Ödəniş kartlarının istifadə qaydalarında dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

Ödəniş kartlarının istifadə qaydalarında dəyişikliklər ediləcək

Ödəniş kartları

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə təmassız ödənişlərin genişləndirilməsinə dair ödəniş kartlarının emissiya və istifadə qaydalarına dəyişikliklər layihəsini irəli sürüb. Ödəniş kartları

Bunu qurumun Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda sənəd aidiyyəti dövlət qurumları ilə müzakirə olunur:

“Yeni layihə rəqəmsal ödənişlərdə biometrik eyniləşdirmə üsullarının tətbiqi ilə yanaşı, təmassız ödənişlər texnologiyasının əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq. Yəni təmassız ödənişlərin ödəniş terminalları infrastrukturu üzərindən aparılması imkanı da bu qaydalarda aparılacaq dəyişikliklər əsasında mümkün olacaq”.

Ölkənin nəqliyyat sistemində təmassız ödənişlərin qəbuluna toxunan Palata rəsmisi bildirib ki, ictimai nəqliyyatda bu texnologiyanın tətbiqi Bakı Nəqliyyat Agentliyi ilə müzakirələr əsasında müəyyən olunacaq: “Qeyd edim ki, nəqliyyat sistemində rəqəmsal ödənişlərin tətbiqi, ödəniş kartları ilə əməliyyatların aparılması “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd olunan tədbirlərdən biridir”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ödəniş kartları

2500 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Prior Leasing

Əmək Haqqı: 2000 – 2500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs:HR
  • E-mail: hr@priorleasing.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;
– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Baş Mühasib üçün tələblər

– Lizinq sahəsində ən azı 3-5 il iş təcrübəsi;
– Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

Maraqlanan namizədlər mövzu yerində Baş mühasib yazmaqla öz CV-lərini hr@priorleasing.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Baş Mühasib Vakansiya

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 8,4% artıb

posted in: Uncategorized, Xəbər | 0

əmək haqqı, əməkhaqqının artımı, əmək haqqı, emek haqqiBu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 613,8 min nəfər olub. (əmək haqqı)

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək haqqı

Azərbaycanda yeni işçi götürən sahibkarlara subsidiya veriləcək

posted in: Xəbər | 0

subsidiyaAzərbaycan Sahibkarlar Konfederasiyası (ASK) sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verir.

ASK-dan verilən məlumata əsasən, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxataranlar və işəgötürənlərin təşviq edilməsi məqsədi daşıyır.

Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə əsasən işəgötürənlər  və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin  12 ay ərzində əmək haqqının 50% (vergilər və sosial sığorta haqları daxil olmaqla)  işə götürənlərə subsidiya şəklində veriləcək.

Məlumata əsasən, proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək. Layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilər.

Mənbə: apa.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

subsidiya