Daha çox8
Daha çox8

Mülki Məcəllədə dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Mülki Məcəllədə dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2019-cu il tarixli sərəncamı ilə Mülki Məcəllədə aşağıdakı dəyişikliklər edilmişdir:

1. 965.2-ci maddədə “Hesabdakı” sözü “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı” sözləri ilə əvəz edilsin.

2. 965.3-cü maddədə “Bir” sözü “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, bir” sözləri ilə əvəz edilsin.

1. 850.1-ci maddə aşağıdakı redaksiyada verilsin: “850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.”.

2. 851-ci maddə üzrə: 2.1. adına “yük alan” sözlərindən sonra “. Daşıyıcı” sözü əlavə edilsin; 2.2. mətnində “daşıyıcı ilə müqavilə bağlayan” sözləri “adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.”.

3. Aşağıdakı məzmunda 853.1-1-ci maddə əlavə edilsin: “853.1-1. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.”.

4. 861-ci maddənin mətni 861.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 861.2-ci maddə əlavə edilsin: “861.2. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.”.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşsiz şəxslərə təqaüdlərin verilməsi qaydası təsdiqləndi

posted in: Qanun, Xəbər | 0

İşsiz şəxslərə təqaüdlərin verilməsi qaydası təsdiqləndi

Nazirlər Kabineti “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nı təsdiq edib. Sənədə əsasən, bununla “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarı ləğv edilib.

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanıb. Qaydaya görə, işsiz kimi qeydiyyata alınan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı keçdiyi müddətdə aylıq təqaüd alacaqlar. Onlar peşə hazırlığı keçdikləri müddətdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd alacaqlar.

Təqaüdlər işsiz şəxsin bank hesabına köçürüləcək. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Qaydalara əsasən, peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
1. İşsiz kimi qeydiyyatı ləgv edildikdə;
2. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
3. Təhsil müəssisəsindən xaric olunduqda.

İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi orqanlarının xəttindən daxilolmalarla bağlı qayda təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarının xəttindən daxilolmalarla bağlı qayda təsdiqlənib

“Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 17-ci hissəsinə əsasən qərara alıram:

1. “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq

edilmişdir

Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə

nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan

vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında

saxlanılması və istifadəsi

Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılmasına və istifadəsinə dair məsələləri tənzimləyir.

1.2. Bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən hissəsi dedikdə, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan digər daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin (həmin il üçün dövlət büdcəsinin yerli gəlirlərində vergi orqanlarının nəzarəti ilə təmin olunan vergilərin proqnozlaşdırılan məbləğinin 10 faizindən artıq olmamaqla) yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsi başa düşülür.

1.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinin proqnozlaşdırılması məqsədilə hər il iyul ayının 1-dək respublikanın şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə bu Qaydanın 2.2.1 – 2.2.4-cü yarımbəndlərində qeyd olunan şəxslərlə bağlı əvvəlki il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) təqdim edir.

1.4. Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsi layihəsinin tərtibi prosesində, bu Qaydanın 2.2-ci bəndində göstərilən daxilolmalar istisna olmaqla, şəhər və rayonlar üzrə cari büdcə ilinin sonuna vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan digər daxilolmaların gözlənilən icrasına dair məlumatlar əsasında artıq daxil olan vəsaitin yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsini nəzərdə tutur.

2. Büdcədənkənar vəsaitin formalaşdırılması, gəlir və xərclər

smetasının təsdiq edilməsi prosedurları

2.1. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hissəsi yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilir.

2.2. Bu Qaydanın 2.1-ci bəndi aşağıdakı daxilolmalara şamil edilmir:

2.2.1. neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar) üzrə daxilolmalara;

2.2.2. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalara;

2.2.3. dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri) üzrə daxilolmalara;

2.2.4. bu Qaydanın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan vergi ödəyiciləri ilə yanaşı, mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri üzrə daxilolmalara.

