Azərbaycanda bu il qeydiyyata alınan əmək müqavilələrin 70%-i qeyri-neft sektorunun payına düşüb
Nazir: “Azərbaycanda bu il qeydiyyata alınan əmək müqavilələrin 70%-i qeyri-neft sektorunun payına düşüb”

You can display the Full post on your Blog Page
Nazir: “Azərbaycanda bu il qeydiyyata alınan əmək müqavilələrin 70%-i qeyri-neft sektorunun payına düşüb”

Milli Məclis əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni II oxunuşda qəbul edib

Azərbaycan Milli Məclisinin plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.
Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.
Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb.
Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.
Məcəllənin digər maddələrinə də dəyişikliklər edilib.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Mənbə: report.az

“Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir”.
Bunu Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: “Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib”.
M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: “Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir”.
Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: “Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq.
Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb”.
Mənbə: report.az
Auditorlar palatası daxili audit kursları keçirir
