Vergi və Sosial Sığorta bəyannamələri birləşdirilir

posted in: Vergi, Xəbər | 0

imtahan Vergilər naziri işsizlik sığortası MDSSAzərbaycan Respublikasının Vergilər Nazirliyi Bəzi hesabat növlərinin birləşdirilməsi barədə Vergi ödəyicilərinə bildiriş və yeni hesabatların doldurulma qaydalarını göndərmişdir, Bildirişdə qeyd edilir ki, Vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatların sayının azaldılması, vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi Qaydası” təsdiq edilmişdir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən hesabat formaları 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minəcəkdir.

Dəyişikliklər edilmiş hesabat formaları və onların tərtib edilməsi Qaydaları qoşma faylda Sizə təqdim olunur.

Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi


“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə № 2”nin QAYDASI (65 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi Qaydası (527 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə № 2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə məlumat) Qaydası (529 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) tərtib edilməsi Qaydası (514 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) tərtib edilməsi Qaydası (492 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) tərtib edilməsi Qaydası (513 downloads )

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) (504 downloads )


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Sosial Sığorta, vergi

21 vəzifəli şəxsə inzibati cərimələr tətbiq edilib

posted in: Xəbər | 0

Büdcə təşkilatlarında maliyyə qaydalarını pozan 21 vəzifəli şəxsə inzibati cərimələr tətbiq edilib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən cari ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlikdən verilən məlumata görə, bu ilin birinci yarısında, dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib. Həmin məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib. Cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
inzibati cərimələr

Mühasiblərin diqqətinə! Yeni büdcə təsnifat kodları təsdiqlənib

posted in: Xəbər | 0

büdcə təsnifat kodları, Qrant layihələri, yeni hesabat forması,İqtisadi Fəaliyyət, Neft-qaz sektoru, İcra hakimiyyəti əmək haqqı emekAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında (yeni büdcə təsnifat kodları)

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Faylı yükləyin:  Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə Qərarda dəyişiklik (1619 downloads )

Azərbaycan Respublikasının
Baş Naziri           Novruz Məmmədov

Mənbə: cabmin.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
yeni büdcə təsnifat kodları

Məşğulluq hesabatlarının doldurulma qaydası

posted in: Xəbər | 0

Məşğulluq hesabatlarının doldurulma qaydası

Bildiyimiz kimi, Məşğulluq hesabatlarının verilməməsinə görə cərimələr 10 dəfə artırılıb. Cərimələrin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Məşğulluq hesabatlarının doldurulma qaydasını sizə təqdim edirik.

Qayda ilə tanış olmaq üçün faylı yükləyin.

Məşğulluq hesabatlarının doldurulma qaydası (391 downloads )
Bax: Məşğulluq hesabatlarının verilməməsinə görə cərimələr 10 dəfə artırılıb

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Məşğulluq hesabatları