» » » Yaşı 18-dən az olan şəxslərlə əmək münasibətləri

Yaşı 18-dən az olan şəxslərlə əmək münasibətləri

posted in: Xəbər | 0
birbank biznes

Yaşı 18-dən az olan şəxslərlə əmək münasibətləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Suraxanı rayonunda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarında, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsinin qadağan olduğu qeyd edilib.

İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəalar barədə iştirakçılara geniş məlumatlar verilib.

Tədbir müvafiq mövzuda sualların cavablandırılması ilə davam edib.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək münasibətləri