Vakansiya: Mühasib – Cəsarətoğlu MMC

posted in: Xəbər | 0

2019-cu il üçün Əmək Haqqı CədvəliVakansiya: Mühasib.

İşəgötürən: Cəsarətoğlu MMC.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 404-84-03
  • E-mail: designer@cesaretoglu.az / info@finstaff.az
  • Əmək haqqı: 800 – 900 AZN
İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Mal-materialların uçotunun aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Mühasibatlıq modulu üzrə (mədaxil, məxaric, anbar əməliyyatı) 1C əməliyyatlarının aparılması
– Xidmət və mal-material alışlarının 1C proqramına daxil edilməsi
– Əmək haqqı müsahibə əsasında fərdi təyin olunacaq
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan 18:00-dək; Şənbə, Bazar – istirahət

Namizədə tələblər

– Ali təhsil
– Ən azı 3-5 il Mühasibatlıq sahəsində iş təcrübəsi
– Programlar: 1C(8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
– Məsuliyyətli, dəqiq və peşakar
– Kollektivlə işləmək bacarığına malik
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan

CV-lərinizi designer@cesaretoglu.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya, mühasib

Xarici ölkədə ödənilən verginin Azərbaycanda vergi ödənilərkən nəzərə alınması

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 127-ci maddəsi xarici ölkədə ödənilən verginin Azərbaycanda vergi ödənilərkən nəzərə alınmalı olan qaydalarını müəyyənləşdirir. Məcəllənin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır və 127.2-ci maddəyə əsasən, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi rezidentlərin Azərbaycanda vergi ödəyərkən xarici ölkədə ödədikləri verginin nəzərə alınması qaydalarını müəyyən etməkdən ibarətdir, yəni ikiqat vergitutmanı aradan qaldırmaqdır. Belə ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicilərinin gəlirləri Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir. Azərbaycan Respublikasının rezidenti digər ölkələrdə Azərbaycan mənbəyindən olmayan gəlirlərindən həmin ölkələrin qanunvericiliyinə əsasən vergi ödəyir.

Vergi Məcəlləsinin 127.1 və 127.2-ci maddələrinin müddəalarına uyğun olaraq, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Lakin nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Nəzərə alınan məbləğ fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin 1247-ci sətrində (“Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği”) və hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsinin 245-ci sətrində (“Xarici ölkə¬lərdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği”) göstərilir.

Misal 1. Azərbaycan rezidenti olan fiziki şəxs gəlir vergisi dərəcəsinin 15 faiz olduğu ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Bu fiziki şəxs həmin ölkədəki fəaliyyətindən cari ildə 10.000 manat ekvivalentində gəlir əldə edib. Onun kommersiya fəaliyyəti ilə məşğul olduğu ölkədə ödədiyi gəlir vergisinin məbləği 1.500 manat (10.000 x 15% = 1.500) təşkil edib. Bu halda Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq vergi məbləğini müəyyən edək.

Azərbaycan qanunvericiliyinə əsasən, bu məbləğdən ödənilməli olan gəlir vergisinin məbləği 2.000 manat (10.000 x 20% = 2.000) olduğundan, həmin fiziki şəxs xarici ölkədə verginin tutulduğunu təsdiq edən sənəd təqdim etməklə ödəməli olduğu verginin məbləğini xaricdə ödənilmiş 1.500 manat (10.000 x 15% = 1.500) məbləğində azalda bilər. Bu halda ödənilməli olan verginin məbləği 500 manat (2.000 – 1.500 = 500) təşkil edəcək.

Misal 2. Azərbaycan rezidenti olan müəssisə öz daimi nümayəndəliyi vasitəsilə mənfəət vergisi dərəcəsinin 22 faiz olduğu ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Bu müəssisə həmin ölkədəki fəaliyyətindən cari ildə 30.000 manat ekvivalentində mənfəət əldə edib. Onun daimi nümayəndəliyinin yerləşdiyi ölkədə ödədiyi mənfəət vergisinin məbləği 6.600 manat (30.000 x 22% = 6.600) təşkil edib. Bu halda Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq vergi məbləğini müəyyən edək.

Azərbaycan qanunvericiliyinə əsasən, bu məbləğdən ödənilməli olan mənfəət vergisinin məbləği 6.000 manat (30.000 x 20% = 6.000) olduğundan, həmin fiziki şəxs xarici ölkədə verginin tutulduğunu təsdiq edən sənəd təqdim etdikdə xaricdə ödənilmiş 6.600 manat (30.000 x 22% = 6.600) mənfəət vergisinin 6.000 manatı (30.000 x 20% = 6.000) Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq, 600 manatı (6.600 – 6.000 = 600) isə nəzərə alınmayacaqdır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi

Vakansiya: “Data Analitik” tələb olunur

Kiçik Mühasib VakansiyaVakansiya: “Data Analitik” tələb olunur.

İş barədə məlumat
  • Satışların, kredit portfelinin və müxtəlif biznes proseslərin dövrlük müqayisəli analitik hesabatlarının hazırlanması
  • MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi
  • Verilmiş qərarların, edilmiş dəyişiklişlərin hazırki biznes proseslərə və satışlara təsirinin qiymətləndirilməsi

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki: I-V günlər, 09:00-18:00

– Əmək haqqı: 1500 AZN

Namizədə tələblər
  • Ali təhsil
  • Analitika sahəsində iş təcrübəsi – ən azı 1 il
  • Microsoft Excel – professional səviyyədə biliklər
  • Analitik düşüncə tərzi
  • Data Analysis sahəsində iş təcrübəsi
  • 1C bilikləri

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Data Analitik” qeyd edərək CV formasını retail.company1997@gmail.com / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya, data analitik

İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları

posted in: Xəbər | 0

Əmək məzuniyyəti, İstirahət vaxtı, məzuniyyət,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilib. Nazirlikdən verilən xəbərə görə, tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə iştirakçılara məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Tədbirdə, həmçinin, qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün birgə müzakirələr aparılıb. Qeyd olunub ki, qeyri-rəsmi məşğulluq əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanılıb.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İstirahət vaxtı, məzuniyyət