Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

posted in: Bank, kredit, Xəbər | 0

Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq. Layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir. Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir.

Layihə ilkin olaraq seçilmiş pilot banklar, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə icra olunur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
bank hesabları

Son 1 ildə hüquqi şəxslərin sayı 12% artıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi: Son 1 ildə hüquqi şəxslərin sayı 12% artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 031 164 vergi ödəyicisi uçotda olub ki, bunun da 13,1%-ni hüquqi şəxslər təşkil edib.

Bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həççinin deyilir ki, son 1 ildə hüquqi şəxslərin sayı 11,5% artıb və bu artımın 99,2%-i kommersiya qurumlarının hesabına təmin edilib.

Təkcə bu ilin avqust ayında 1 372 kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da ötən ilin avqust ayına nisbətən 47% çoxdur. Kommersiya qurumlarının 72,1%-i elektron qaydada qeydiyyatdan keçib. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4%-i MMC, 1,6%-i isə ASC və yaxud QSC kimi fəaliyyət göstərir.

Hesabat tarixinə 64 329 kommersiya qurumunun və yaxud ümumi kommersiya qurumlarının 53,7%-i aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22% artaraq 31 946-ya çatıb, aktiv ƏDV ödəyicilərinin sayı isə 18 622-yə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1% artıb və onların xüsusi çəkisi 2,2 faiz bəndi çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib. Və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3% artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 80,9%-dən 87,3%-ə qədər yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Cari ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
hüquqi şəxs

Vakansiya: 1800 manat əmək haqqı ilə Baş Mühasib axtarılır

Vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Vugma Food Products

Əmək Haqqı: 1500 – 1800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E- mail: kamala.samadova@vugma.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Bütün növ hesabatların (xüsusi ilə Mənfəət bəyannaməsi) hazırlanması və aidiyyəti orqanlaraVergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əməliyytaların 1C 8.3. (rus) proqramına işlənməsi .
– Bazar ertəsi – Cümə: 09:00 – 18:00
– Şənbə : 09.00 – 13.00
– İş yeri: Kürdəxanı
– Servis və nahar şirkət hesabına

Baş Mühasib üçün tələblər

– Yaş həddi: 30-40 yaş
– Maliyyə istiqamətində ali təhsil
– Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, İş vaxtının uçotu
– Maliyyə büdcəsinin hazırlanma qaydaları
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– Şirkətin uçot siyasəti
– MS Office, 1C 8.3 (rus) proqramlarında sərbəst işləməyi bacarmalıdır
– ACCA sertifikatı olanlara üstünlük veriləcək

Maraqlanan namizədlər mövzu yerində Baş mühasib yazmaqla CV-lərini kamala.samadova@vugma.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Baş Mühasib

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin vergi öhdəliyi

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxs hansı verginin ödəyicisi olmalıdır?

Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim olunması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir. Bu təqdimetmədən əldə olunan gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəliyi