1000 manat əmək haqqı ilə Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Damla MMC

Əmək Haqqı: 800 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@damlamebel.az info@finstaff.az

 

Vakansiya barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İstehsal olunan malların maya dəyərinin hesablanması;
– Aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– AR əmək məcəlləsinə əsasən işçilərin sənədləşməsinin aparılması;
– Həftədə 6 iş günü, 1 gün istirahət;
– Əmək haqqı: 800-1000AZN
– Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
– İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
– İşçilərin daşınması üçün nəqliyyat xidməti var. (Nəqliyyat xidməti: Sumqayıtdan, Xırdalandan, 20 Yanvardan)

Mühasib üçün tələblər

– Ali Təhsilli
– Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
– 1C-in 8.3 rus versiyasında yüksək işləmə bacarığı
– Sərbəst qərar qəbul etmə və analitik bacarıqlar;
– Microsoft office proqramlarından istifadə bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az / info@finstaff.az elektron ünvanına mövzu yerinə Mühasib yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib

Vergi borcu əmlaka yönəldilə bilərmi?

posted in: Vergi, Xəbər | 0

Vergi borcu əmlaka yönəldilə bilərmi?

Təcrübədə vergi borcuna görə vergi ödəyicilərinin məhkəməyə verilməsi, borcun əmlaka yönəldilməsi hallarına az rast gəlinir. Mütəxəssislər hesab edirlər ki, baş verən azsaylı hallar vergi ödəyiciləri üçün ciddi siqnal olmalıdır. Mövzunu maliyyə məsləhətçisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi borcu və ya ona hesablanmış faizləri, habelə vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyalarının tutulması məqsədilə ixtisaslaşdırılmış hərracda satışa çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qeyd etmək lazımdır ki, burada hüquqi şəxsin yalnız balansında olan əmlakdan söhbət gedirsə, fərdi sahibkar borcu üçün onun adına rəsmiləşdirilmiş bütün əmlakla cavabdehdir – hətta bu əmlakın onun sahibkarlıq fəaliyyətinə heç bir aidiyyəti olmasa belə. Bəzən vergidən yayınmaq üçün iş adamları əmlaklarını öz həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Lakin unutmaq lazım deyil ki, ər-arvadın nikahda olduğu müddətdə əldə edilən əmlak hər ikisinə məxsusdur.

Bu hallar, əslində, xoşagəlməz, hətta təhlükəlidir. Vergidən yayınmaq üçün atılan qeyri-qanuni addımlar iş adamlarında ciddi streslər yaradır. Bunun yeganə alternativi vergiləri vaxtında və tam şəkildə ödəməkdir. Hər şey eynilə həndəsədə olduğu kimidir: iki nöqtə arasındakı ən qısa məsafə, onların arasından çəkilən düz xəttdir. Nə qədər çalışsan da, bunu dəyişdirə bilməzsən.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi borcu

Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) – Bank Respublika ASC

Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) / İşəgötürən: Bank Respublika ASC.

İş barədə məlumat

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Namizədə tələblər

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Maraqlanan şəxslərin öz CV-lərini 22 sentyabr 2019-cu il tarixinədək hr@bankrespublika.az / info@finstaff.az ünvanına, mövzu hissəsində Təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
təcrübə proqramı, bank respublika

İdxal olunan malları gömrük yoxsa invoys dəyəri ilə mədaxil edək?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

İdxal olunan malları gömrük yoxsa invoys dəyəri ilə mədaxil edək?

Sual:

Bizim müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər hissə-hissə satışdan sonra xarici şirkətə bank vasitəsiylə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilərək gömrükləşdirilir. Və bununla əlaqədar süni olaraq malın dəyəri yüksəlir.

Sualım budur ki, gələcəkdə həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəriylə bəyan olunmalıdır?

Belə ki, gömrük dəyəriylə mallar qiymətləndiriləndə süni olaraq müəssisədə ilin sonuna mənfəət yaranır. Xahiş edirəm yaranmış uyğunsuzluğun uçot üzrə hesabatda hansı qaydada göstərilməsini izah edəsiniz.

Cavab:

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır. Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
invoys dəyəri gömrük