Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Əmlak satışı, ƏDV, mənfəət vergis, vakansiya, mühasib, 2019-cu il üçün Əmək Haqqı CədvəliSual: A müəssisəsi ƏDV ödəyicisidir və balansında 100.000 AZN dəyərində daşınmaz əmlakı (qeyri yaşayış sahəsi) var. Həmin əmlak A müəssisəsi tərəfindən alınarkən ƏDV ödənilmiş və həmin dövrdə də əvəzləşdirilmışdir. Hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunduğunu nəzərə alsaq, A müəssisəsi tərəfindən həmin əmlak satılarkən əvəzləşmiş ƏDV məbləği yenidən hesablanmalıdırmı?  (əmlak satışı, ƏDV, mənfəət vergisi)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir və bu təqdim etmədən əldə edilən gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir. Eyni zamanda aparılmış əməliyyat ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ƏDV ödənilib əvəzləşdirildiyi halda ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləği təqdim etmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 3.5-ci150.1.9-cu159-cu218.4.3-cü, 219.3-1-ci və 219.5-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmlak satışı, ƏDV, mənfəət vergisi

DGK avqustda büdcəyə ödənişlərini artırıb

posted in: Uncategorized | 0

DGK avqustda büdcəyə ödənişlərini artırıb

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 394,802 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,996 milyon manat və ya 19,7% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 10,787 milyon manat və yaxud 12,55% artaraq 96,723 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 52,066 milyon manat və yaxud 23,6% artaraq 272,302 milyon manat, aksizlər 2,206 milyon manat və yaxud 11%artaraq 22,255 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 64 min manat və yaxud 1,8% azalaraq 3,522 milyon manat təşkil edib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
DGK Gömrük

Bu ödənişlər Hökumət Ödəniş Portalına inteqrasiya edilib

posted in: Xəbər | 0

Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi. (Hökumət Ödəniş Portalı)

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosasiayaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1 607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək.

Beləliklə, sentyabrın 6-dan yerli (bələdiyyə) vergi və ödənişlər HÖP-ə inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirilə bilər.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələrin təqdim etdiyi “Yerli Vergi Ödəyicisinin Kodu”ndan (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Hökumət Ödəniş Portalı

Vakansiya: Mühasib köməkçisi – Koroğlu MMC

Vakansiya Mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Koroğlu MMC.

  • Şəhər: Bakı
  • Yaş: 22 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Nazilə Abbasova
  • Telefon: (012) 425 16 29 / (055) 511 14 10
  • E-mail: nazila.abbasova@mail.ru / info@finstaff.az
  • Əmək haqqı: 300 – 400 AZN
İş barədə məlumat
  • Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək;
  • Hesablar, qaimələr, ödəniş tapşırıqları və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;
  • Malların uçotunun aparılması
  • Elektron fakturaların yazılması
  • İş yeri : Bakıxanov qəsəbəsi
Namizədə tələblər
  • Ali iqtisadi təhsil
  • Xanımlar və kişilər
  • Azərbaycan və rus dillərində səlis danişan
  • 1 C sistemində işləmə bacarığı.
  • Məntiqi və riyazi bilik.
  • Təşəbbüskarlıq qabiliyyəti.
  • Excell bilikləri

CV-lərinizi nazila.abbasova@mail.ru / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib köməkçisi Vakansiya