İri dövlət şirkətlərinə dair vahid məlumat bazası yaradılacaq

posted in: Xəbər | 0

Azərbaycanda “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sistemi yaradılacaq. Bu haqda məlumatlar Nazirlər Kabinetinin təsdiq etdiyi “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Tam mətnə nəzər yetirin.

“İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

“Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının
Baş Naziri                  Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 4 sentyabr
tarixli 381 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə

Q A Y D A L A R I

Ümumi müddəalar

1.1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən hazırlanmışdır və “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) təşkili, fəaliyyəti və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.3. İnformasiya sistemi aşağıdakıları təmin edir:

1.3.1. iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasına və səmərəliliyin yüksəldilməsinə nail olunmasını;

1.3.2. iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini;

1.3.3. iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini;

1.3.4. informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini.

1.4. İnformasiya sisteminin operatoru Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir.

1.5. İnformasiya sistemi üzrə xidmətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi, eləcə də “Elektron hökumət” portalı vasitəsilə göstərilir.

1.6. İnformasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

1.7. İnformasiya sisteminin iştirakçıları (bundan sonra – iştirakçılar) aşağıdakılardır:

1.7.1. bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq informasiya sisteminə öz informasiya sistemi və ehtiyatlarından müvafiq məlumatları ötürən dövlət qurumları;

1.7.2. bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq, informasiya sisteminə müvafiq məlumatları daxil edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 dekabr tarixli 636s nömrəli Sərəncamının 2 nömrəli əlavəsi ilə siyahısı təsdiq edilmiş iri dövlət şirkətləri.

1.8. İnformasiya sisteminin istifadəçiləri (bundan sonra – istifadəçilər) bu Qaydaların 3.1-ci bəndində qeyd edilən informasiya sisteminin müvafiq altsistemləri üzrə informasiya sisteminin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə etmək hüququ olan aşağıdakı dövlət orqanlarıdır:

1.8.1. maliyyə və mühasibat uçotu göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.8.2. kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.8.3. daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistem üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.

1.9. İnformasiya sisteminin istifadəçiləri bu Qaydaların 1.7-ci bəndinə uyğun olaraq, sistemin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan ödənişsiz istifadə edirlər.

1.10. İnformasiya sisteminin formalaşdırılmasına və aparılmasına, habelə inteqrasiyasına dair bu Qaydalarla tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”) uyğun tənzimlənir.

1.11. İnformasiya sisteminin saxlanılması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və normativ hüquqi aktlarla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. İnformasiya sisteminin fəaliyyət prinsipləri

2.1. İnformasiya sisteminin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. fəaliyyətin səmərəli təşkili və dayanıqlılığın təmin edilməsi;

2.1.2. təhlükəsizliyin və məlumatların mühafizəsinin təmin edilməsi.

3. İnformasiya sisteminin strukturu, qeydiyyata alınan məlumatlar və onların məzmunu

3.1. İnformasiya sistemi aşağıdakı altsistemlərdən ibarətdir:

3.1.1. kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistem. Bu altsistemdə informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndistexniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks etdirilir;

3.1.2. maliyyə göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistem. Bu altsistemdə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatlar əks etdirilir;

3.1.3. daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistem. Bu altsistemdə informasiya sisteminin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə məlumatlar əks etdirilir.

3.2. İnformasiya sistemində əks etdirilən məlumat və hesabatların formaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur. Zərurət yarandıqda, həmin məlumat və hesabatların formalarına yenidən baxılır.

3.3. Bu Qaydaların 3.1-ci bəndində göstərilən məlumatlar iştirakçılar tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır və ya sistemə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiya olunan digər dövlət informasiya sistemlərindən və ehtiyatlarından elektron formada əldə edilməlidir.

3.4. İştirakçılar informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin edirlər.

3.5. İstifadəçilər bu Qaydaların 1.7-ci bəndinə uyğun olaraq, gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə, informasiya sisteminə daxil olmağa imkan verən elektron kabinet vasitəsilə informasiya sisteminin müvafiq altsistemləri üzrə iştirakçılar tərəfindən qeydə alınmış məlumatlardan istifadə edirlər.

