İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

posted in: Xəbər | 0

işsizlikdən sığorta, yemək pulu, sığorta haqqı Pay torpağıİşsizlikdən sığorta haqqında qanun 9-cu maddəsinə əsasən sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə в– hesablanmış əməyin ödənişi fondunun 0,5 faiz , sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə в– işçinin əməkhaqqının 0,5 faizdir. Vergi Məcəlləsinin 98.1 maddəsinə əsasən Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir? (yemək pulu)

Sual 1: İşəgötürən tərəfindən işciyə yemək xərcləri birbaşa özünə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq?

Sual 2: İşəgötürən tərəfindən işciyə çəkilən yemək xərci üçünçü tərəfə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq?

(Qeyd:Vergilər Nazirliyi tərəfindən online kargüzarlığa göndərilmiş məktubda üçünçü tərəfə ödənilən yemək xərci yalnız işəgötürən tərəfindən 0.5 faiz hesablanması nəzərdə tutulmuşdur. Amma İşsizlikdən Sığorta üzrə Rüblük Bəyannamədə hər hansı cəkilən xərcin işəgötürən tərəfindən ödənilməsi və işcin tərəfindən azad olunması ilə bağlı qrafa yoxdur.



Cavab: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

ƏM-nin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: İşsizlikdən sığorta haqqında” Qanun.

Mənbə: taxes.gov.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yemək pulu, yemək pulu, işsizlikdən sığorta

Vakansiya: 1300 manat əmək haqqı ilə Mühasib axtarılır

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Baku Business Consulting MMC

Əmək Haqqı: 1000 – 1300 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E- mail: office@bakubusinessconsulting.com info@finstaff.
  • Telefon: (012) 480-17-66

Vakansiya barədə məlumat

– Vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması haqqında qanunvericilik normalarını
– Mühasibat uçotunun məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması haqqında qanunvericilik normalarını
– Sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericilik normalarını
– İşgüzar yazışmaların aparılması qaydalarını
– Telefon vasitəsilə müraciətlərin cavablandırılması qaydalarını
– İş həftənin 1-5-ci günləri 09:00-dan 18:00-dək, şənbə günü 09:30-dan 13:00-də
– İstirahət günü hər həftənin bazar günüdür

Mühasib üçün tələblər

– 1C proqramında sərbəst şəkildə işləməyi
– BTP proqramında sərbəst şəkildə işləməyi
– Excel proqramında normal səviyyədə işləməyi
– İnternet vergi idarəsi, elektron hökumət portalı və internet bankingdə işləməyi
– Vergi hesabatlarının hazırlanmasını
– Maliyyə hesabatlarının hazırlanmasını
– Məcburi dövlət sosial sığorta haqqı hesabatlarının hazırlanmasını
– Statistika hesabatlarının hazırlanmasını
– Məsuliyyətli
– Dəqiq
– Məntiqli
– İşini sevən
– İnkişafı sevən
– Rus dili və ingilis dili biliyi
– Müvafiq sahədə sertifikatlar

CV-lərinizi office@bakubusinessconsulting.com / info@finstaff.az ünvanına göndərə bilərsiz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

posted in: Vergi, Xəbər | 0

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması.


Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması qaydasını müəyyənləşdirməkdir. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir.

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin məzmunundan göründüyü kimi, 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini təqdim edən şəxslər sadələşdirilmiş verginin subyekti hesab olunmur və həmin maddədə təqdim olunan sahə üzərində mülkiyyət hüququnun müddətləri ilə bağlı xüsusi bir qeyd yoxdur.

Deməli, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində sadələşdirilmiş vergidən azad edilməsi, həmin yaşayış sahəsinin fiziki şəxsin həm də azı 5 il ərzində mülkiyyətində olması şərt deyildir.

