Avadanlıqların təmir xərcinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

təmir xərci, EDV ƏDV öhdəliyi vakansiya Mühasib KöməkçisiVergi ödəyicilərinin maraqlandığı məsələlərdən biri də amortizasiya və təmir xərclərinin vergilərin hesablanması zamanı hansı formada nəzərə alınmasıdır. Məsələn, fərz edək ki, sifarişçi ilə icraçı arasında torpaq üyüdülməsinə dair müqavilə bağlanıb və istifadə ediləcək avadanlığın bütün istehsalat xərcləri təmənnasız olaraq icraçı tərəfdən qarşılanmalıdır. Lakin müqaviləyə əsasən, sifarişçi amortizasiya hüququnu özündə saxlamaqla avadanlıqları icraçının istifadəsinə ötürüb. (təmir xərci)

Avadanlığın dəyəri aşağı olsa da, istifadə edilən ehtiyat hissələri istehsalat planına uyğun məhsulun vaxtında sifarişçiyə təqdim olunması üçün sərf edilir və sərfiyyat gəlirə nisbətdə qənaətbəxşdir. Həmin ehtiyat hissələri adətən 1-3 il ərzində istismar edildiyi halda, bu prosesdə intensiv işlədildiyinə görə, 1-3 ay ərzində istismardan çıxmalı olur. Torpaq üyüdülməsi üzrə gəlirin 30-40 faizini məhz üyüdülmənin əsas istehsalat xərci sayılan bu ehtiyat hissələri təşkil edir. Belə olan halda, mal-material sərfiyyatı mənfəət vergisi bəyannaməsində təmir xərci kimi hesablana bilərmi? (Qeyd etdik ki, amortizasiya hüququnu icarəyə verən özündə saxlayıb).

Məsələ ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, təmir xərcləri gəlirdən iki formada çıxıla bilər:

1). Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulan hədlər daxilində birbaşa. Həmin maddəyə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır.

Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

2). Həmin hədlərdən artıq olan hissədə Vergi Məcəlləsinin 115.2-ci maddəsində nəzərdə tutulan qaydada amortizasiya ayırmaları şəklində. Həmin maddəyə əsasən, Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

İkinci halda təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılan hissəsi kapitallaşdırlır, yəni əsas vəsatin dəyərinə əlavə edilir. Təmir aparılan ildən başlayaraq, əsas vəsaitlərin dəyərinin tərkib hissəsi kimi növbəti illərdə də davam etməklə, tədricən amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Əsas vəsaitə çəkilmiş təmir xərclərinin gəlirdən çıxılması tərəflər arasında icarə müqaviləsi bağlandığı və icarəçi tərəfindən əsas vəsaitin balansa götürüldüyü halda, Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən mümkündür. Ancaq bu halda əsas vəsait sifarişçinin balansında olduğu üçün icraçı tərəfindən əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Nazirliyin şərhində o da bildirilib ki, hər hansı xidmət göstərən şəxs tərəfindən xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
təmir xərci,

İnsan resursları üzrə 3 aylıq təcrübə proqramı elan olunur

posted in: Xəbər | 0

Vəzifə: İnsan resursları üzrə administrator (3 aylıq təcrübə proqramı)

İşəgötürən:  Ideal Management Investment and Consulting

İş rejimi: I-V günlər

İşin təsviri: IMIC Bakıda yerləşən, aktivlərin idarə olunması, biznesin idarə olunması və biznes-konsaltinq xidmətləri göstərən şirkətdir. Fəaliyyət istiqaməti – müəssisələrin, fərdi investorların və sifarişçilərin investisiya ehtiyaclarının qarşılanmasına yönəlmişdir.
Şirkətimizə hal hazırda İnsan Resursları üzrə Administrator (3 aylıq təcrübə proqramı) tələb olunur.

Vəzifə öhdəlikləri:

-İşçilərin şəxsi işlərinin Elektron (ERP sistemdə) və kağız üzərində aparılması
-Əməkdaşların müraciəti əsasında xasiyyətnamə, səfirliyə və digər təyinatda arayışların və ezamiyyə vərəqələrinin hazırlanması, direktor tərəfindən təsdiqlənməsinin izlənməsi və təsdiqlənmiş sənədlərin işçilərə təhvil verilməsi
-Aidiyyəti dövlət strukturlarına zəruri hesabat və sənədlərin hazırlanaraq təqdim olunması
-Sənədlərin reyestr qeydiyyatının aparılması
-Əmək kitabçalarının sifariş edilməsi və təhvil alınması
-İllik Əmək məzuniyyəti cədvəllərinə əsasən işçilərin məzuniyyətə çıxmasının monitorinqi, pozuntuların aşkar edilməsi halında rəhbərliyə məruzə edilməsi
-Ödənişsiz əmək məzuniyyətinin verilməsi
-Bülletenlərin doldurulması, tabeldə işlənməsi və mühasibatlığa təqdim edilməsi
-İR şöbəsinə təqdim olunan Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
-Görülən işlər barədə rəhbərliyə hesabat vermək
-Heyətin davamiyyətinə nəzarət etmək

Tələblər

–  Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilmək
– Ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
– Nəticə və vaxt yönümlülük, planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarığı, qərar qəbul etmək bacarığı
– Insanlarla rahat ünsiyyət qurmaq bacarığı
– Ali təhsilə sahib olmaq (İR yönümlü arzu olunandır)

CV-lərinizi hr@imic.az / info@finstaff.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İnsan resursları, təcrübə proqramı

E-kassa istifadəçilərinin hüquq və vəzifələri

posted in: Xəbər | 0

E-kassa kassaE-kassa istifadəçilərinin qanunvericiliklə müəyyən edilən aşağıdakı hüquqları var: vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması üçün e-kassanın müəyyən olunmuş modelini sifariş vermək; e-kassanın istismara hazırlığını, servis texniki xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sahələrarası ekspert komissiyasına təkliflər vermək; vergi orqanlarının və e-kassa operatorunun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barədə qanunla müəyyən olunmuş qaydada şikayət vermək. (hüquq)

E-kassa istifadəçilərinin vəzifələri portalın “E-kassa istifadəçiləri” alt-menyusunda təqdim olunmuşdur.

Cərimələr

Qanunvericilikdə nəzərdə tutulduğu kimi, topdansatış ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni e-kassalar və ya ciddi hesabat blankları tətbiq olunmadan (e-kassa quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən e-kassalardan istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim olunmalı bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, e-kassadan istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

     – təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

     – belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

     – təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: e-kassa.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
e-kassa, hüquq

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə” – “e-Təmsilçi” qismində tanınma barədə Ərizə” – notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş (xarici ölkədə təsdiq olunduqda leqallaşdırılmış) xarici vətəndaş olan fiziki şəxs və ya hüquqi şəxs tərəfindən “e-Təmsilçi”-yə səlahiyyətlərin verilməsi ilə bağlı verilən etibarnamə – şəxsiyyəti təsdiq edən sənədin surəti – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) – Asan İmza SİM-kartı – Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti

Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: – 

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Asan İmza Simkartı