» » » Mikro Sahibkarlıq subyektlərində Orta siyahı sayı necə hesablanır?

Mikro Sahibkarlıq subyektlərində Orta siyahı sayı necə hesablanır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Mikro Sahibkarlıq subyektlərində Orta siyahı sayı necə hesablanır?

Sual:

Mikro Sahibkarlıq subyektində işçilərin orta siyahı sayı 1-10 nəfər olmalıdır. Bilmək istərdimki işçilərin orta siyahı sayının hesablanma qaydası necədir?

Cavab:

Bildiririk ki, “Mikro, kiçik, orta və iri Sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın məqsədləri üçün işçilərin orta siyahı sayı hesabat ilinin ayları üzrə işçilərin sayı toplanaraq 12-yə bölmək yolu ilə hesablanır.

Vergi ödəyicisi il ərzində fəaliyyətini dayandırdıqda isə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mikro Sahibkarlıq Orta siyahı sayı