Xarici qeyri-kommersiya hüquqi şəxsin AR-nın ərazisindəki filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Xarici qeyri-kommersiya hüquqi şəxsin AR-nın ərazisindəki filial və ya nümayəndəliyinin vergi

uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış)

– qurumun ləğv edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat) əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (hüquqi şəxs

ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)

– “Vergi ödəyicisinin filialının, ümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda  qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34 maddəsi

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

ləğv edilməsi və dövlət reyestrindən çıxarılması barədə məlumat dövlət reyestrini aparan orqandan daxil olduğu gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: –

 Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Dövlət Gömrük Komitəsi mayda büdcəyə ödənişləri artırıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi mayda büdcəyə ödənişləri artırıb

Dövlət Gömrük Komitəsi

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 341 638,5 min manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 583,7 min manat və yaxud 14,6% çoxdur.
DGK-dən “Report”a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 11 680,5 min manat və ya 15,07% artaraq 89 138,3 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26 785,3 min manat və ya 13,3% artaraq 228 733,8 min manat, aksizlər 4 638,1 min manat və ya 29,9% artaraq 20 141,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,8 min manata və ya 15,2% artaraq 3 625,3 min manat təşkil edib.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin müavinləri İmişli və Ağsu rayonlarında vətəndaşları qəbul edəcək

İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli, Laçın, Ağsu, Şamaxı və Qobustan rayonları sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 14 iyun 2019-cu il tarixində İmişli rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: İmişli şəhəri, 20 yanvar küç.) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küç.) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 11-13 iyun 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbul zamanı qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: BERC GROUP

Əmək Haqqı: 1500 – 2000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəşad Ağayev
  • Telefon: (012) 431-99-70
  • E-mail: rashad.aghayev@bercgroup.az / info@finstaff.az
  • Elanın bitmə tarixi: 20.06.2019

 

Vakansiya barədə məlumat

– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əməliyyatları 1C proqramında aparmaq
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: həftə içi 09:00-dan 18:00-dək
– Sabit əmək haqqı 1500 AZN. İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 1000 AZN-ə qədər əlavələr (bonuslar) olacaqdır
– Ümumi əmək haqqı bonusla birlikdə 2500 AZN-ə qədər təşkil edə bilər
– Ünvan: Bakı şəh.,Nəsimi ray.,Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar metrosunun çıxışı, Bravo marketin yanı)

Baş Mühasib üçün tələblər

– Ali təhsil (təhsilin maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
– Riyazi analitik qabiliyyəti
– Komandanın idarə edilməsi təcrübəsi və bacarığı
– Mühasibat Uçotu üzrə yüksək biliklər (ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür)
– Vergi və Kadr uçotu üzrə biliklər
– 1C proqramını yüksək səviyyədə bilməli
– Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
– Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
– Xarici dil bilikləri (Rus və İngilis dili) üstünlük hesab edilir

CV-lərinizi fotoşəkil ilə birlikdə hr@bercgroup.az elektron ünvana “Baş mühasib” başlığı altında göndərməyiniz mütləqdir.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.