» » » Qeyri rezidentə ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

Qeyri rezidentə ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Qeyri rezidentə ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

Sual:

Qeyri rezidentin göstərdiyi xidmətlər üzrə ƏDV nə zaman əvəzləşdirilməlidir? Qeyri rezidentin göstərdiyi xidmət üzrə ƏDV-nin dövlət büdcəsinə ödənildiyi vaxt, yoxsa qeyri rezidentə xidmət dəyəri ödənildiyi vaxt əsas götürülür? Xidmətin dəyəri ödənilmədən ƏDV-nin ödənilməsi əvəzləşdirməyə əsas verirmi?

Məsələn, qeyri rezident Yanvar 2019 dövründə xidmət göstərmişdir və həmin ayda ƏDV hesablanaraq bəyan edilmişdir. Qeyri rezident üzrə ƏDV fevral ayında büdcəyə ödənilmişdir, xidmətin dəyəri isə Martda ödənilmişdir. Qeyri rezident üzrə ƏDV-nin fevral ayında əvəzləşdirilməsi doğrudurmu? Təşəkkürlər.

Cavab:

Bildiririk ki, ƏDV-nin hesablanması qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlər müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində, qeyri-rezident tərəfindən yerinə yetiriləcək işlərin dəyəri, qabaqcadan ödənildiyi halda ödəmənin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilməlidir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi agentinin qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərə, göstərilmiş xidmətlərə görə hesablanmış və ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 169.4-cü maddəsində təsbit edilmişdir. Həmin maddənin müddəalarına əsasən hesablanmış ƏDV-nin ödənilməsini təsdiq edən ödəmə sənədi Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin əvəzləşdirilməsinə əsas verən elektron vergi hesab-fakturadır. Elektron vergi hesab-fakturası ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə əsas verən şərtlərdən biridir.


Teleqram kanalımıza üzv olun


Qeyd olunanlara əsasən qeyri-rezident tərəfindən göstərilmiş xidmətlər, görülmüş işlər üçün hesablanıb ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinin bütün tələbləri yerinə yetirildiyi halda əvəzləşdirilir.

Buna əsasən sorğuda göstərilən halda qeyri-rezidentin göstərdiyi xidmətlərə görə hesablanıb ödənilmiş ƏDV məbləğləri həmin xidmətlərin əsas məbləğinin qeyri-rezidentə ödənildiyi ayın, yəni mart ayının ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.