» » » Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi, emek muqavilesiBu yazımızı əmək müqaviləsi ilə çalışanlar üçün maarifləndirici və əhəmiyyətli bir mövzuya həsr etdik. Təbii bir haldır ki, işçi heç də işlədiyi müəssisəyə ömürlük bağlı deyildir. Bu səbəbdən də istər-istəməz hər bir işçinin qarşılaşacağı məqamlardan biri də onunla bağlanmış müqaviləyə xitam verilməsidir. (emek muqavilesi)

Bu yazıda əmək müqaviləsinə hansı hallarda xitam verilə biləcəyini və xitam zamanı işçinin hüquqlarını ətraflı izah edəcəyik.

Əmək müqaviləsinə xitamın bir neçə əsası mövcuddur ki, birinci hal tərəflərdən birinin təşəbbüsüdür. Bu halda ya işçi, ya da işəgötürən müqaviləyə xitam verə bilər. İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün onun 1 təqvim ayı əvvəlcədən işəgötürənə yazılı ərizə ilə müraciəti olmalı və ərizədə müqaviləyə xitam veriləcəyi gün göstərilməlidir. İşçi 1 ay ərzində fikrini dəyişdikdə xəbərdarlıq müddəti bitənə kimi yeni ərizə ilə əvvəlki ərizəsindən imtina edə bilər. Əgər işəgötürən işçinin birinci ərizəsi üzrə yeni işçi götürübsə və bu barədə işçiyə yazılı müraciət edibsə, işçinin 1 ay ərzində əvvəlki ərizəsindən imtina etmək hüququ yoxdur. Əgər işəgötürən işçiyə belə bir müraciət etməyibsə və işçi ikinci ərizə ilə ilk ərizəsindən imtina edirsə, bu zaman onun əmək müqaviləsi xitam edilməyəcək.

İşçinin hüququ var ki, istifadə olunmamış məzuniyyətini götürsün və məzuniyyətin son günündən əmək müqaviləsinin xitam edilməsini tələb etsin.

Bununla yanaşı işçinin yaş və əlilliklə bağlı pensiyaya çıxması, yeni yaşayış yerinə köçməsi, seksual qısnamaya məruz qalması, müvafiq təhsil müəssisəsinə daxil olması və başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda ərizəsində hansı günü qeyd edibsə, həmin gün əmək müqaviləsinin xitam olunmasını tələb etmək hüququ var.

Müqaviləyə xitam verilməsi barədə işəgötürən əmri (sərəncam, qərar) olmalıdır və bu əmrin surəti işçiyə sonuncu iş günü son haqq-hesab və əmək kitabçası ilə birlikdə verilməlidir.

İşəgötürən tərəfindən işçinin məcbur edilərək əmək müqaviləsinə xitam verdirilməsi qadağandır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov