» » » Mülki Məcəllədə dəyişiklik edilib

Mülki Məcəllədə dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0
birbank biznes

Mülki Məcəllədə dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2019-cu il tarixli sərəncamı ilə Mülki Məcəllədə aşağıdakı dəyişikliklər edilmişdir:

1. 965.2-ci maddədə “Hesabdakı” sözü “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı” sözləri ilə əvəz edilsin.

2. 965.3-cü maddədə “Bir” sözü “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, bir” sözləri ilə əvəz edilsin.

1. 850.1-ci maddə aşağıdakı redaksiyada verilsin: “850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.”.

2. 851-ci maddə üzrə: 2.1. adına “yük alan” sözlərindən sonra “. Daşıyıcı” sözü əlavə edilsin; 2.2. mətnində “daşıyıcı ilə müqavilə bağlayan” sözləri “adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.”.

3. Aşağıdakı məzmunda 853.1-1-ci maddə əlavə edilsin: “853.1-1. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.”.

4. 861-ci maddənin mətni 861.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 861.2-ci maddə əlavə edilsin: “861.2. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.”.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.