Daha çox8
Daha çox8

Vakansiya: Mühasib – Xəzinədar / Aztech and Tegeta Motors MMC

vakansiya MühasibVakansiya: Mühasib – xəzinədar.

İşəgötürən: Aztech and Tegeta Motors MMC.

Şəhər: Bakı

Yaş: 23 – 35 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: hr@srgroupco.com / info@finstaff.az

Əmək haqqı: Razılaşma

İş barədə məlumat
  • Kassa əməliyyatlarının müvafiq qaydada və tələblərə uyğun aparılması
  • Ödənişi köçürmə yolu ilə icra olunan hesabların tərtibi
  • Ödənişlərə nəzərət
  • Təhtəlhesab şəxslərlə işin aparılması


Namizədə tələblər
  • Ali ixtisas təhsili
  • Azərbaycan, Rus dili biliyi
  • Kompyuter bilikləri : 1 C 7.7; 8.2; 8.3
  • Yaş həddi 23-35
  • Müvafiq sahədə 1 ildən 3 ilə dək iş təcrübəsi
  • Məsuliyyət, dəqiqlik, analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmalı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini hr@srgroupco.com / info@finstaff.az elektron ünvana təqdim edə bilərlər.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib – xəzinədar, vakansiya

Hüquqi şəxsin hansı sənədlərinin sürətini Vergi orqanlarından almaq olar?

posted in: Vergi, Xəbər | 0

hüquqi şəxs vergiSual: Hər hansı bir hüquqi şəxsin nizamnaməsini və hüquqi ünvanını təsdiq edən rəsmi sənədi Vergi orqanlarından almaq olarmı? (hüquqi şəxs)

Cavab: Bildiririk ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Dövlət reyestrin çıxarışlar hüquqi şəxsə rüsumsuz verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə (Bakı şəhəri Lokal Gəlirlər Departamentininn inzibati binasında yerləşən xidmət mərkəzində yalnız həmin Departamentin vergi ödəyiciləri üçün), Naxçıvan MR Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinə, Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır) müraciət edilməlidir. Bu xidmətin icra müddəti 7 iş günü müəyyən edilmişdir.



Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7.45-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya sirri və (və ya) vergi sirri hesab edilməyən dövlət reyestri məlumatları https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp elektron ünvan üzrə keçid etdikdə əldə oluna bilər.

Bax: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanununun III fəsli, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”, Vergilər Nazirliyinin 19.05.2017-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları” 5.6-cı və 6.10-e –ci bəndləri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
hüquqi şəxs, vergi

Əmlakın satışı zamanı əmlak sahibinin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Ölkədə biznesin inkişafı əmlak sektorunda da canlanma yaradıb. Torpaq və ya hazır tikililəri almaq istəyən vətəndaşların əmlak şirkətlərinə müraciətləri artıb. Elə onlara təklif edilən əmlakların da çeşidi çoxalıb. Bəs əmlak satılarkən onun sahibi vergiyə cəlb edilirmi? Həmin şəxslər hansı verginin ödəyicisi hesab edilirlər? Məsələn, ƏDV ödəyicisi olan “A” müəssisəsinin mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin 300 kv.m-nin üzərində avadanlıq və tikililərlə birlikdə dəyəri 100 min manat olan (avadanlıq – 50.000, tikili – 50.000) istehsal obyekti mövcuddur. 200 kv.m torpaq sahəsi boşdur və bazar qiyməti 10.000 manatdır. “A” müəssisəsi həmin əmlakları satarkən hansı öhdəlikləri yaranır? (vergi öhdəliyi)

Vergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilir ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləği alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb edilmir, eyni zamanda təqdimolunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulan vergi də gəlirdən çıxılan xərclərə aid edilmir. Misalda qeyd edilən halda, hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim edilərkən sadələşdirilmiş vergiyə cəlb olunur.


Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini
artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır


Avadanlığın təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitin qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb olunur. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim olunan aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Həmin maddədə göstərilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır. Eyni zamanda, ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Qeyd: Əmlak satışı zamanı Vergi Məcəlləsinin 142-ci, 143-cü, 155.1-ci, 218.4.3-cü, 218.4.5-ci, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələrinə istinad edilir.

Transfer qiyməti barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Transfer qiymətiBu günkü mövzumuz transfer qiymətinə həsr olacaq. Vergi Məcəlləsinə transfer qiyməti anlayışı 2017-ci ildə əlavə edilib. Transfer qiyməti nədir – rezident və qeyri rezident arasında olan hesablaşmaları tənzimləyəcək qiymətdir. Transfer qiyməti – maliyyə axınlarını optimallaşdırmaq məqsədilə bağlı, strukturlar arasında əməliyyatlar üçün müəyyən edilmiş qiymətdir. Qısa olaraq  transfer qiyməti – bazar qiyməti deyil, yəni müəssisənin özü üçün təyin etdiyi qiymətdir (daxili qiymət), böyük şirkətlər, milli və beynəlxalq təşkilatlar çərçivəsində, müxtəlif ölkələrdə yerləşən sonuncu struktur bölmələri arasında olan qiymətdir. Transfer qiymətləri- istehsalçı firmanın topdansatış qiymətlərinin bir növü olub, transmilli korparasiyaların (TMK) praktikasında tətbiq olunur. Transfer qiymətin anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsini 13.2.65. maddəsində verilmişdir: transfer qiyməti — bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymətdir.

Bəzən transfer qiyməti şirkətin daxili qiyməti kimi adlanır. Daxili qiymət  kommersiya sirri olmasa da onun geniş şəkildə yayılması məqsədə uyğun deyil.

Transfer qiyməti yalnız hüquqi şəxslərin mənfəət vergisi/fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün və hər bir nəzarət olunan şəxs üzrə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq edilir.

Azərbaycan Respublikası Vergilər Nazirliyi  27.01.2017-ci ildə  “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydalarını təsdiq etmişdir. Respublikamızda transfer qiyməti nəzarət olunan  əməliyyatlar üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikası Vergi Məcəlləsinə və həmin Qaydalara əsasən müəyyən edilir.

Diqqətinizi qaydalara yönəltmək istəyirəm. Qaydalarda qeyd edilmiş ümumi prinsip ondan ibarətdir ki, Vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi ödəyicisi və vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır.

Müəssisələr transfer qiymətlərinin müəyyən edilməsi üçün bir neçə üsullardan istifadə edilə bilər:

  1. Qiymətlərin müqayisəsi üsulu;
  2. Sonrakı (təkrar) satış qiyməti üsulu;
  3. Dəyərin toplanması üsulu;
  4. Rentabellik üsulu;
  5. Mənfəət bölgüsü üsulu.

Vergi məcəlləsində 14-1.1 maddəsində əks etdirib.

Qeyd etmək istərdim, ki rentabellik və mənfəət bölgüsü üsulu seçərək  müqayisə edilən əməliyyatlar aşkar edilmədikdə bu üsullar Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 №- li  qərarı ilə təsdiq edilmiş “Vergi  ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablaması Qaydaları” əsasında şərti rentabellik normasını əsas götürərək tətbiq edə bilərlər.

Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən müəyyən edilmiş həddən artıq olduqda, həmin vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara dair məlumat Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə bu Qaydalara əlavə edilən formada “Nəzarət olunan əməliyyatlar haqqında Arayış” və onun əlavəsi müvafiq qaydada doldurularaq vergi orqanına təqdim edilməlidir.

Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş həddən artıq olmaması səbəbindən Arayış təqdim edilmədiyi halda, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı həmin tədbirlərin əhatə etdiyi hesabat dövrlərində həyata keçirilmiş nəzarət olunan əməliyyatların qiymətləri bu Qaydalara əsasən müəyyənləşdirilməlidir.

Vergi ödəyicisi transfer qiymətini özü müəyyənləşdirdiyi hallarda bu Qaydaların 10.2-ci (10.2 Vergi ödəyicisi transfer qiymətlərini müstəqil şəkildə müəyyən etdiyi halda həmin qiymətin bu Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması üçün tələb olunan bütün sənədləri, o cümlədən, nəzarət olunan əməliyyatın bütün təfərrüatları və şərtləri, hesablamanın bütün şərtləri, müqayisə üçün seçilmiş əməliyyatlar, həmin əməliyyatların və tətbiq edilmiş üsulun seçim səbəbi və əsaslandırılması haqqında məlumatları və təsdiqedici sənədləri də vergi orqanına təqdim etməlidir) bəndində nəzərdə tutulmuş sənədləri saxlaya və vergi nəzarəti tədbirləri zamanı vergi orqanının məsul şəxslərinə təqdim edə bilər.

Transfer qiymətləri müəyyən edilərkən aşağıdakı məlumat bazalarından istifadə edilir:

  1. yerli və beynəlxalq birja kotirovkaları;
  2. gömrük orqanının apardığı xarici ticarət statistikası;
  3. mənbəyi bəlli olan məlumat mənbələrində yerləşdirilmiş hesabat məlumatları;
  4. vergi orqanın qoşulduğu beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazaları;
  5. mallara, işlərə və xidmətlərə, habelə onların yerli və beynəlxalq bazarlarda təsbit edilmiş qiymətlərinə dair mənbəyi bəlli olan məlumatların yerləşdirildiyi məlumat mənbələri.

Transfer qiymətlərinin üsulları əvvəlcədən razılaşdırıla bilər. Transfer qiymətinin vergi ödəyicisi tərəfindən müstəqil şəkildə müəyyənləşdirilə bilər.

İkiqat vergitutmanın qaydaların 12.1. maddəsinə əsaslanaraq aradan qaldırıla bilər:  Nəzarət olunan əməliyyatda transfer qiymətinin müəyyənləşdirilməsi və tətbiqi nəticəsində vergi ödəyicisinin vergitutma bazası dəyişikliklərə məruz qalarsa və bunun nəticəsində həmin əməliyyatdan mənfəətə münasibətdə həm Azərbaycan Respublikasında, həm də əməliyyatın digər tərəfi olan şəxsin dövlətində ikiqat vergitutma halının yarana biləcəyi halda vergi ödəyicisinin və ya əməliyyatın tərəfi olan digər şəxsin müraciəti əsasında vergi orqanı digər dövlətdə nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasında əməliyyat nəticəsində ödənilmiş vergilər barədə məlumatı izahlı şəkildə müraciət edən şəxsə təqdim edə bilər.

Müəllif: BSC şirkətinin Maliyyə işləri üzrə Baş Müşaviri Leyla Kiçibəyova


Teleqram kanalımıza üzv olun



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Transfer qiyməti
error: Content is protected !!