş işlər üçün hesablanıb ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinin bütün tələbləri yerinə yetirildiyi halda əvəzləşdirilir.

Buna əsasən sorğuda göstərilən halda qeyri-rezidentin göstərdiyi xidmətlərə görə hesablanıb ödənilmiş ƏDV məbləğləri həmin xidmətlərin əsas məbləğinin qeyri-rezidentə ödənildiyi ayın, yəni mart ayının ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

Vakansiya: Mühasib / İşəgötürən: DA şirkətlər qrupu

Əmək Haqqı: 600 – 800 AZN

Vakansiya barədə məlumat

– İdarənin nizamnaməsi əsasında uçot işlərinin aparılması
– Təşkilatlarla tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması
– İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək
– Logex proqramla işləmək
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Vergi və mühasibat uçotunun aparılması
– Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək

 

Mühasib üçün tələblər

– Təhsil: Ali
– Minimum 2 il əlaqəli iş təcrübəsi
– Sərbəst azərbaycan dili, rus dili arzuolunandır
– Kompüter bilikləri : Excell, Word
– Yaş 25-45
– Cinsi: Kişi

İş şəraiti

– İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək

Cv-zi vakansiyanı qeyd edərək hr@atmosphere.az / info@finstaff.az göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.