» » » Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər nazirinin müavinləri İmişli və Ağsu rayonlarında vətəndaşları qəbul edəcək

İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli, Laçın, Ağsu, Şamaxı və Qobustan rayonları sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 14 iyun 2019-cu il tarixində İmişli rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: İmişli şəhəri, 20 yanvar küç.) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küç.) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 11-13 iyun 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbul zamanı qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.