Bu ölkə “Google”, “Yandeks”, “Alibaba” və “Netflix” şirkətlərinə vergi tətbiq edəcək

posted in: Vergi, Xəbər | 0

Özbəkistan 2020-ci il yanvarın 1-dən ölkədə internet xidmətləri göstərən Google, Yandeks, Alibaba və Netflix şirkətlərinə vergi tətbiq edəcək.

Ölkənin yeni Vergi Məcəlləsinə bununla bağlı maddə əlavə olunub və vergi ümumi gəlirin 20 faizi həcmindədir.

Məlumatda bildirilir ki, 2017-ci ildən Rusiya “Google” və “Apple” şirkətlərinə 18 faiz həcmində vergi tətbiq edib. Qazaxıstan, Qırğızıstan və Tacikistan da internet şirkətlərə vergi qoymaq istəklərini bildiriblər.

Mənbə: azertag.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi, google, yandex, netflix,alibaba

Maliyyə hesabatı haqqında anlayış, onların təyinatı və ona olan tələblər

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Vakansiya MühasibMaliyyə hesabatı haqqında anlayış, onların təyinatı və ona olan tələblər.

Hesabatda müəssisənin istehsalat-təsərrüfat və maliyyə nəticələri haqqında məcmu məlumatlar öz əksini tapır. Mühasibat, statistik və operativ hesabatların məlumatları informasiya mənbəyi sayılır.

Mühasibat (maliyyə) hesabatı nədir?

Maliyyə hesabatı – müəssisənin hesabat dövründə əmlak və maliyyə vəziyyətini konkret və anlaşıqlı formada xarakterziə edən hesabat formalarının məcmusudur.

O, mühasibat uçotu məlumatlarının ümumiləşdirilməsinə əsaslanır və müəssisə ilə onun fəaliyyəti haqqında informasiyalardan istifadə edən istifadəçiləri əlaqələndirən informasiya sistemidir.

Mühasibat hesabatı ilk sənədlərlə təsdiqlənən sintetik və analitik uçota əsasən tərtib olunur. Respublikamızda bütün müəssisələr üçün Mühasibat hesabatının vahid formaları nəzərdə tutulmuşdur. Mühasibat hesabatının tərkibi və göstəricilərinin vahidliyi onun istifadəçilərinin müvafiq informasiyalara olan ehtiyacını ödəmək üçündür.


Bax: Baş mühasibin əmək funksiyası

Bazar iqtisadiyyatı şəraitində üç növ hesabat tərtib oluna bilər:

• Müəssiənin özünün istehsal və idarəolunma xüsusi ehtiyaclarını ödəmək üçün;
• Müəssisə haqqında zəruri informasiyalara malik olmağa maraq göstərən kənar təşkilatlar üçün;
• Kütləvi informasiya vasitələrində dərc olunmaq üçün.

Statistik hesabatlar miqdar və kəmiyyət göstəricilərini statistik qaydada öyrənmək və mühasibat uçotu üçün xarakterik olmayan qaydada ölçmək və ümumiləşdirmək üçün nəzərdə tutulur. Statistik hesabat müəssisənin fəaliyyətinin ayrı-ayrı tərəflərini əks etdirməyə xidmət göstərir.

Operativ hesabat təsərrüfat əməliyyatlarının baş verdiyi anda və yaxud bilavasitə baş verdiyi andan sonrakı cari nəzarət və müəssisədaxili idarəetmə üçün nəzərdə tutulur. Belə hesabat üçün materialların göndərilməsi, istehsal planının yerinə yetirilməsi, qarşılıqlı müqavilələrə əməl olunması, müəssisələrin maliyyə vəziyyəti və s. haqqında məlumatlar xarakterikdir.

Təqdim edilmə dövrünə görə hesabat dövri (ildaxili) və illik hesabatlara bölünür. Dövrü hesabat rüblər üzrə tərtib olunur. Belə hesabat daha yığcamdır, burada olan hesabat formaları və göstəriciləri nisbətən məhduddur, təqdim olunma müddəti qısadır.

İllik hesabat müəssisənin il ərzindəki təsərrüfat fəaliyyətinin və maliyyə nəticələrinin demək olar ki, bütün cəhətlərini əks etdirir. Əhəmiyyətindən asılı olaraq hesabatları ümumdövlət və zavoddaxili hesabatlara bölmək olar. Ümumdövlət hesabatları respublikanın inkişafında son dərəcə önəmli rol oynayan sahələrin (məsələn, neftçıxarma, qaz istehsalı və s.) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil etmək üçün zəruridir. Zavoddaxili hesabatlar müəyyən dövr ərzində sexlərin, bölmələrin, növbələrin və briqadaların işinə nəzarəti həyata keçirmək, habelə məhsulların buraxılışı və yola salınması üzrə planların yerinə yetirilməsi, avdanlıqların işi və s. məsələlər haqda məlumatlar əldə etmək üçün nəzərdə tutulur.


Bax: Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

Həcmindən asılı olaraq hesabatlar ilkinicmal hesabatlara bölünür.

İlkin hesabatlar cari uçot məlumatları əsasında doldurulur.

İcmal hesabatlar yuxarı təşkilatlar, ərazi prinsipi və istehsal sahələri üzrə statistika orqanları tərəfindən tərtib edilir.