4. Operatorun funksiyaları

4.1. Operatorun funksiyaları aşağıdakılardan ibarətdir:

4.1.1. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işləri layihələrə, texniki normalara, standartlara və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə müəyyən edilən tələblərə uyğun formada aparmaq;

4.1.2. informasiya sistemini EHİS-yə inteqrasiya etdirmək və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

4.1.3. informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, tətbiq etmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

4.1.4. informasiya sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşları gücləndirilmiş elektron imza ilə təmin etmək;

4.1.5. informasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək;

4.1.6. informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;

4.1.7. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik işlər aparmaq;

4.1.8. informasiya sistemindən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

4.1.9. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 6-cı hissəsi ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirmək.

5. İştirakçıların və istifadəçilərin funksiyaları və vəzifələri

5.1. İştirakçılar tərəfindən bu Qaydaların 3.1.1-ci yarımbəndinə uyğun olaraq, kadr uçotuna dair altsistemində göstərilən məlumatlar rüblük olmaqla hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 20- dən gec olmayaraq informasiya sisteminə daxil edilməlidir.

5.2. İştirakçılar tərəfindən bu Qaydaların 3.1.2-ci yarımbəndinə uyğun olaraq, maliyyə göstəriciləri ilə bağlı altsistemində göstərilən məlumat və maliyyə hesabatları illik olmaqla hesabat dövrü başa çatdıqdan sonra müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan etibarən iyun ayının 30-dək informasiya sisteminə daxil edilməlidir.

5.3. İştirakçılar tərəfindən bu Qaydaların 3.1.3-cü yarımbəndinə uyğun olaraq, daşınmaz əmlaka dair altsistemində göstərilən məlumatlar yarımillik olmaqla hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq informasiya sisteminə daxil edilməlidir.

5.4. İştirakçılar və istifadəçilər onların adından informasiya sistemində aparılan bütün əməliyyatlara görə qanuna müvafiq olaraq məsuliyyət daşıyırlar.

5.5. İştirakçının və istifadəçinin, habelə onları təmsil edən səlahiyyətli şəxslərin məlumatlarında hər hansı dəyişiklik olduqda (iş yeri, əlaqə vasitələri barədə məlumatlar, vəzifə və funksiyası dəyişdikdə, əmək müqaviləsinə xitam verildikdə və s.) bu barədə operatora dərhal məlumat verilməlidir.

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vahid məlumat bazası

Bank kartlarından oğurlanmış pullar necə geri qaytarılmalıdır?

posted in: Xəbər | 0

pullar, bank,Son günlər Azərbaycanın bəzi kommersiya banklarına qarşı fişinq hücumları müşahidə edilir. (pullar bank)

Bununla bağlı hətta Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) açıqlama yayıb.

Belə ki, “Facebook” sosial şəbəkəsində “Kazxchkasbd” adlı səhifə yaradılıb. Bu səhifədə bankların reklam kampaniyaları aparılaraq, bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Reklam kampaniyasının üzərinə klik etdikdə isə, hər hansı bir kommersiya bankının “İnternet-bank”ına oxşar, məzmun daxilində “İnternet-banka daxil olmaq” başlıqlı, şəxsi kabinetə daxil olmaq üçün tələb olunan telefon nömrəsi və şifrənin daxil edilməsi üçün nəzərdə tutulmuş müvafiq sahələr yerləşdirilib. Güman edilir ki, hakerlər Qazaxıstanda HALYK BANK, Kanadada “Scotiabank” kimi maliyyə qurumlarına qarşı atdıqları addımları Azərbaycanda da təkrarlamaq istəyirlər.

KİMM Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırıb, bu kimi şübhəli məzmunlu internet informasiya resurslarını aşkar etdikdə, quruma müraciət etmələrini xahiş edib.

Azərbaycandan olan istifadəçilərə hücumlar artıb

Bu ilin II rübündə Azərbaycandan olan istifadəçilərə şifrələnmə proqramları ilə hücumların sayı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub, bu tipli hücumların ümumi hücumlarda payı 0,72%-dən 0,85%-ə yüksəlib. Bununla bağlı “Kaspersky Lab” şirkətinin yaydığı məlumatda deyilir ki, aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib.

Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11%-i bu şifrələnmə proqramı ilə həyata keçirilir.

Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.

Bundan başqa, RTM troyan virusu əvvəllər olduğu kimi fəallığını qoruyub saxlayır. Bu virus kiçik şirkətlərin maliyyə hesabatlarına cavabdeh işçilərinə qarşı yönəlib. İlin ilk altı ayı ərzində həyata keçirilmiş troyan hücumların 40% -i RTM vasitəsilə reallaşdırılıb. Maliyyə sahəsinə daha çox ziyan vuran ikinci fəal proqram isə “Emotet” olub. Bu proqram sistemə elektron məktublar vasitəsilə daxil olur. Ötən altı ay ərzində baş tutmuş hücumların 15%-i məhz “Emotet”in payına düşür. Maliyyə yönümlü zərərli proqram təminatı üzrə dünyanın ilk üçlüyünü “Trickster” (12%) troyanı tamamlayır.

Bank troyanları pul və ödəmələr üçün lazım olan məlumatları oğurlamaq, eləcə də maliyyə təşkilatlarının aktivləri və cihazlarına çıxış əldə etmək üçün istifadə olunur. Bu, şirkətlər üçün daha təhlükəlidir, çünki korporativ mühit internetə qoşulmuş çoxlu sayda cihazı birləşdirir. Onlardan birinin hücuma məruz qalması bütün şəbəkəni təhlükə altına alır.

Çox vaxt maliyyə yönümlü zərərli proqramlar spam və fişinq saytları vasitəsilə yayılır. “Kaspersky Lab” ilin ilk yarısında iri bankların saxta səhifələrindən istifadə etməklə həyata keçirilmiş 339 min fişinq hücumu qeydə alıb.

Şans hər zaman mövcuddur

Təbii ki, belə bir hal hər bir kart istifadəçisinin başına gələ bilər və bundan, demək olar ki, heç kəs sığortalanmayıb. Bunun üçün də kartdan pulu oğurlanan kart sahibini həmin an düşündürən bir sual var ki, o da kartdan oğurlanmış pulları necə geri qaytarmaqdır.

Mütəxəssislər deyir ki, belə olan halda mütləq şəkildə hesabın bağlanması üçün banka, sonra isə polisə müraciət olunmalıdır. Pulu oğurlanmış müştəri nə qədər az polisə müraciət edib-etməməsi ilə bağlı düşünəcəksə, onun  pulunu qaytarmaq çətin olacaq. Bunun üçün də vaxt itirmədən dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Bundan başqa, tövsiyə edilir ki, bank hesablaşmaları aparılan kompüterə və digər texniki avadanlıqlara toxunulmasın. Bununla polis əməkdaşlarının götürməli olduqları izləri itə bilər və onların bu cinayətlə bağlı axtarışları çətinləşə bilər. Əksinə, banklar və ya fərdi şəxslər polis əməkdaşlarına kompüter serverinə və ya texniki avadanlıqlarına çıxış əldə etməsinə yardımçı olmalıdırlar.

Təbii ki, serverə və texniki avadanlıqlara baxışdan sonra polis cinayət işi açmalıdır. Pulu oğurlanan şəxsin isə əsas məqsədi daha tez müddətdə cinayət işinin açılmasına və cinayətkarın daha tez ələ keçirilməsinə nail olmaqdır. Cinayət işi açıldıqdan sonra hesablaşma bank hesablarına həbs qoyulmalıdır.

Mütəxəssislər deyir ki, məhz bu halda hakerləri müəyyən etmək mümkün ola bilər. Bu prosedurları tam həyata keçirdikdən sonra pulunuzun və hesabınızın yenidən bərpa olunacağına ümid etmək olar. Onlar iddia edirlər ki, bu cür oğurlanan pulları qaytarmaq şansı hər zaman mövcuddur.

Müştərinin pulu dələduzdan alınır və müştəriyə qaytarılır

Azərbaycanın aparıcı kommersiya bankının birindən isə “Report”a bildiriblər ki, kartlara haker hücumu olduğu halda banklar tərəfindən müştərinin müraciəti əsasında hüquq mühafizə orqanlarına məlumat verilir. Bundan sonra dələduzluq edən şəxs tapılır. Tapıldıqdan sonra müştərinin pulu ondan alınır və müştəriyə qaytarılır. Əgər dələduzluq edəndə pul yoxdursa, bankın daxili prosedur və qaydalarına əsasən qərar verilir və əksər hallarda müştərinin vəsaiti qaytarılır. Sonra isə dələduzluq edən şəxslə məhkəmə prosesi davam etdirilir, əmlakı müsadirə olunur və ya başqa bir formada müştəriyə ödənilən vəsait banka qaytarılır.

Fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə diqqət mərkəzində saxlanılır

Məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatası da münasibət bildirib. Qurumdan “Report”a bildirilib ki, Palatanın nizamnaməsinə uyğun olaraq maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatları və onların qarşısının alınması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq kart təşkilatları ilə qarşılıqlı təcrübə mübadiləsinin təşkili, bank mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması diqqət mərkəzində saxlanılır.

“Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Palatanın irəli sürdüyü dəyişikliklər layihəsi əsasında “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na 2018-ci ilin avqust ayında dəyişikliklər edilib: “Bu dəyişikliklərə əsasən, hər bir emitent bankda ödəniş kartının və PİN-kodun təhlükəsiz təqdim edilməsi qaydası müəyyən edilməlidir. Ekvayer banklarda isə ekvayer xidmətinin göstərildiyi təsərrüfat subyektlərinin fəaliyyətinin ödəniş kartları ilə əməliyyatların aparılması növündən asılı olaraq ümumi təhlili və risk qiymətləndirməsinin aparılması qaydası, habelə öz xidmət şəbəkəsində ödəniş kartı ilə və ya ödəniş kartı təqdim edilmədən kart hesabından aparılmış şübhəli əməliyyatların, habelə ekvayrinq xidmətinin göstərildiyi bankomat, POS-terminal və digər avadanlıqlara kənar müdaxilələrin müəyyən edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi qaydası müəyyən edilməlidir. Həmçinin ekvayer banklar kartlar vasitəsilə ölkə daxilində real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyası zamanı emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görməlidir.

Müəyyən edilmiş bu tədbirlər ölkədə emitent və ekvayer banklar tərəfindən ödəniş kartları sahəsində fəaliyyətin təhlükəsiz formada təşkil edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Visa Inc.” və “MasterCard Wordlwide” beynəlxalq kart təşkilatları, ödəniş ekosistemində təmsil olunan qabaqcıl təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi əsasda bank mütəxəssisləri üçün ödəniş kartları ilə fırıldaqçılıq halları və onların qarşısının alınması istiqamətində təlim və seminarlar keçirilir. Qeyd edilən beynəlxalq kart təşkilatları ilə əməkdaşlıq əsasında ödəniş kartları ilə aparılan əməliyyatlarda son trendlərin müzakirəsi, habelə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi diqqət mərkəzində saxlanılır.

Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na əsasən kart sahibi ilə emitent bank arasında bağlanılan müqavilədə ödəniş kartından istifadə qaydaları və təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblər, habelə itki, oğurluq və ya kartın səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadəsi halları haqqında məlumatın verilməsi qaydası müəyyən edilməlidir. Ödəniş kartı sahibləri fırıldaqçılıq halları ilə rastlaşdıqda müqavilə şərtləri əsasında emitent banka məlumat təqdim etməlidirlər”, – deyə qurum bəyan edib.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
bank, pullar, pullar, pullar, pullar, pullar

Vakansiya: Kadrlar üzrə mütəxəssis – Pera Plastik Qrup MMC

kadrlar üzrə mütəxəssis, İnsan resursları, təcrübə proqramıVakansiya: Kadrlar üzrə mütəxəssis.

İşəgötürən: Pera Plastik Qrup MMC.

Şəhər: Bakı

Yaş: 25 – 40 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: Ceyran xanım

Telefon: (012) 448-02-14

E-mail: hr@peraplastic.net / info@finstaff.az

Əmək haqqı: 500 – 600 AZN

İş barədə məlumat

– Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir
– Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı
– Əmr, sərəncam, əmək kitabcalarının, müqavilələrin yazılması
– Kadrlar üzrə hesabatların hazırlanması və tələb olunan yerlərə vaxtıda çatdırılması
– İşçilər tərəfindən daxili nizam qaydalarına riayət olunmasına nəzarət etmək
– Kadrların düzgün seçiminin aparılması, kadr işinin təşkili və işinə nəzarətin həyata keçirilməsi
– İşçilərin şəxsi işlərinin hazırlanması
– İş qrafiki: saat 09:00-dan 18:00-dək ,həftənin 5 günü

