Daha çox8
Daha çox8

Vakansiya: Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi

posted in: Bank, Vakansiya, Xəbər | 0

İnsan resurslarıVakansiya: Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi.

İşəgötürən: Bank BTB ASC.

Şəhər: Bakı

Yaş: 25 – 38 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: cv@btb.az / info@finstaff.az

Əmək haqqı: Razılaşma

İş barədə məlumat

• Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;

• Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
• Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
• Bankın korporativ məhsul və xidmətlərinin təbliğat – təşviqat materiallarının strukturunun və mətninin hazırlanması;
• Satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.

Namizədə tələblər

– Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
– Ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
– Azərbaycan, Rus və İngilis dilləri;
– Ünsiyyətqurma bacarığı;
– Satış bacarığı;
– Analitik bacarıq;
– Yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Sentyabr , 2019-cu il tarixinədək cv@btb.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Azərbaycanda 1 milyon 350 min insanın maaşı artıb

posted in: Xəbər | 0

maaşPrezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Həmçinin dövlət sektorunda çalışanların əmək haqlarında 20-50 faiz artımlar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı, ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla, 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. (maaş)

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir. Xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır.
Ölkə başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının da 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əmək haqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli şəkildə yüksəlməsi ilə nəticələnib.

Mənbə: vergiler.az


Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
maaş

Kassa çeki ilə xərcləri rəsmiləşdirmək olarmı?

posted in: Xəbər | 0

Nəzarət-kassaMüəssisə öz ehtiyacları üçün pərakəndə satış məntəqəsindən nağd qaydada hər hansı mal aldıqda onun gəlirdən çıxılan xərclərə aid edilməsi üçün kassa çeki kifayət edirmi? Əgər kassa çekindən başqa sənəd (elektron qaimə-faktura və s.) yoxdursa, bu zaman hər hansı cərimə nəzərdə tutulurmu?

Suallara Vergilər Nazirliyindən aydınlıq gətirilərək bildirilib ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Vergi Məcəlləsinin 108-ci maddəsinə görə, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Pərakəndə satış məntəqəsindən nağd qaydada aparılan əməliyyatlara görə xərclər gəlirin əldə edilməsi ilə bağlı olduqda və qanunvericilikdə nəzərdə tutulan qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası ilə rəsmiləşdirildikdə gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında cərimə tətbiq olunur.

Fiziki şəxslərdən tutulan əmlak vergisi barədə bilmədiklərimiz

posted in: Vergi, Xəbər | 0

əmlak vergisiBu yazımızda fiziki şəxslərdən tutulan əmlak vergisi barədə qeyd etmək istədik. (emlak vergisi, fiziki)

Vətəndaşlar və qeyri-vətəndaş fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri əmlak vergisinə cəlb olunur.

Fiziki şəxslərin mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə – müvafiq əmsalların qeyd edildiyi qaydalar http://e-qanun.az/framework/29860)

  • Bakı şəhərində 40 qəpik
  • Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu – 30 qəpik
  • Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 20 qəpik
  • Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik

Misal: 50 kvadratmetr ölçüsündə olan yaşayış sahəsinin yalnız 20 kvadratmetri vergiyə cəlb olunur.

Cari il üzrə əmlak vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini hər il avqustun 1-dən gec olmayaraq vergi ödəyicisi olan əmlak mülkiyyətçilərinə verməlidirlər.

Onu da xatırladaq ki, misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının, müharibə əlillərinin, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin, pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmlak vergisi, emlak vergisi, fiziki, emlak vergisi
You need to add a widget, row, or prebuilt layout before you’ll see anything here. 🙂
error: Content is protected !!