Vakansiya: Mühasib – Zəhmət Ruzi MMC

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Zəhmət Ruzi MMC.

Şəhər: Xırdalan

Yaş: 25 – 35 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Orta

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Orxan Əliyev

Telefon: (012) 349-57-67

E-mail: orxan.a@sab.az / info@finstaff.az

Əmək haqqı: 500 – 800 AZN

İş barədə məlumat

– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsində iştirak etmək

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi

– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 17:00-dək, istirahət günləri şənbə və bazar

– Şirkət hesabına nahar

– Əmək haqqı 500-800 AZN (İşçinin potensialından, iş stajından asılı olaraq ə/h yüksələ bilər)

Namizədə tələblər

– Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi

– Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik

– Mühasibatlıq üzrə 2 il iş təcrübəsi

– Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı

– İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək

CV-lərinizi mövzu yerinə “Mühasib” yazmaqla orxan.a@sab.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasib, vakansiya

Baş mühasibin əmək funksiyası

posted in: mühasib, Xəbər | 0

Mühasib Köməkçisi VakansiyaBaş mühasibin əmək funksiyası nədən ibarətdir? (baş mühasib, emek)

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.


Bax: Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.

Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Baş mühasib bilməlidir:
  • yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
  • müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
  • müəssisənin strukturunu, onun prespektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesablarının forma və qaydalarını;
  • pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını; pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
  • debitor və kreditorlarla hesablaşma qaydalarını;
  • mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
  • yoxlanış və sənədli təftişin qaydalarını;
  • müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
  • iqtisadiyyatın əsaslarını;
  • istehsalın, əməyin və idarəetmənin təşkilini;
  • mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
  • əməyin mühafizəsi;
  • təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək funksiyası, emek, baş mühasib,əmək funksiyası, emek

Kənd təsərrüfatı istehsalçılarına veriləcək subsidiyanın məbləği məlum olub

posted in: Xəbər | 0

subsidiya, kənd təsərrüfatıAzərbaycanda üzüm istehsalçıları bağın salındığı ilk 4 il ərzində hər hektar əkin sahəsinə görə dövlətdən 600 manat sudsidiya alacaqlar. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.

Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən olunacaq. Beləliklə, üzüm üzrə əkin əmsalı 3 müəyyən edilib. Bununla belə, əkindən 4 il sonra məhsulun yetişəcəyi və fermerin gəlir əldə edəcəyi nəzərə alınaraq, əkin əmsalı 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək.

Eyni qayda intensiv meyvə bağı salanlara da aiddir. Söhbət damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlardan; xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlardan; limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlardan; fındıq üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlardan; əzgil, zoğal, iydə, əncir,qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlardan gedir.

Bu zaman qərzəkli bitkilər istisna olmaqla digər meyvələrin istehsalçılara hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 800 manat (əkin əmsalı 4 olacaq), növbəti illərdə isə 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya veriləcək. Qərzəkli bitki istehsalçıları isə hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 400 manat (əkin əmsalı 2 olacaq), növbəti illərdə isə yenə də 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya alacaqlar. Bununla belə, qərzəkli meyvələrdən fındıq üzrə əkin əmsalı yalnız Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil ediləcək.

Adi meyvə bağı salanlara isə hər hektar əkin sahəsinə görə 240 manat subsidiya ödənilməsi (əkin əmsalı 1,2 olacaq) nəzərdə tutulub. Amma bunun üçün 1 hektara əkilmiş tinglərin sayı azı 90 ədəd olmalıdır.

Nəhayət, giləmeyvə istehsalçıları hər hektar əkin sahəsinə görə 200 manat subsidiya ödəniləcək. Yəni əkin əmsalı 1 müəyyən edilib.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kənd təsərrüfatı, subsidiya

Vakansiya: Risklərin idarə edilməsi departamenti (təcrübə)

Vakansiya: Risklərin idarə edilməsi departamenti (təcrübə).

İşəgötürən: Bank of Baku.

Əsas vəzifə və öhdəliklər

– Bankın riskə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
– Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
– Risklər ilə bağlı daxil olan sorğuların cavablandırılması
– Risklər üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək

Seçim meyarları

– Riyaziyyat, İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
– Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
– MS Office (Word, Excel) ilə işləmək bacarığı
– Analitik düşüncə tərzi
– Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq

İş şərtləri

– İş yeri: Baş İdarə
– İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Risklərin idarə edilməsi departamenti (təcrübə) qeyd etməklə hr@bankofbaku.com / info@finstaff.az mail ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya, təcrübə