Vakansiya: Mühasibatlıq, hesabatlıq və Konsolidasiya şöbəsində təcrübə

posted in: Xəbər | 0

vakansiya Təcrübə, hesabatlıq, mühasibatlıq, konsolidasiyaVakansiya: Mühasibatlıq, hesabatlıq və Konsolidasiya şöbəsində təcrübə (Gilan Kənd Təsərrüfatı Qrupu).

İşəgötürən: Gilan Holding.

Kateqoriya: Kənd təsərrüfatı

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Bakı

Öhdəliklər:

  • Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
  • Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
  • Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
  • Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
  • Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Aktiv və öhdəliklərin inventarizasiyası (Bakıda və regionlarda).

Tələblər:

  • Maliyyə/Mühasibatlıq ixtisaslı 3-cü və 4-cü kurs tələbəsi və ya yeni məzun;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
  • MS Ofis proqramlarının sərbəst istifadəçisi;
  • ACCA F2, F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır;
  • Tez öyrənmək bacarığı.
Müraciət etmək üçün keçidə daxil olun.
Mənbə: gilanholding.com

Elanın bitmə tarixi: 16-09-2019


 


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibatlıq, Konsolidasiya, hesabatlıq, təcrübə

Yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin verilməsi qaydası

posted in: Xəbər | 0

nəqliyyatYol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin verilməsi qaydası

Baş verən yol-nəqliyyat hadisələrindən hadisə zamanı iki tərəfin və ya zəncirvari qəzalar vaxtı bir neçə sürücünün hadisənin baş verməsində təqsirli olduğu hadisələrlə də rastlaşmaq mümkündür. Bu isə mütləq dəqiq surətdə tənzimlənməli hallardır. Sığorta şirkətləri tərəfindən hadisənin baş verməsində iki tərəfin də təqsiri müəyyən edildiyi hallarda sığorta ödənişinin verilməsi aşağıdakı qaydada həyata keçirilir:

a) Hadisə 2 sığortalı sürücünün iştirakı ilə baş verdikdə – Sığorta şirkətində icbari qaydada sığorta olunan şəxs (A) B sürücü ilə toqquşur. Hadisədə hər ikisinin təqsiri rəsmiləşdirilir. B sürücü A-nın sığorta şirkətindən hadisədə təqsirinin dərəcəsinə mütənasib qaydada sığorta ödənişini alır. Belə ki, B-nin avtomobilinə 1000 manat məbləğində zərər dəyib və hadisədə yarı təqsirli sayılıbsa, ona 1000 manatın yarısı məbləğində ödəniş ediləcək. A-nın avtomobilinə görə isə B əgər sığortalıdırsa, A sürücü B-nin sığorta şirkətindən yenə öz təqsirinə görə ödəniş ala bilər. Bu halda da A-nın zərəri 1000 manat və yarı təqsiri olduğu üçün A-ya 500 manat ödəniləcək.

b) Hadisə 1 sığortalı sürücünün iştirakı ilə baş verdikdə – bu halda hər iki tərəfin təqsiri müəyyən edilir. Təqsirin dərəcəsi məlum olur. Daha sonra isə sığortası olmayan sürücü sığortalı sürücünün sığorta şirkətindən dəymiş zərərini təqsirin dərəcəsinə uyğun olaraq almalıdır.

c) Hadisədə bir neçə sığortalı sürücü iştirak etdikdə – Hər bir sürücü onun avtomobilinə dəyən zərərə görə təqsirli olan sürücülərin sığorta şirkətindən onun həmin avtomobilə dəymiş zərərdə təqsiri nəzərə alınmaqla ödənişini ala bilər.

Bununla yanaşı xatırladaq ki, sığorta şirkətinin öhdəliyi bir hadisəyə görə 5000 manat olaraq müəyyən edilmişdir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, hadisə zamanı digər sürücünün sığortalı olub-olmamasından asılı olmayaraq hər bir sürücü digər tərəfə vurduğu zərərə görə tam həcmdə mülki məsuliyyət daşıyır.

Bu səbəbdən də sürücünün sığortalı olmaması onu vurduğu zərəri ödəmək vəzifəsindən azad etmir.

Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Yol-nəqliyyat hadisəsi

2019-cu ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

Cari vergi ödəmələri, Sosial Sığorta, vergi, imtahan Vergilər naziri işsizlik sığortası MDSS2019-cu ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

2019-cu ilin avqust ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin avqust ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin sentyabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

  • 15.09.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.09.2019-cu il tarixə keçirilmişdir.
  • 20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər

Vakansiya: İnsan Resursları üzrə təcrübəçi

Vakansiya: İnsan Resursları üzrə təcrübəçi.

İşəgötürən: Avrora MMC.

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• İş vaxtı: 08:00-dan 17:00-dək;
• İş yeri: Hökməli və Dərnəgül qəsəbəsi
• Nahar və servis şirkət tərəfindən təmin olunur;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilir.

Tələblər:

• Ali təhsil;
• Yaş: 21-25;
• Cinsi: kişi;
• Yaxşı ünsiyyət qurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• MBA (İnsan Resursları üzrə) və ya HR Təlimlərində iştirak edən namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İnsan Resursları üzrə təcrübəçi” yazaraq hr@avrora.az / info@finstaff.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az