» » » Dövlət Gömrük Komitəsi mayda büdcəyə ödənişləri artırıb

Dövlət Gömrük Komitəsi mayda büdcəyə ödənişləri artırıb

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Gömrük Komitəsi mayda büdcəyə ödənişləri artırıb

Dövlət Gömrük Komitəsi

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 341 638,5 min manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 583,7 min manat və yaxud 14,6% çoxdur.
DGK-dən “Report”a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 11 680,5 min manat və ya 15,07% artaraq 89 138,3 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26 785,3 min manat və ya 13,3% artaraq 228 733,8 min manat, aksizlər 4 638,1 min manat və ya 29,9% artaraq 20 141,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,8 min manata və ya 15,2% artaraq 3 625,3 min manat təşkil edib.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.