İstehsal xərclərinin təsnifatı

posted in: Xəbər | 0

İstehsala məsrəflərin uçotunun aparılması üçün onların təsnifləşdirilməsi həyata keçirilir. (İstehsal xərcləri)

Xərclər aşağıdakı əlamətlər üzrə qruplaşdırılır və uçota alınır:

Əlamətlər Xərc növləri Xüsusiyyəti
İqtisadi məzmununa görə İqtisadi elementlər üzrə

 

 

 

 

Kalkulyasiya maddələri üzrə

İqtisadi elementlər üzrə xərclər bölünür

  • Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri;
  • Əməyin ödənişi üzrə olan xərclər;
  • Sosial sığortaya olan köçürmələr;
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası;
  • Digər xərclər.

 

Məsrəflərin kalkulyasiya maddələrinə görə qruplaşdırılması üsulu məhsulun (iş və xidmətlərin) maya dəyərinin daha dəqiq hesablanması üçün tətbiq olunur. Xərc maddəsi, yaxud kalkulyasiya maddəsi – ayrıca hər hansı bir məhsulun, yaxud da bütün məhsul buraxılışının maya dəyərini təşkil edən müəyyən növ xərclər hesab olunur. Kalkulyasiya maddələri üzrə xərclər bölünür:

  • xammal və materiallar
  • satıla bilən tullantılar (bu zaman çıxılır);
  • alınmış məhsullar, yarımfabrikatlar, kənar müəssisələrin istehsal xarakteri daşıyan xidmətləri;
  • texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və enerji;
  • istehsalatda çalışan işçilərin əmək haqları;
  • sosial köçürmələr;
  • istehsalın hazırlanılmasına və öyrənilməsinə çəkilən xərclər;
  • ümumistehsalat xərcləri;
  • ümumtəsərrüfat xərcləri;
  • zay məhsuldan olan itkilər;
  • digər istehsalat məsrəfləri
Yekcinslik dərəcəsinə görə: Birelementli xərclər

Kompleks xərcələr

Birelementli xərclər – bircinsli iqtisadi elementlərdən ibarət xərclər.

 

Kompleks xərcələr – müxtəlif iqtisadi element qruplarını birləşdirən xərclər;

İstehsalın həcminə münasibətdə Dəyişkən

Sabit

Dəyişkən xərclər – istehsal həcmi dəyişən zaman ona mütənasib dəyişillər;

Sabit xərclər – istehsal həcmindən asılı olmadan sabit qalıb dəyişmirlər.

Təyinata görə xərclər: Texnoloji xərclər

İnzibati – təsərrüfat xərcləri

Texnoloji xərclər – istehsal prosesi ilə əlaqəli xərclər;

 

İnzibati-təsərrüfat xərcləri – təsərrüfat – idarəetmə xərcləri.

Məqsədəuyğunluq kriteriyasına görə: İstehsal xərcləri

Qeyri-istehsal xərcləri

İstehsal xərcləri – yararlı məhsulun buraxılışı ilə əlaqədar xərclərdir;

 

Qeyri-istehsal xərcləri – istehsalın dayanmasından olan itkilər, zay məhsullar, çatışmazlıqlar.

Maya dəyərinə daxil olunması üsuluna görə Birbaşa xərclər

Dolayı xərclər

Birbaşa xərclər – ilkin sənədlər əsasında məhsulun müəyyən növünə aid oluna biləcək xərclər birbaşa maya dəyərinə daxil edilirlər. Bütün birbaşa xərclər dəyişkən xərclərdir;

Dolayı xərclər – bir neçə məhsul növünün istehsalına çəkilən xərclərdir (istehsalın idarəedilməsi xərcləri). Bu xərclər xüsusi hesablarda toplanır və, müəyyən baza əsasında (əmək haqqı, istehsal həcmi və s.) bölüşdürülüb, məhsulların maya dəyərinə aid edilirlər.

Yaranma vaxtına və maya dəyərinə aid olmasına görə xərclər Cari xərclər

 

Gələcək dövrün xərcləri

Cari xərclər – məhsulun istehsalı və satışı ilə bağlı cari dövrdə gəlir gətirən xərclərə deyilir;

 

Gələcək dövrün xərcləri – cari dövrdə çəkilən, lakin gələcək dövrlərdə gəlir gətirəcəklərinə görə gələcək dövrdə maya dəyərinə daxin ediləcək xərclərə deyilir.

