Mühasibat uçotu ilə bağlı 8 qanunda dəyişiklik edilib

posted in: muhasibat, Qanun, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 8 qanunda dəyişiklik edilib

“Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 10-cu, 13-cü, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 21; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2007, № 11, maddə 1053; 2008, № 3, maddə 152; 2009, № 7, maddə 517; 2010, № 11, maddə 938; 2011, № 4, maddə 246; 2019, № 1, maddə 25) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci maddənin birinci hissəsindən “, mühasibat” sözü çıxarılsın;

1.2. 8-ci maddənin birinci hissəsində “mühasibat” sözü (birinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 2. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 5, maddə 241, № 12, maddə 709; 2003, № 1, maddə 1; 2004, № 4, maddə 202; 2007, № 10, maddə 938; 2019, № 1, maddə 27) 7-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 3. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12 (I kitab), maddə 2529; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci maddənin 2-ci hissəsinin “c” bəndində “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

3.2. 24-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “mühasibat hesabatları, kitabları və sənədləri” sözləri “mühasibat uçotu sənədləri” sözləri ilə əvəz edilsin;

3.3. 27-ci maddənin 1-ci hissəsinin “a” bəndinin ikinci abzasında “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin və üçüncü abzası ləğv edilsin;

3.4. 28-ci maddənin 1-ci hissəsinin “b” bəndində “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

3.5. 36-cı maddənin 2-ci hissəsinin “b” bəndinin üçüncü abzasından “mühasibat balansı ilə birlikdə ilkin” sözləri çıxarılsın.

Maddə 4. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12 (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264; 2018, № 11, maddə 2199) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Kiçik sahibkarlıq subyektləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparırlar, maliyyə, habelə statistik hesabatları tərtib və təqdim edirlər.

Kiçik sahibkarlıq subyektlərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.”;

4.2. 6-cı maddənin yeddinci abzasında “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

Maddə 5. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747; 2018, № 4, maddə 642, № 12 (I kitab), maddə 2492) 21-ci maddəsinin beşinci abzasına “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

Maddə 6. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12 (I kitab), maddə 2236; 2018, № 7 (I kitab), maddə 1388, № 8, maddə 1673, № 11, maddə 2230; 2019, № 1, maddə 22) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik hesabat aparırlar.”;

6.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər.”.

Maddə 7. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 14-cü maddənin 3.6-cı hissəsindən “mühasibat balansının və digər” sözləri çıxarılsın;

7.2. 17-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Kredit ittifaqlarında “ Mühasibat uçotu haqqında ” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”.

Maddə 8. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297; 2017, № 12 (I kitab), maddə 2191; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1460-VQD nömrəli Qanunu) 8.2.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunu aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir, habelə mühasibat uçotunu aparmaqla, maliyyə və statistik hesabatları tərtib edir;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu şəxslər üçün aylıq müavinət artırılıb

posted in: Qanun, Xəbər | 0

Bu şəxslər üçün aylıq müavinət artırılıb

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çin Xalq Respublikasının vergi sistemi haqqında (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXR vergi sistemiÇin Xalq Respublikasının vergi sistemi haqqında

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Çin Xalq Respublikasının (ÇXR) vergi sistemi haqqında danışacağıq.

Çində ƏDV malların realizəsi və bir sıra işlərin görülməsi (müqavilə əsasında xammal və malların emalı, təmir) ilə məşğul olan təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir. 2012-ci ildən başlayaraq, ÇXR-də digər işlərin görülməsi və xidmətlərin həyata keçirilməsi ilə məşğul olan  təşkilatlar və fiziki şəxslərin də ƏDV-yə cəlb edilməsi üçün islahat həyata keçirilir.

Hazırda bir neçə regionda (Pekin, Şanxay, Tyantsizin, Quandun, Tszyansu, Futsziyan, Çjetszyan, Anxoy və Hubey əyalətlərində) logistika, informasiya texnologiyaları sahəsində məşğul olan, mədəni-yaradıcılıq sahəsində fəaliyyət göstərən, ekspertiza, konsaltinq və elmi-tədqiqat işləri sahəsində çalışan təşkilatlar ƏDV ödənişinə cəlb olunublar.

Bundan əvvəl isə onlar sahibkarlıq fəaliyyəti ilə əlaqəli vergi ödəyirdilər. ƏDV ödəyən təşkilatlar bu kateqoriyaya bölünürlər:

Adı vergi ödəyiciləri və kiçik vergi ödəyiciləri.

Adi vergi ödəyicilərinə istehsal fəaliyyəti ilə məşğul olan və illik gəliri 500 000 yuan renminbi və ya digər fəaliyyət sahəsində çalışan və illik gəliri 800 000 yuan renmibidən az olmayan təşkilatlar aiddirlər. Adi vergi ödəyiciləri üçün standart ƏDV stavkası 17% təşkil edir, bir sıra malların realizəsinə görə isə 13% güzəştli ƏDV stavkası tətbiq olunur.

Kiçik vergi ödəyiciləri üçün isə 3%-lik standart ƏDV stavkası tətbiq olunur. Kiçik vergi ödəyiciləri realizə olunmuş bütün malların məbləğindən vergi ödəyirlər. ƏDV vergi ödəyicilərini fəaliyyət göstərdiyi ərazidə ödənilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı vergi

Sahibkarlıq fəaliyyətinə görə vergini bəzi işləri (ƏDV-yə cəlb olunanlar istisna olmaqla) və xidmətləri həyata keçirən təşkilatlar və fiziki şəxslər ödəyirlər. Daşınmaz əmlakın (binalar, tikililər, otaqlar) satışı və qeyri-material aktivlərin satışı zamanı da vergi ödənilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı vergi stavkası (nəqliyyat, tikinti, mədəniyyət, təhsil, telematik, maliyyə və sığorta xidmətləri) 3% təşkil edir. Qeyri-material aktivlərin başqalarına verilməsi, daşınmaz əmlakın satışı, digər işlər və xidmətlər üçün 5% və əyləncə sənayesi xidmətlərindən ötrü isə 5%-dən 20%-dək vergi stavkası təyin edilib. Sahibkarlığa görə vergi fəaliyyətin göstərildiyi ərazidə ödənilir.

İstehlak vergisi
İstehlak vergisi (aksiz) istehsal və realizə ilə məşğul olan və istehlak mallarının Çinə ixracı sahəsində fəaliyyət göstərən təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir. ÇXR – də istehlak mallarına tütün məsulları, spirtli içkilər, ətriyyat sənayesi və kosmetika, qızıl-zinət əşyaları, feyerverklər, neft məhsulları, avtomobil şinləri, motosikllər, avtomobillər, qolf oyunu üçün inventarlar, qol saatları, birdəfəlik istifadə üçün çubuqlar və parket taxtaları aid edilir. İstehlak malları müxtəlif stavkalar üzrə (spesifik, advolor və ya kombinə olunmuş) vergiyə cəlb olunur.

 

Məqalənin 3-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yeni qaimə növü tətbiq ediləcək

posted in: Xəbər | 0

Yeni qaimə növü tətbiq ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.
Bunu DANX-ın rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.