» » » Vergilər Nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Vergilər Nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edəcək

Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 20 sentyabr 2019-cu il tarixində Qazax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qazax şəhəri, S.Arixov küçəsi) Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 14 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Qazax, Ağstafa və Tovuz rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Vergilər nazirinin birinci müavini Beyləqanda vətəndaşları qəbul edəcək

Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 20 sentyabr 2019-cu il tarixində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyun 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.