Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

vergi, Proqnoz, ödənilməli vergilər, Cari vergi ödəmələri, Sosial Sığorta, vergi, imtahan Vergilər naziri işsizlik sığortası MDSSXidmətin adı: Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi

Vakansiya: Mühasib – Prior Leasing

kiçik Mühasib köməkçisi vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Prior Leasing.

  • Şəhər: Bakı
  • Yaş: 23 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@priorleasing.az / info@finstaff.az
  • Əmək haqqı: 1400 AZN.
İş barədə məlumat

– Əsas vəsaitlərin uçotu və amortizasiyasını aparmaq;
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Bank əməliyyatlarının uçotunun aparılması;
– Gündəlik əməliyyatlar və sənədləşmələr;
– Gəlir və xərclərin hesablanması;
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
– Bazar ertəsi – Cümə: 9:00 – 18:00
– Şənbə : 10.00 – 16.00

Namizədə tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi qanunvericilikləri üzrə məlumatlı;
– Xarici dil bilikləri üstünlükdür;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

Maraqlanan namizədlər mövzu yerində Mühasib yazmaqla öz CV-lərini hr@priorleasing.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlərin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Ödənişli Təcrübə Vergi mühasibatlığıVergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlərmi?

Vergilər Nazirliyi mövzunu şərh edərək bildirir ki, Vergi Məcəlləsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi əldə etdiyi gəlirdən xərclər çıxılmadan 2 faiz sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərə bilərlər.

Sadələşdirilmiş verginin hesabat dövrü rübdür və hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Mənbə: vergiler.az

Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi

Vakansiya: Mühasib köməkçisi – Qafqaz Point Hotel

Vakansiya Mühasib köməkçisi, Mühasib, maliyyə hesabatı,Vakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Qafqaz Point Hotel.

İş barədə məlumat

– Gündəlik bank, kassa əməliyyatlarının aparılması
– Bütün kassa və bank hesablarına nəzarət
– Maliyyə hesabatlarının hazırlanmasında köməklik göstərmək
– Mühasibat və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının yazılması
– İş qrafiki 5 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Vergi və əmək qanunvericiliyini bilmək
– MS Office proqramları bilikləri
– Analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
İqtisadi və ya riyazi təhsilin olması məqbuldur
– Komanda ruhlu, pozitiv və məsuliyyətli

Uyğun namizədlər CV-lərinizi khatira.jabrayilova@qafqazhotels.com / info@finstaff.az ünvanina Mövzu yerinə Mühasib köməkçisi yazmaqla göndərə bilərlər.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasib köməkçisi, vakansiya