Bu halda avtomobilin icarə xərci gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Avtomobilin icarə xərci gəlirdən çıxıla bilər?  icarə xərci


Kiçik sahibkarlıqla məşğul olan iş adamları xərclərinə qənaət etmək məqsədilə avtomobilləri müəyyən şərtlərlə icarə götürürlər. İşəgötürənlə bağlanan icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri (ehtiyat hissələr amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirilməsi, təkərlərin dəyişdirilməsi və s.) də işəgötürən ödəməlidir. Digər variantda işəgötürən öz işçisinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür və müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün çəkiləcək xəcləri (ehtiyat hissələr amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) işəgötürən qarşılayacaq.

Yuxarıda qeyd edilən hallarda bu xərclər gəlirin əldə olunması ilə bağlı xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Suallara Vergilər Nazirliyi tərəfində aydınlıq gətirilərək bildirilib ki, icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda, həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər. Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Qeyd: Bu məqamlar Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az

Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Mühasib – Azersun Holding

Maliyyə Meneceri vakansiya mühasibVakansiya: Mühasib.

İşəgötürən: Azersun Holding.

Vəzifə öhdəlikləri

• Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
• Vergi, Statistika,DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
• Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;

Təhsil və iş təcrübəsi

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
• Mühasib kimi minimum 3 il iş təcrübəsi;

Bacarıq və səriştələr

• Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
• Komandada işləmə bacarığı olmalı;
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan namizədlər;

Namizədə tələblər

• Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA, F3 maliyyə uçotu sertifikatı olması əlavə üstünlükdür);
• MS Office, 1C, BTP, MİKRO mühasibatlıq proqramlarını, B1, B3 hesabatlarını mükəmməl bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli;

İş yeri:

Azərbaycan Şəkər İstehsalat Birliyi. Azərbaycan Respublikası, İmişli şəhəri, Sabir Fətəliyev küçəsi. 45

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com / info@finstaff.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər.

Mənbə: jobsearch.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya, mühasib

Cərimələr malların maya dəyərinə aid edilməlidirmi?

posted in: Xəbər | 0

maya dəyəriSual: Bilmək istəyirik ki, müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən alınmış malların yüklənməsi, daşınması və rəsmiləşdirilməsi zamanı (gecikmə, gözləməyə görə) yaranmış cərimələri, anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid etməlidirmi, yoxsa ayrıca inzibati xərc kimi tanımalıdırmı?(cərimələr, maya dəyəri)

Cavab: Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci119-cu162-ci maddələri və Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
cərimələr, maya dəyəri

Vakansiya: Kiçik Xəzinədar – PASHA Bank

Vakansiya: Kiçik Xəzinədar.

İşəgötürən: PASHA Bank.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: recruitment@pashabank.az / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma
İş barədə məlumat

– Daxil olmuş pulların sayılması
– Baş xəzinədarın və ya digər rəhbərlərinin tapşırıqlarını yerinə yetirilməsi
– Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması
– Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi
– ABS-də müxabirləşmələrin aparılması
– Şöbənin Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi
– Kassa əməliyyat sənədlərinin saxlanılması,günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi
– Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi

Namizədə tələblər

– Təhsil: İqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi.
– İş təcrübəsi:Xəzinə və ya Bank sahəsində 1 il
– Xarici dil: İngilis(orta), Rus(yaxşı)
– Kompyuter bilikləri: Word, Excel, Outlook
– Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
– Digər: Mərkəzi bankın qaydaları, FlexCube

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az / info@finstaff.az elektron ünvanına email-in mövzu hissəsində “Kiçik Xəzinədar” yazaraq göndərmələri xahiş olunur.

Vakansiya üzrə son müraciət tarixi 30 sentyabr 2019-dur.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kiçik Xəzinədar, vakansiya