 

Bax:

 


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İstehsal xərcləri

Bu şəxslərin vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı?

posted in: Xəbər | 0

Vakansiya MühasibKənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı? (əməliyyatların uçotu)

Vergidən azad olunan gəlir əldə edən şəxslər də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar. Ona görə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergidən azad, əməliyyatların uçotu

Artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

əmək aylıq vəzifə maaşı emek, Yeni büdcə təsnifat kodları“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (vergilərin geri qaytarılması)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarının 3-cü hissəsi ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                    Novruz Məmmədov

Mənbə: cabmin.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi, vergilərin geri qaytarılması

Sosial fonda ödəmələrdə vahid sistem tətbiq oluna bilər

posted in: Xəbər | 0

sosial fondMilli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində vergi islahatlarından danışıb (sosial fond)

Sual: Son bir ildə aparılan vergi islahatları ölkədə kölgə iqtisadiyyatının azaldılmasına kömək edibmi?


Amma, demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.


Vahid Əhmədov: Ümumiyyətlə Azərbaycanda kölgə iqtisadiyyatı ilə əlaqədar müxtəlif rəqəmlər səsləndirilir. Rəsmi statistika başqa rəqəm deyir. Amma, bizim apardığımız analizlər başqa rəqəm göstərir. Son zamanlar aparılan vergi islahatları, hansı ki, biz 2017-ci ildə başladıq, əsas məqsəd kölgə iqtisadiyyatını müəyyən qədər azaltmaqdan ibarət idi. Yəni insanlar, sahibkarlar əmək haqlarını gizlədirdilər, əlavə vergi ödəmək istəmirdilər. Bu islahatlar həyata keçiriləndən sonra, hesab edirəm ki, kölgə iqtisadiyyatına müəyyən qədər təsirini göstərdi. Amma, demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.

Sual: Dövlət rəsmiləri vergi islahatlarının sahibkarların vergi yükünü azaldacağını bəyan edirdi. Amma, yeni islahatlar sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsini daraltdı və nəticədə, əksinə vergi yükünü artırdı. Buna münasibətiniz necədir?

Vahid Əhmədov: Vergi islahatlarının keçirilməsində bir neçə məqsəd var idi. Əsas məqsəd ondan ibarət idi ki, vergidən yayinmalarla bağlı məsələlər aradan qaldırılsın. Yəni, siz bilirsiniz ki, əmək haqqından vergilər şox yüksək olduğu üçün insanlar, yəni sahibkarlar vergini gizlədirdilər. İşləyən insanların sayını da gizlədirdilər. Az əmək haqqı yazırdılar ki, az vergi ödəsinlər. Amma, indi müəyyən bir hədd müəyyən edildi. O həddə uyğun olaraq vergi sistemində dəyişikliklər əldə edildi. Mən deməzdim ki, vergi sistemində dəyişikliklər ediləndən sonra sahibkarların müıyyən qədər yükü artdı. Elə deyil. Amma, müəyyən müsbət nəticələri oldu. Çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil oldu. Müəyyən qədər də gizli iqtisadiyyatın qarşısı alındı.

Sual: Son bir neçə ayda minimum əmək haqlarının artırılması fərdi sahibkarların sosial fonda ödmələrini də artırıb. Belə ki, fiziki şəxslərin sosial fonda ödəmələri il ərzində 26 manatdan 50 manata qalxıb, 2020-ci ilin yanvarından isə 65 manat olacaq. Göründüyü kimi sahibkarların gəlirləri artmadığı halda sosial fonda ödəmələri və digər vergi öhdəlikəri artır? Sizcə minimum əmək haqqının artırılmasının sosial fonda ödəmələrə təsir etməməsi üçün vahid bir rəqəm götürmək mümkündürmü?


Təkliflər vermişik ki, ümumiyyətlə vahid bir sistem müüəyyən edilsin. Sahibkarlar vahid sitemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artıqca ödəmələr artmamalıdır.


Vahid Əhmədov: Ümumiyyətlə, bu məsələ müzakirə olunur. Əvvəl də müzakirə olunub. Çünki minimum əmək haqqı artırılanda tarif cədvəlində bütün işə gedənlərə, o cümlədən sahibkarlara çox ciddi təsiri olur. Yəni ödəmələrdə artımlar baş verir. Sizin qeyd etdiyiniz kimi, o artımlar hiss olunur. Ona görə də biz də belə bir təkliflər vermişik ki, ümumiyyətlə vahid bir sistem müüəyyən edilsin. Vahid bir ödəmə sistemi müəyyən olunsun. Sahibkarlar vahid sitemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artıqca ödəmələr artmamalıdır. İnsanlar elə bir ödmə apara bilsinlər ki, minimum əmək haqqından ciddi surətdə asılı olmasın. Minimum əmək haqqının artırılması ondan ötrüdür ki, tarif cədvəli ilə maaş alan insanların müəyyən qədər yaşayış şəraiti yaxşılaşsın. Amma, sizin verdiyiniz suala uyğun olaraq vahid ödmə sistemi tətbiq oluna bilər.

Mənbə: www.amerikaninsesi.org