» » » Vergi borcu əmlaka yönəldilə bilərmi?

Vergi borcu əmlaka yönəldilə bilərmi?

posted in: Vergi, Xəbər | 0

Vergi borcu əmlaka yönəldilə bilərmi?

Təcrübədə vergi borcuna görə vergi ödəyicilərinin məhkəməyə verilməsi, borcun əmlaka yönəldilməsi hallarına az rast gəlinir. Mütəxəssislər hesab edirlər ki, baş verən azsaylı hallar vergi ödəyiciləri üçün ciddi siqnal olmalıdır. Mövzunu maliyyə məsləhətçisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi borcu və ya ona hesablanmış faizləri, habelə vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyalarının tutulması məqsədilə ixtisaslaşdırılmış hərracda satışa çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qeyd etmək lazımdır ki, burada hüquqi şəxsin yalnız balansında olan əmlakdan söhbət gedirsə, fərdi sahibkar borcu üçün onun adına rəsmiləşdirilmiş bütün əmlakla cavabdehdir – hətta bu əmlakın onun sahibkarlıq fəaliyyətinə heç bir aidiyyəti olmasa belə. Bəzən vergidən yayınmaq üçün iş adamları əmlaklarını öz həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Lakin unutmaq lazım deyil ki, ər-arvadın nikahda olduğu müddətdə əldə edilən əmlak hər ikisinə məxsusdur.

Bu hallar, əslində, xoşagəlməz, hətta təhlükəlidir. Vergidən yayınmaq üçün atılan qeyri-qanuni addımlar iş adamlarında ciddi streslər yaradır. Bunun yeganə alternativi vergiləri vaxtında və tam şəkildə ödəməkdir. Hər şey eynilə həndəsədə olduğu kimidir: iki nöqtə arasındakı ən qısa məsafə, onların arasından çəkilən düz xəttdir. Nə qədər çalışsan da, bunu dəyişdirə bilməzsən.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi borcu