E-kassanın sertifikatlaşdırılması

posted in: Xəbər | 0

E-kassaların sertifikatlaşdırılmaya təqdim edilməsi e-kassa operatoru tərəfindən həyata keçirilir. (elektron kassa)

İlk olaraq e-kassa operatoru e-kassaların sertifikatlaşdırılması üçün portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edir.

E-kassanın sertifikatlaşdırılmasına dair ərizə təsdiq olunduqda, e-kassa operatoru sahələrarası ekspert komissiyasına qanunvericilikdə nəzərdə tutulan əlavə məlumatları təqdim edir.

Vergilər Nazirliyinin müqavilə əsasında cəlb etdiyi uyğunluğu qiymətləndirən qurum sahələrarası ekspert komissiyasının tapşırığına əsasən e-kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş e-kassa modelinin nümunəsinin texniki sınağını və sertifikatlaşdırılmasını 30 gündən gec olmayaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirir və bu barədə sahələrarası ekspert komissiyasına məlumat verir.

Modelin dövlət reyestrinə daxil olunmasından sonra e-kassa operatoru portal üzərindən şəxsi kabinetinə daxil olur və e-kassanın bu modelinin zavod və ya seriya nömrələrini müvafiq reyestrə daxil edilməsi üçün təqdim edir.

Dövlət reyestrinə daxil edilməyən e-kassa modelinin uçota alınması həyata keçirilə bilməz.

Mənbə: e-kassa.gov.az

Bax: İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron kassa

Vakansiya: Mühasib – GACC

Mühasib, mühasib köməkçisi, vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: GACC.

  • Şəhər: Bakı
  • Yaş: 24 – 45 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Azər m
  • Telefon: (055) 215-71-59 / (070) 252-36-14 / (012) 408-36-14
  • E-mail: azer.pirimov@gacc.az / info@finstaff.az
  • Əmək haqqı: 800 – 1100 AZN
İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

– Mal-materialların uçotunun aparılması

– Vergi orqanları ilə yazışmalar

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək

– İş qrafiki bazar ertəsi – cümə 09:00-dan 18:00-dək

– Altı-Bazar günü – istirahət günüdür

Namizədə tələblər

– Qadın namizəd

– Ali təhsilli

– Ən azı 3-5 il Mühasibatlıq sahəsində iş təcrübəsi

– Programlar: 1C(8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst

– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı

– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi azer.pirimov@gacc.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya, mühasib

İşə qəbul üçün lazım olan sənədlər

posted in: Xəbər | 0

işə qəbul, bədbəxt hadisələr sənədləşməƏmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər (işə qəbul)

  1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədivə dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)təqdim edir.
  2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.
  3. Məcburi köçkün,onlara bərabər tutulan şəxsvə ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
  4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.
  5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.

  1. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Azərbaycan Respublikasının 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır.

  • Əməl münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamaya məcbur edilə bilməz.
  • On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
işə qəbul

Vakansiya: Planlama üzrə mütəxəssis

Planlama üzrə mütəxəssis, vakansiya,Vakansiya: Planlama üzrə mütəxəssis.

İşəgötürən: Azertexnolayn MMC.

  • Şəhər: Sumqayıt
  • Yaş: 20 – 45 yaş
  • Cins: Kişi
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Sevda xanım
  • Telefon: (012) 377 44 44, daxili (168) / (051) 250 83 05
  • E-mail: sevda.eliyeva@azertexnolayn.com / info@finstaff.az
  • Əmək haqqı: 600 – 1000 AZN.
İş barədə məlumat

* Aylıq istehsal planını tərtib edir, istehsala verilmiş sifarişlərin ardıcıllıqla istehsal olunmasına nəzarət edir;
* Xammal və material ehtiyyatlarını təslim müddətlərinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşdırılmasını həyata keçirir;
* Gündəlik işin nəticələrini təhlil edir;
* Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinə davamlı nəzarət edir;
* Planlamanın effektiv şəkildə aparılması üçün və təkliflər verir;
* İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan-fakt analizini tərtib edir;
* Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim edir.

Namizədə tələblər

* Ali İqtisadi və ya Texniki təhsil;
* Müvafiq sahədə iş təcrübəsi;
* Analitik düşünmə bacarığı;
* Logo və MS Excell proqramlarını bilməli (irəli səviyyədə istifadəçi).

CV-lərinizi sevda.eliyeva@azertexnolayn.com / info@finstaff.az ünvanına göndərə bilərsiniz.