Daha çox8
Daha çox8

Vakansiya: Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Espresso Club Azerbaijan

Əmək Haqqı: 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E- mail: hr@imic.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Mal-materialların uçotunun aparılması;
– İşçilərin əmək haqqlarının hesablanması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
– İş qrafiki: 10:00-20:00, həftənin bazar ertəsi – şənbə
– Əmək haqqı – 800 AZN
– İstirahət günü: bazar günləri
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Namizədə tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– MS Office proqramları üzrə biliklər, BTP, EFP proqramları ilə işləmə bacarığı;
– İnternet Banking vasitəsilə online ödənişləri həyata keçirmə bacarığı;
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
– İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
– Fərdi və komandada işləmək bacarığı

Zəhmət olmasa CV-lərinizi hr@imic.az / info@finstaff.az emailinə göndərin.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İlk 8 ayda özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb

posted in: Xəbər | 0

Mikayıl Cabbarov: “Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq yaranıb”

“Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir”.

Bunu Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə – İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Statistika Komitəsi ilə onların göstəriciləri arasında fərq olub: “2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir. Bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 mln manat artıq olub ki, bu da proqnoz tapşırığın 112% icra edilməsi deməkdir”.

Nazir əlavə edib ki, əmək bazarında şəffaflaşma prosesi artan dinamika ilə gedir: “Bu ilin ilk ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa bu rəqəm 112 minə çatıb. Hansı ki, onun 78%-i özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi əsasən ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydiyyata alınıb. Əməkhaqqında da artım qeydə alınıb. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı təşəbbüsləri nəzərə almasaq əməkhaqqının həcmi 20%-dək artıb”.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək müqaviləsi

Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

sadələşdirilmiş vergi

Sual: 1. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə satır. Bu halda hansı vergi öhdəlikləri yaranır? 
2. Səhmlərin satış dəyəri 200 000 manat keçdiyi halda ƏDV öhdəliyi yaranırmı?
Cavab: Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsindən ƏDV tutulmur.
Bununla yanaşı sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə təqdim etməsi zamanı əldə olunan gəlirlərindən sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Mənbə: taxes.gov.az

Bax:

Vergi ödəyicisi vergi güzəştindən imtina edə bilər?

Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?

Vəfat etmiş vergi ödəyicisinin vergi borcunu kim ödəməlidir?


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tikintiyə ödənilən vəsait şirkətin mənfəətindən çıxılırmı?

posted in: Uncategorized | 0

ƏDV ödəyicisi olan şirkət icarəyə torpaq götürüb, tikinti şirkəti ilə müqavilə əsasında ofis tikintisini həyata keçirir. İşlərin həyata keçirilməsi zamanı ödənişlər müqavilə əsasında avans şəklində ödənilir və kapital qoyuluşu hesabında qeyd olunur. Obyektin tikintisi 2020-ci ildə planlaşdırılır, müvafiq təhvil-təslim sənədləri veriləndən sonra əsas vəsaitlər hesabına köçürüləcək. Belə olan halda tikintiyə ödənilən vəsait şirkətin sərbəst mənfəətindən çıxılmalıdırmı, yoxsa yalnız amortizasiya xərcləri mənfəətə təsir göstərəcək?

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, əsas vəsaitlərin tikintisini podrat üsulu ilə həyata keçirərkən ödənilən məbləğlər kapital qoyuluşu hesabına aid edilməklə aktivlərin dəyərini formalaşdırır. Təhvil verilən aktivlər “Təhvil-qəbul aktı” və elektron qaimə-faktura əsasında balansa mədaxil edilir və aktivlərə çəkilmiş xərclər yalnız amortizasiya ayırması şəklində gəlirdən çıxılır. Aktivlərin tikilməsi prosesində çəkilən kapital xarakterli xərclər bəyannamənin Əlavəsində “kapitallaşdırma üçün aktivlər” 1.8-ci sətrində əks olunur. Aktivlər təhvil verildikdə isə təhvil verilən aktivin dəyəri əsas vəsaitlər sətrinə mədaxil edilməklə əks olunur.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, Məcəllənin 114-cü maddəsinə uyğun olaraq istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan əsas vəsaitlər amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

VM 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət oluna bilər.

error: Content is protected !!