2.3. Maliyyə Nazirliyi respublikanın şəhər və rayonları üzrə cari büdcə ili üçün müəyyən olunmuş proqnozun bu Qaydanın 2.2.1 – 2.2.4-cü yarımbəndlərində qeyd olunan vergi ödəyicilərinə aid hissəsini müəyyən edir, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanvar ayının 20-dək əvvəlki büdcə ilində həmin vergi ödəyicilərindən daxilolmalar barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

2.4. Maliyyə Nazirliyi cari büdcə ilində yanvar ayının 25-dək əvvəlki büdcə ilinin nəticələrinə əsasən, bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, şəhər və rayonlar üzrə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan hissəsinin 50 faizinin məbləğini müəyyən edir və onun istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərir.

2.5. Yerli icra hakimiyyəti orqanları bu Qaydanın 2.4-cü bəndinə əsasən, cari büdcə ilində fevral ayının 1-dək gəlir və xərclər smetasının layihəsini və həmin smeta layihəsinə dair izahat məlumatlarını Maliyyə Nazirliyinə təqdim edir.

2.6. Maliyyə Nazirliyi cari büdcə ilində fevral ayının 10-dək protokolla rəsmiləşdirilmiş yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

2.7. Yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər smetasının bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələri isə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

3. Büdcədənkənar vəsaitdən istifadə istiqamətləri

3.1. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan büdcədənkənar gəlirlərin istifadəsi aşağıdakı məqsədlərə yönəldilir:

3.1.1. vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;

3.1.2. vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə;

3.1.3. vəsaitin 50 faizi aşağıdakı məqsədlərə yönəldilir:

3.1.3.1. mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;

3.1.3.2. şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.

4. Yekun müddəalar

4.1. Yerli icra hakimiyyəti orqanları büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Qaydaya əlavəyə uyğun olaraq rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Maliyyə Nazirliyinə təqdim edirlər.

4.2. Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri büdcədənkənar vəsaitin Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə və təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.

“Şəhər və rayonlar üzrə vergi orqanlarının

xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan

daxilolmalardan büdcə ilinin sonuna artıq daxil

olan vəsaitin müəyyən hissəsinin həmin

şəhər və rayonların sərəncamında

saxlanılması və istifadəsi Qaydası”na əlavə

______________________________________________

(yerli icra hakimiyyəti orqanının adı)

20__-ci ilin ____ rübü üzrə artan yekunla

Büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə rüblük

H E S A B A T

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Filial Müdiri tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Filial Müdiri vakansiyaVakansiya: Filial Müdiri / İşəgötürən: “GunayBank” ASC

Əmək Haqqı: 1000 – 1200 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins:
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Cəmilə Məmmədova
  • Telefon: (012) 565-39-81 / (012) 565-39-81
  • E-mail: cv@gunaybank.cominfo@finstaff.az
  • Elanın bitmə tarixi: 03.07.2019
Vakansiya barədə məlumat

– Filialın işini təşkil edərək, filialın fəaliyyətinə nəzarət etmək
– Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə heyəti sədrirnin əmr və sərəncamlarını icra etmək
– Filialın müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək
– Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək
– İşçiləri qiymətləndirmək və motivasiya etmək
– Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək
– Filiala etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s
– Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək
– Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək
– İş saatları: 1-5-ci günlər, saat 09:00-dan 17:00-dək, şənbə günləri saat 10:00-dan 13:00-dək

Filial Müdiri haqqında məlumat

– Ali İqtisadi və ya hüquqi təhsil
– Bank sahəsində minimum 5 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsinin olmasıarzu olunandır
– Rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir)
– İnzibatçı kimi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) xüsusi komissiyasının attestasiyasından keçmiş olmalıdır
– Qüvvədə olan bank qanunvericiliyini və aidiyyəti təlimatları bilməli
– Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı
– Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər)
– Biznesi inkişaf etdirmə bacarığı
– Azərbaycan və rus dillərində səlis ingilis dilində orta səviyyədə danışıq bacarığı
– MS Office-dən istifadə bacarığı
– Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı
– Strateji və analitik düşünmə qabiliyyəti
– Liderlik qabiliyyətinin olması

Uyğun namizədlər CV-lərini “Filial müdiri” başlığı altında cv@gunaybank.com və info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!