Daha çox8
Daha çox8

“İnsan resursları üzrə təcrübə proqramı” elan olunur

təcrübə proqramı, İnsan resursları, təcrübə proqramı“İnsan resursları üzrə təcrübə proqramı” elan olunur.

İşəgötürən: Sabah Group LLC.

Vəzifə və öhdəliklər:

• HR Menecerin tapşırıqlarının yerinə yetirilməsi
• İşə qəbul və azad olunma proseslərinin aparılması
• İş elanlarının yerləşdirilməsi,namizədlərin qəbulu
• Gündəlik olaraq işçilərin məzuniyyət, icazə və digər məsələlərin həll edilməsi
• Şirkətin tərkibində olan mağaza heyəti ilə sıx əlaqədə işlənilməsi
• Mağazalardakı işçi heyətinin həftəlik iş cədvəllərinin yoxlanılması

Tələblər:

• Yaş həddi:20-30
• Azərbaycan dili səlis, rus və ingilis dillərini orta bilmək
• Ali təhsilin olması
• MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
• Yüksək ünsiyyət qura bilmə bacarığı

Vədimiz:

• Karyera yüksəlişi
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Mehriban kollektivdə işləmə şansı

İş qrafiki:

• Saat 10:00-19:00
• 5/7 gün
• Təcrübə müddəti ödənişli olmaqla 2 aydır

E – mail : recruitment@sabah-group.com / info@finstaff.az

Mənbə: jobsearch.az



Vergilər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri, vergi, Proqnoz, ödənilməli vergilər, Cari vergi ödəmələri, Sosial Sığorta, vergi, imtahan Vergilər naziri işsizlik sığortası MDSSBeyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayon sakinlərinin nəzərinə! (Vergilər naziri)

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 20 sentyabr 2019-cu il tarixində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyun 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız

posted in: Xəbər | 0

Əmək müqaviləsi, emek muqavilesiBu yazımızı əmək müqaviləsi ilə çalışanlar üçün maarifləndirici və əhəmiyyətli bir mövzuya həsr etdik. Təbii bir haldır ki, işçi heç də işlədiyi müəssisəyə ömürlük bağlı deyildir. Bu səbəbdən də istər-istəməz hər bir işçinin qarşılaşacağı məqamlardan biri də onunla bağlanmış müqaviləyə xitam verilməsidir. (emek muqavilesi)

Bu yazıda əmək müqaviləsinə hansı hallarda xitam verilə biləcəyini və xitam zamanı işçinin hüquqlarını ətraflı izah edəcəyik.

Əmək müqaviləsinə xitamın bir neçə əsası mövcuddur ki, birinci hal tərəflərdən birinin təşəbbüsüdür. Bu halda ya işçi, ya da işəgötürən müqaviləyə xitam verə bilər. İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün onun 1 təqvim ayı əvvəlcədən işəgötürənə yazılı ərizə ilə müraciəti olmalı və ərizədə müqaviləyə xitam veriləcəyi gün göstərilməlidir. İşçi 1 ay ərzində fikrini dəyişdikdə xəbərdarlıq müddəti bitənə kimi yeni ərizə ilə əvvəlki ərizəsindən imtina edə bilər. Əgər işəgötürən işçinin birinci ərizəsi üzrə yeni işçi götürübsə və bu barədə işçiyə yazılı müraciət edibsə, işçinin 1 ay ərzində əvvəlki ərizəsindən imtina etmək hüququ yoxdur. Əgər işəgötürən işçiyə belə bir müraciət etməyibsə və işçi ikinci ərizə ilə ilk ərizəsindən imtina edirsə, bu zaman onun əmək müqaviləsi xitam edilməyəcək.

İşçinin hüququ var ki, istifadə olunmamış məzuniyyətini götürsün və məzuniyyətin son günündən əmək müqaviləsinin xitam edilməsini tələb etsin.

Bununla yanaşı işçinin yaş və əlilliklə bağlı pensiyaya çıxması, yeni yaşayış yerinə köçməsi, seksual qısnamaya məruz qalması, müvafiq təhsil müəssisəsinə daxil olması və başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda ərizəsində hansı günü qeyd edibsə, həmin gün əmək müqaviləsinin xitam olunmasını tələb etmək hüququ var.

Müqaviləyə xitam verilməsi barədə işəgötürən əmri (sərəncam, qərar) olmalıdır və bu əmrin surəti işçiyə sonuncu iş günü son haqq-hesab və əmək kitabçası ilə birlikdə verilməlidir.

İşəgötürən tərəfindən işçinin məcbur edilərək əmək müqaviləsinə xitam verdirilməsi qadağandır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir?

posted in: Xəbər | 0

Müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər satışdan sonra bank vasitəsilə hissə-hissə xarici şirkətə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilir. Bununla əlaqədar malın dəyəri süni şəkildə artırılır. Bəs həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymət ilə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir? (gömrük rüsumu)

Mallar gömrük dəyəri ilə qiymətləndiriləndə müəssisədə ilin sonuna süni mənfəət yarana bilər. Bu məsələyə görə narahat olan sahibkarlar uyğunsuzluğun uçot üzrə hesabatda hansı qaydada göstərilməsinin izah edilməsini xahiş ediblər.

Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.


Bax: İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Qeyd: Bu məqamda Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri tətbiq edilir.

Mənbə: vergiler.az



error: Content is protected !!