Vakansiya: Baş Mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Azinterservice Co.

Şəhər: Bakı

Yaş: 28 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Nigar Vəlibəyova

Telefon: (012) 488-04-88 / (055) 262-50-22

E-mail: n.valibayova@azinterservice.az / info@finstaff.az

Əmək haqqı: 1500 AZN.

İş barədə məlumat

– Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının vaxtında və düzgün tərtib etməsi və müvafiq ünvanlara göndərilməsi
– Ayın bağlanması, xərclərin hesablar üzrə bölüşdürülməsi
– Gündəlik və aylıq hesabatların yoxlanılması
– Mal qalıqlarının yoxlanması
– Pulun hərəkəti bank, kassa və ƏDV depozit hesabı qalıqların yoxlanması
– Bank köçürmələri- ölkə daxili və SWIFT
– Vergi hesab fakturalarının yazılması
– Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini tərtib edilməsi
– Əmək haqqı, məzuniyət, tabel cədvəli və digər mühasibat cədvəllərinin tərtib edilməsi və hesablanması
– Bank əməliyyatlarının və ciddi hesabat blanklarının düzgün yazılmasına nəzarət edilməsi, həmçinin onların uçotunun aparılması
– Debitor ve kreditor hesablarının aparılması və onlara nəzarət edilməsi
– Anbara nəzarət edilməsi
– Xəzinə əməliyyatlarının 1C proqramında nəzarət edilməsi
– Gündəlik qaimə hesab fakturalarının yazılması
– 1С proqramında məlumatların operativ daxil edilməsi və digər əməkdaşlar tərəfindən daxil edilən məlumatların yoxlanılmasını təmin edilməsi
– İş saatı: 09:00-dan 18:00-dək
– İş rejimi: Həftənin 6 günü; istirahet günü – bazar
– İş yeri: Babək Plaza

Namizədə tələblər

– Cins: xanımlara üstünlük veriləcək
– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr)
– Maliyyə və mühasibat sahəsi üzrə ən az 5 il iş təcrübəsi
– Vergi və əmək qanunvericilik
– Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
– Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
– Yaşayış qeydiyyatı: Bakı şəhəri
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olan

CV-lərinizi n.valibayova@azinterservice.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Dövlət və ya yerli özünüidarəetmə orqanının işçiləri üçün Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (dövlət və ya yerli özünüidarəetmə orqanının işçiləri üçün).

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”

 – şəxsiyyəti təsdiq edən sənədin surəti

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– dövlət və ya yerli özünüidarəetmə orqanının işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə

– Asan İmza SİM-kartı

– Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi:

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı

– AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə

– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Asan İmza Simkartı,Asan İmza Simkartı,Asan İmza Simkartı, 

Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil ediləcək

posted in: Xəbər | 0

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları,  bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.

Mənbə: sosial.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək

Bir neçə fəaliyyət növü ilə məşğul olmaq olar?

posted in: Xəbər | 0

vergiHüquqi şəxs yaradaraq iki müxtəlif istiqamətdə – həm hüquqi xidmətlər, həm də ticarət sektorunda fəaliyyət göstərmək mümkündürmü? Vergilər Nazirliyinin sualla bağlı cavabında qeyd olunur ki, bir neçə fəaliyyət növü üzrə məşğul olmaq üçün ölkə qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Sadəcə olaraq, bunun üçün uçot zamanı müvafiq fəaliyyət növləri və uyğun mükəlləfiyyət seçilməlidir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
fəaliyyət növü