Namizədə tələblər

– Ali təhsilli
– İş təcrübəsi minimum 3-5 il
– Qadın namizəd
– AR əmək məcələsini bilməli
– Azərbaycan, rus dillərini bilməli (ingilis dili arzuolunandır)
– Ofis proqramlarını mükəmməl səviyyədə bilməli
– İnsan psixologiyasını bilmə bacarığı
– Düzgün ünsiyyət qura bilmə və kollektivdə işləmə bacarığı

CV-i göndərdiyiniz zaman Kadrlar üzrə mütəxəssis vəzifəsini qeyd edin. hr@peraplastic.net / info@finstaff.az

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya, Kadrlar üzrə mütəxəssis

Büdcə-vergi siyasəti üzrə həyata keçirilən islahatlar təqdirəlayiqdir

posted in: Vergi, Xəbər | 0

Data Analitik, Kiçik Mühasib VakansiyaAzərbaycanda həyata keçirilən vergi islahatları alqışlanmalıdır. Bu siyasət dövlətin iqtisadi qüdrətinin genişlənməsinə xidmət edir”. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov “Moodys” Beynəlxalq Reytinq Agentliyinin ölkəmizlə bağlı son hesabatını şərh edərkən belə deyib. (Büdcə-vergi siyasəti,islahatlar)

Professor bildirib ki, vergi siyasətinin məntiqi davamı olaraq pul-kredit siyasəti iqtisadi inkişaf baxımından çox önəmlidir: “Pul-kredit siyasətinin genişlənməsi üçün potensial daha çoxdur. Bu gün ölkədə həyata keçirilən büdcə-vergi siyasəti və islahatlar təqdirəlayiqdir, amma biz pul-kredit siyasətində də bu islahatlara getməliyik. Çünki bunsuz dayanıqlı, qabaqlayıcı iqtisadi artıma nail olmaq çox çətindir. Hesab edirəm ki, pul-kredit siyasəti yumşaldılmalı və real sektora yönəlik investisiyalar artırılmalıdır”.


Azərbaycan beynəlxalq reytinq agentliklərində daha yüksək səviyyəyə qalxmağa iddialıdır və bunun üçün bütün əsaslar var

İqtisadçı ekspertin sözlərinə görə, “Moodys”un Azərbaycan iqtisadiyyatına verdiyi reytinq göstəriciləri ölkə iqtisadiyyatın potensialını tam əks etdirmir. E.Məmmədov hesab edir ki, Azərbaycanda son illərdə reallaşan islahatlar, o cümlədən büdcə-vergi siyasəti ilə bağlı həyata keçirilən islahatlar, institusional təkmilləşdirmələr həmin hesabatın göstəricilərində lazımi səviyyədə əksini tapmayıb: “Nəticələrimiz bundan da yüksək ola bilərdi. Burada əsas məsələ xarici investisiyaların cəlb edilməsidir. Bu baxımdan, Azərbaycan bütün öhdəliklərini yerinə yetirib. Bundan başqa, ölkə iqtisadiyyatının miqyası çox böyükdür, suveren valyuta ehtiyatlarına malikdir. Faktiki olaraq milli valyutamız dayanıqlığını qoruyub saxlayır, büdcənin icrası ilə bağlı problemlərimiz yoxdur. Digər tərəfdən, xarici investorlar münbit şərait yaradılıb. Belə olan halda, Azərbaycan beynəlxalq reytinq agentliklərində daha yüksək səviyyəyə qalxmağa iddialıdır və bunun üçün bütün əsaslar var”.

E.Məmmədov sözügedən hesabatda obyektiv iqtisadi təhlillərə söykənməyən amillərin mövcud olduğunu da qeyd edib. Onun fikrincə, Azərbaycan bütün xarici öhdəliklərini lazımı səviyyədə yerinə yetirir. Hətta hansısa özəl şirkətin aldığı kreditlərlə bağlı poblem yarananda dövlət onun bir hissəsini öz üzərinə götürür: “Ancaq buna baxmayaraq, hələ də ölkəmizə “A” reytinq göstəriciləri verilməyib. Hesabatda müəyyən islahatlar qeyd olunsa da, yenə də biz hələ yüksək reytinq göstəricilərini almırıq. Hesab edirəm ki, bu, obyektiv yanaşma deyil”.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Büdcə-vergi siyasəti, islahatlar