» » » ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə “0” faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda ƏDV hesabatını “0” dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? “0” faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?

Suallarla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən, podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin Əlavə Dəyər Vergisindən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə Əlavə Dəyər Vergisinə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən Əlavə Dəyər Vergisindən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə Əlavə Dəyər Vergisi sıfır (0) faiz dərəcəsi ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar Əlavə Dəyər Vergisi bəyannaməsinin 302 kodlu “ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği Əlavə Dəyər Vergisiz, C4 xanasında isə Əlavə Dəyər Vergisinə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faizlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
“0” dərəcə ƏDV hesabatı EDV