Vakansiya: Mühasib
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Maliyyə Direktor
İş yeri: Amburan İK
Əsas vəzifə və öhdəliklər:
– Gündəlik olaraq satış çeklərinə əsasən ümumi satış üzrə yekun analiz hesabatını hazırlayıb baş ofisə e-mail vasitəsi ilə göndərmək.
– Satış çeklərinə əsasən gəlir, debitor borc və pos terminaldan əldə olunan məbləği 1C proqramına əlavə etmək.
– Kassadan məxaric və mədaxil olunan xərc və gəlirləri 1C proqramına əlavə etmək.
– Gündəlik olaraq hər ötən gün üçün ümumi kassa analiz hesabatını tərtib etmək.
– Avansın verilməsi və ona görə hesabatın hazırlanması
– Anbara daxil olan malların giriş-çıxışına tam nəzarət
– Hər ayın əvvəlində ötən aya görə əmək haqqı siyahısını hazır edib işçilərə vermək
– Əcnəbi vətəndaşlar üçün avia biletlərin sifarişi və alınması
– Hər ayın əvvəlində ötən aya görə içki satış hesabatını hazırlayıb tərtib etmək.
– Hər ayın əvvəlində ötən aya görə 5% mükafat hesabatını hazırlamaq.
– Mükafat cədvəlini ayrı-ayrı şöbələr üzrə hazırlayıb tərtib etmək.
– HR Back Office proqramında anbardar tərəfindən qaimələr üzrə sistemə əlavə olunan mallara nəzarət edib yoxlamaq.
– HR Back Office proqramına əlavə edilən malları və məbləğləri anbar dəftəri ilə üzləşdirirb yoxlamaq.
– Müəyyən vacib sənədlərin ofisə göndərilməsini hazırlamaq.
– Xəzinədarların işinə nəzarət.
– Hər ayın sonunda bütün firmalarla aylıq borcun yoxlanılması,həmin borcun rəsmi və ya qeyri rəsmi qaydada ödənişlərinin həyata keçirilməsi
– Catering iaşə xidməti ilə bağlı pərakəndə satış üzrə rəsmi və qeyri-rəsmi hesabatların hazırlanması
– Kreditor və debitor firmaların yekun məbləğinin 1C proqramında yoxlanılması.
– Anbarda işləyən işçini müəyyən günlərdə əvəz etmək.
– Firmalardan gələn malların kodlaşdırılması və sistemə daxil edilməsi
– Firmalarla nağd qaydada hesablaşma
– Günəlik olaraq ötən günə görə kassalardan pulların təhvil-təslimi
– Həftədə bir dəfə xəzinədarlarla bir araya gəlib bütün problemləri maksimum dərəcədə minimuma endirmək
Mühasib üçün tələb olunan bacarıqlar:
– İşin tələb olunan vaxtda yerinə yetirilməsi
– Təşəbbüskarlıq
– Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması
– Ünsiyyət qurma bacarığı
– Peşəkar olmaq
Bilik və Təcrübə:
– Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi
– Ali təhsil
– Komputer bilikləri
– Maliyyə hesabatçılıq prinsinpləri
E – mail : hr@amburan.com / info@finstaff.az
Mənbə: jobsearch.az