Belə hesabatlar yuxarı təşkilatların fəliyyətlərinin bir sıra göstəricilərini ümumiləşdirir. Tabelikdə olan müəssisələrin ilin axırına göstəriciləri icmal hesabata daxil edilir. Müəssisələrin və yuxarı təşkilatların hesabat formaları öz tərkibinə və formalarına görə eynidir. Göndərilmə üsuluna görə poçt və teleqraf hesabatlarını bir – birindən fərqləndirirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci ildə “2005-2008- ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” qəbul etmişdir. Həmin Proqrama əsasən Maliyyə Nazirliyinin təşkilatı və metodiki rəhbərliyi altında Kommersiya təşkilatları üçün 37 Milli Mühasibat Uçotu Standartları hazırlanmış və hal-hazırda həmin sənədlər bəzi müəssisələr tərəfindən tətbiq edilir. Təşkilati-hüququ formasından asılı olmayaraq hüquqi şəxs sayılan bütün müəssisələr üçün hesabat göstəriciləri qarşılıqlı əlaqədə olmalı və biri-birini tamamlamalıdır.



Mühasibat hesabatlarına obyektiv zərurət müəssisələrin operativ qaydada idarə olunması, qarşıdakı kapital qoyuluşları və maliyyə riskləri üzrə əsaslandırılmış qərarların qəbul edilməsi tələblərindən irəli gəlir. Bu baxımdan hesabat müəssisələrin fəaliyyətinin başlıca cəhətlərini dəqiq və real surətdə açıqlamalıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin təsərrüfat maliyyə nəticələrinin formalaşması prosesi kəmiyyət və keyfiyyət cəhətdən yeni xüsusiyyətlər kəsb etməkdədir. Bu zaman hesabatda öz əksini tapan informasiya qarşısında qoyulan əsas tələblər həmin müəssisə ilə işgüzar əlaqələrdə olan tərəflər üçün informasiya faydalı olmaqdadır. Hesabatda əks etdirilən informasiya onu istifadə edənlərin tələbatını ödəmək üçün müəyyən keyfiyyət meyarlarına cavab verməlidir.

Mühasibat hesabatı formalarının işlənib hazırlanması hesabata dair ümumi tələblərə əsaslanır: tamlıq, neytrallıq, əhəmiyyətlilik, müqayisəlilik və s.

Tamlıq tələbinin mahiyyəti təşkilatın maliyyə vəziyyəti, təkcə əsas təşkilatın deyil, onun törəmə müəssisələrinin, filiallarının, nümayəndəliklərinin, o cümlədən müstəqil balansı olan təşkilatların formalaşmasından ibarətdir. Təqdim edilmiş məlumatlar maliyyə vəziyyəti haqqında tam təsəvvür yaratmazsa mühasibat uçotuna əlavə göstəricilər və izahatlar daxil edilməlidir.

Neytrallıq tələbinə görə informasiyalar mühasibat hesabatı istifadəçilərinin hamısının tələbatını təmin etməlidir.

Əhəmiyyətlilik tələbinin mahiyyəti ondan ibarətdir ki, müəssisənin maliyyə vəziyyətinə və maliyyə nəticələrinin qiymətləndirilməsinə ciddi təsir göstərən ayrı-ayrı aktivlər, öhdəliklər, gəlirlər, xərclər, müəssisənin kapitalı barədə göstəricilər ayrılıqda əks etdirilməlidir. Əhəmiyyətli sayılmayan göstəricilər birləşdirilərək mühasibat hesabatlarına izahatlarda açıqlana bilər.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
maliyyə hesabatı, maliyyə hesabatı, maliyyə hesabatı

Sahibkarlıq subyektlərinin rəhbərləri üçün seminar keçiriləcək

posted in: Xəbər | 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə sentyabrın 13-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək.

KOBİA-dan bildirilib ki, tədbirin təşkilində məqsəd

  • KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi,
  • alternativ maliyyə mənbələri, onların üstünlükləri,
  • müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı” yazmaqla Agentliyin “training@smb.gov.az” e-mail ünvanına göndərmələri xahiş olunur.

Seminarda iştirak ödənişsizdir.

Mənbə: azertag.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sahibkarlıq, seminar

Vakansiya: Mühasib – Avirtel MMC

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Avirtel MMC.

  • Şəhər: Bakı
  • Yaş: 24 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 404 12 40 / (077) 270 02 41
  • E-mail: vacancy@avirtel.az / info@finstaff.az
  • Əmək haqqı: 800 – 900 AZN
İş barədə məlumat
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
  • Aylıq hesabatların aparılması
  • Kassa və bank əməliyyatlarının aparılması
  • Əmək haqqı hesabatlarının hazırlanması
  • Kreditorlarla üzləşmələr
  • Debitor hesabatların aparılması
  • E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması
  • Mal-material uçotunun aparılması
  • Anbar hesabatının hazırlanmasına nəzarət
Namizədə tələblər
  • Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Bank işi, maliyyə, mühasibat uçotu sahəsində ən azı natamam ali təhsil
  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • MS Office (xüsusillə Microsoft Excel), 1C, e-gov, e-taxes və digər portallarıdan istifadə bacarığı
  • Dil bilikləri: B1 (intermediate) və daha yuxarı səviyyə ingilis dili biliyi üstünlükdür.

CV-lərinizi vacancy@avirtel.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya, mühasib