Daha çox8
Daha çox8

“Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil”

posted in: Xəbər | 0

Azərbaycanda rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizminin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir. (gəlir)

Bunu “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, müşahidələr və təhlillər onu göstərir ki, biznes leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçir.

“Doğrudur, vergi orqanlarında şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblər heç də hamını razı edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Lakin hesab edirəm ki, bu, müvəqqəti bir haldır”, – deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və leqallaşma – sağlam mühit, sağlam rəqabət şəraitidir. Bu təkcə yerli istehsalçılar və sahibkarlar üçün deyil, həmçinin xarici istehsalçılar üçün əhəmiyyətli amildir.

“Kölgə iqtisadiyyatı investoru hər hansı sahəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazarda sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və yalançı sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitin ləğvinə Nail olmaqdır”, – deyə nazir bildirib.

Azərbaycanda məsafədən bank hesabının açılmasına dair meyarlar müəyyənləşdirilib

posted in: Xəbər | 0

Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılmasına dair meyarlar müəyyənləşdirilib. məsafədən bank hesabının açılması, bank hesabı

Fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malik olacaq.

500 manatadək açılacaq hesab üçün elektron imza (“e-imza”) lazım olmayacaq. Bunun üçün sadəcə istifadəçi adı və parolu gərək olacaq. Hesab 10 dəqiqə ərzində aktiv olacaq.

6 min manatadək hesabın açılmasına da “e-imza”ya ehtiyac olmayacaq. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazım olacaq. Sifarişçi barədə məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin bazasına sorğu göndəriləcək. Sifarişçi özü barədə məlumatları bölüşməyə icazə verdiyini təsdiqlədikdən sonra məlumatlar seçdiyi banka göndəriləcək. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə (ona uyğun olan zaman) əlaqə saxlanılacaq və bütün danışıqlar (video görüntülü zəng) qeydə alınacaq.

Qeyd olunan prosedurları keçdikdən sonra bank tərəfindən hesab açılacaq və sifarişçiyə müqavilə göndəriləcək. Sifarişçi bankı ona məxsus digər hesabların olub-olmadığı barədə məlumatlandırmalı olacaq.

Üçüncü meyara uğun olaraq sifarişçi 20 min manatadək hesab açmaq hüququna malik olacaq. Bunun üçün “e-imza”nın olması zəruridir.

Qeyd edək ki, məsafədən bank hesabının açılması xidmətinin gələn ilin əvvəlindən istifadəyə veriləcəyi gözlənilir. İlkin məlumata görə, xidmətdən istifadəyə görə komissiya tutulmayacaq. Xidmət ilkin olaraq debit kartlar üçün nəzərdə tutulur, növbəti mərhələdə isə xidmət kredit kartlar üçün də aktiv olacaq. Hazırda sistem 8 pilot banklar tərəfindən test olunur.

Xatırladaq ki, məsafədən bank hesabının açılması xidməti hüquqi şəxslər üçün də nəzərdə tutulub. Fiziki şəxslər üçün təqdim olunacaq xidmətdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limitlər qoyulmayacaq və istənilən halda hesab açmaq üçün e-imzanın olması zəruri olacaq.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
məsafədən bank hesabının açılması, bank hesabı

“Dövlət qurumlarının məlumatları arasında fərqlərin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir”

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin müavini: “Dövlət qurumlarının məlumatları arasında fərqlərin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir”

“Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı və Vergilər nazirliklərinə, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə verdikləri rəqəmlər bir-biri ilə uyğunluq təşkil etmir”.

Bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, bu barədə nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 7 dəfəyə qədər fərqin olması ilə bağlı dediklərini şərh edərkən danışıb. S.Ələkbərovun sözlərinə görə, fərqin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir: “Kənd Təsərrüfatı Nazirliyinə yüksək rəqəmlər verirlər ki, oradan subsidiya, yardım alsınlar. Amma Vergilər Nazirliyinə hesabat verəndə aşağı rəqəmlər göstərirlər. Baxmayaraq ki, burada vergi yoxdur, sadəcə, vərdiş var. Dövlət Gömrük Komitəsinə isə başqa rəqəm göndərilir. Odur ki, şüurda dəyişiklik olmalıdır”.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi ödəyiciləri

Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

vergi öhdəliyi

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər ediləcəyi gözlənilir.

Bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, təkliflərdən biri kənd təsərrüfatına münasibətdə torpaq mülkiyyətçilərindən məcburi sosial sığorta haqları nəzərdə tutulub ki, bu da minimum əmək haqqının 6%-nə bərabərdir:

“Biz hesab edirik ki, bu, kənd təsərrüfatının bugünkü inkişafına və torpaq mülkiyyətçilərinin maraqlarına cavab verməyən bir rəqəmdir və biz onun ciddi azaldılmasına təklif etmişik”.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi Məcəlləsi vergi Mecellesi
error: Content is protected !!