Daha çox8
Daha çox8

İdxalçılara tətbiq olunan cərimələr hansı formada xərclərə daxil edilir?

posted in: Xəbər | 0

pensiya kapitalıMaliyyə Bazarlarına Nəzarət Palatası xaricə ödənilən vəsaitlərin müqabilində alınan malların gecikməsini aşkarladıqda, qanunvericiliyə əsasən, onlara qarşı cərimələr tətbiq edir. Bu səbəbdən, iş adamlarında həmin cərimə məbləğlərinin hesablanması ilə bağlı belə bir sual yaranır: müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən aldığı malların yüklənməsi, daşınması və rəsmiləşdirməsi zamanı (gecikməyə, yanıcıya və gözləməyə görə) yaranan cərimələri anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid edə bilərmi, yoxsa həmin xərclər ayrıca inzibati xərc kimi tanınmalıdır?

Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq, idxal edilən malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, 10-cu fəsilə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil olunmadan birbaşa gəlirdən çıxılan xərclərə aid edilir. Vergi Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir.

Bakıda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

əmək haqları əmək haqqıBakıda orta aylıq əmək haqqı 816 manata yüksəlib.(emek haqqi)

Bu ilin yanvar-iyun aylarında əvvəlki ilin analoji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.

Bakı Şəhər Statistika İdarəsinin növbəti hesabatında qeyd olunur ki, bu dövrdə ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Mənbə: vergiler.az


Vergi məcəlləsinin 164-cü maddəsində dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

tutulan vergi güzəşt muzdlu işAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (vergi məcəlləsi, vergi mecellesi)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

AR Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008,

№ 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146,

№ 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1551-VQD nömrəli, 9 aprel tarixli 1559-VQD və 1562-VQD nömrəli, 3 may tarixli 1575-VQD və 1584-VQD nömrəli qanunları) 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: president.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi məcəlləsi,vergi məcəlləsi, vergi mecellesi, vergi mecellesi

Vakansiya: Baş mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Baş mühasib.

İşəgötürən: ISLAMOGLU Un Məmulatları.

Şəhər: Bakı

Yaş: 28 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Samir bəy

Telefon: (012) 450-64-13

E-mail:info@islamoglu.az / info@finstaff.az

Əmək haqqı: 800 – 1000 AZN

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Mal-materialların uçotunun aparılması
– İstehsal olunan malların maya dəyərinin hesablanması
– Aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – şənbə; 09:00-dan 18:00-dək; bazar – istirahət

Namizədə tələblər

– Təhsili: ali (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– İş təcürbəsi: 5 ildən çox
– Yaş həddi: 28-45
– Ailə vəziyyəti: evli
– Yaşayış ünvanı: Bakı şəhəri
– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək, 1C-8.3 bilmək

Yalnız CV göndərən namizədlər dəyərləndiriləcək. info@islamoglu.az / info@finstaff.az

Mənbə: finstaff.az

error: Content is protected !!