Misal 1: 
Tutaq ki, fiziki şəxsin mülkiyyətində Bakı şəhərində yerləşən 230 kvadratmetr sahəsi olan mənzili var. Fiziki şəxs 2012-cu ildən həmin mənzildə qeydiyyatdadır və 2017-ci ildən həmin mənzilin mülkiyyət hüququna sahib olmuşdur. Fiziki şəxs 2019-ci ildə həmin mənzili təqdim edir, bu halda fiziki şəxs həmin mənzildə 5 ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün mülkiyyətində olma müddəti 3 il olsa da alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır.

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar ödəmə mənbəyində binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini aşağıdakı qaydaya uyğun olaraq ayrılıqda hesablayır:

  • yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi x 15 manat ( baza məbləği) x zona əmsalı
  • qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi x 15 manat (baza məbləği ) x zona əmsalı x 1,5 qeyri-yaşayış sahə əmsal.

Misal 2:
Tutaq ki, fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadratmetr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m² sahəsi olan ticarət obyektini təqdim etmişdir. Alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 m² (binanın ümumi sahəsi) x 15 manat (baza məbləği) x 3 (zona əmsalı) = 4.500 manat (sadələşdirilmiş vergi);
Ticarət obyektinin satışı üzrə: 150 m² x 15 manat (baza məbləği ) x 2,2 (zona əmsalı) x 1.5 (qeyri-yaşayış sahə əmsalı) = 7.425 manat (sadələşdirilmiş vergi).
Cəmi ödənilməli sadələşdirilmiş vergi: 4.500 + 7.425 = 11.925 manat.

Onu da qeyd edək ki bu maddəyə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı aşağıdakı hallarda müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergi tuta bilməzlər.

1. Fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri təqdim edildikdə;
2. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri vergi ödəyicisinin ailə üzvləri tərəfindən hədiyyə, maddi yardım və miras kimi verildikdə;
3. Vergi Məcəlləsinin 102.1.18-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən fiziki şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
4. Vergi Məcəlləsinin 106.1.16.-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən hüquqi şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
5. Vergi Məcəlləsinin 144.1.1-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri ər və arvad arasında verildikdə;
6. Vergi Məcəlləsinin 144.1.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
7. Vergi Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edildikdə.

Misal 3: 
Tutaq ki, fiziki şəxsin 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu X qəsəbəsində yerləşən 300 kvadratmetr sahəsi olan mənzili var. Fiziki şəxs həmin mənzili öz oğluna hədiyyə edir bu halda alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır. Çünki Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri vergidən azaddır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Sadələşdirilmiş vergi, Yaşayış sahələri

Uninet MMC 2500 manat əmək haqqı ilə vakansiya elan edir

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi / İşəgötürən: Uninet MMC

Əmək Haqqı: 2000 – 2500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 20 – 35 yaş
  • Cins: Kişi
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E- mail: anna.sotnikova@uninet.az / info@finstaff.az

Vakansiya barədə məlumat

• Aylıq hesabatların beynəlxalq standartlara (İFRS) uyğun hazırlanması.
• Xarici Audit sənədlərin təqdim olunması və audit rəyinə əsasən düzəlişlərin edilməsi.
• Xarici audit üçün hesabatların yığılması və onlara təqdim olunması.
• Auditorlar üçün əsas əlaqələndirici şəxs qismində çıxış etmək.
• Maliyyə prezentasiyalarının hazırlanması.
• Tələblər daxilində İdarəetmə və İdarə Heyətlərinə hasabatların hazırlanması və təqdim olunması.
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı -2000-2500 AZN (Net)

Namizədə tələblər

• Yaş: 20-35
• Cinsi: Kişi
• Təhsil: Ali
• İş təcrübəsi: 3 il, BİG4 təcrübəsi daxil olmaq şərti ilə.
• Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla), Rus (üstünlük verilir)
• Kompyuter bilikləri: MS Office-əla

E-mail-in subject bölməsində Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi yazmağınız mütləqdir.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi Vakansiya