Muzdla çalışanların maaşları 8% artıb

posted in: Xəbər | 0

Azərbaycanda muzdla çalışanların maaşları 8% artaraq 581 manata çatıb

Bu il mayın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 1 583,3 min nəfər olub, onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Cari ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal maaşları əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 581,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

POS-terminallardan istifadə etməyən obyektlər üçün məsuliyyət tədbirləri görüləcək

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri POS-terminallardan istifadə etməyən obyektlər üçün məsuliyyət tədbirləri müəyyənləşdirilməsini istəyib

Vergilər naziri Mikayıl Cabbarov ticarət mərkəzlərində POS-terminal işləməməsinə münasibət bildirib.

Nazir Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edir.

M.Cabbarov qeyd edib ki, hökumət bu istiqamətdə tədbirlər görməkdədir: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb.

Bu, rəqəm dinamikanın və vektorun hansı istiqamətə yönəldiyini göstərir. Eyni zamanda 2016-cı illə müqayisədə POS-terminalların sayında 16 faizə qədər azalma olub. Əgər 2016-cı ildə  80 min 301  POS-terminal var idisə, 1 iyun 2018-ci il tarixə 67 032 POS-terminal qeydiyyatdadır”.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur

“Azərbaycanda yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur”.

Bunu Vergilər Naziri Mikayıl Cabbarov  Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib.

Vergilər Naziri deyib ki, iki məsələyə diqqət yetirmək lazımdır:

“Milli Məclisin təsdiq etdiyi və Prezidentin imzaladığı qanuna əsasən, yanvar ayının 1-dən nağdsız qaydada ödənişin əlavə dəyər vergisinin 15 faizinin, nağd qaydada əlavə dəyər vergisinin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosedurun başlanılması üçün təşkilati işlər davam edir. Düzdür, burada müəyyən məsələlərin sürətləndirilməsinə ehtiyac var.  Biz həmkarlarımızla, ilk növbədə Maliyyə Nazirliyi ilə sıx çalışırıq. İnanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq.

İkincisi, bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə POS-terminallardan istifadə edən, ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə əlavə vergi güzəştləri müəyyən edilib. 2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır”.

Vergilər naziri nəzərə çatdırıb ki, qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə, təbii ki, institusional və texniki nöqteyi-nəzərdən Vergilər Nazirliyi tərəfindən bu işlərə nəzarətin həyata keçirilməsi mümkündür:

“Amma Vergilər Nazirliyi yalnız hüquqi çərçivədə fəaliyyət göstərir”.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması”-ına görə cərimələrin sayı artırılıb

posted in: muhasibat, Qanun, Xəbər | 0

“Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması”-ına görə cərimələrin sayı artırılıb

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli, 29 mart tarixli 1538-VQD nömrəli qanunları) 462-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə –

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

462.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.”.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.