Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

posted in: Xəbər | 0

uşaq pulu uşaqpulu məzuniyyət hüquqları mezuniyyetƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. (emek)

Müraciətdə bildirilir ki, sentyabrın 1-dən etibarən işçilərin minimum əməkhaqqı 250 manatdan az ola bilməz. Xatırladaq ki, prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqı 250 manat müəyyən edilib.

«Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-ə qədər əməkhaqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əməkhaqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz»-deyə müraciətdə bildirilir.

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.

18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqları ödənilən işçilərin əməkhaqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Mənbə: fed.az

Vergi islahatları büdcə kəsirini azaltmağa imkan verəcək

posted in: Vergi, Xəbər | 0

vergi islahatları, büdcəAzərbaycanda dövlət idarəçiliyi sahəsində səmərəliliyin artması neftin qiymətinin ucuzlaşması nəticəsində sürətlə pisləşən ticarət şərtləri fonunda baş verib. Bunu “Moody` s Investors Service” reytinq agentliyinin analitikləri qeyd edirlər. Agentliyin MDB-də islahatlara və onların nəticələrinə dair hesabatında qeyd edilib ki, dünyada enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması nəticəsində Azərbaycan milli valyutanın dollara bağlılığını ləğv edib ki, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib: “Hazırda Azərbaycan Mərkəzi Bankı da uçot dərəcəsinin köməyi ilə inflyasiya hədəflənməsi prosesini həyata keçirir, eyni mexanizmdən istifadə edən Qazaxıstan isə inflyasiyanın daha sürətlə azalmasına nail olur”. (vergi islahatları, büdcə)

“Moody` s”in analitikləri vurğulayıblar ki, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyası ölkəni yüksək dollarlaşmış bank sistemində artan təzyiqlə üz-üzə qoyub: “Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərin və qanunverici təşəbbüslərin həyata keçirilməsinə səbəb olub. Neft gəlirlərinin sabitliyini nəzərə alaraq hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün səylərini bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda (1 yanvar 2019-cu il – İF) Azərbaycanda tətbiq edilən vergi qanunvericiliyi protsiklliyi, eləcə də qeyri-neft büdcəsi kəsiri tədricən azalacaq”.

Agentlik hesab edir ki, Azərbaycanda (“Ba2”, “stabil”) 2014-16-cı illərin şoklarından sonra iqtisadiyyat bərpa olunduqca islahatların aparılması üçün sövqedici motivlər azalıb.

Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi islahatları, büdcə

Vakansiya: Kiçik Mühasib – Formula Group

kiçik Mühasib köməkçisi vakansiyaVakansiya: Kiçik Mühasib.

İşəgötürən: Formula Group.

Şəhər: Bakı

Yaş: 25 – 35 yaş

Cins: Qadın

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Ramil bəy

Telefon: (055) 909-56-80 / (018) 654-02-53

E-mail: info@fgs.az / info@finstaff.az

Əmək haqqı: 300 – 500 AZN

İş barədə məlumat

– Gündəlik bank, kassa əməliyyatlarının 1C proqramına daxil edilməsi
– Mühasibatlıq modulu üzrə (mədaxil, məxaric, anbar əməliyyatı) 1C əməliyyatlarının aparılması
– Xidmət və mal-material alışlarının 1C proqramına daxil edilməsi
– Gündəlik satışların (E-qaimə) 1C proqramına daxil edilməsi
– Onlayn satış qaimələrinin hazırlanması
– Malların giriş, satış və yerdəyişmə sənədlərinin 1C proqramına daxil edilməsi
– Nəğd pul mədaxil və məxaric sənədlərinin sistemə daxil edilməsi
– Sifarişlərin izlənilməsi və idarə olunması
– Nahar şirkət tərəfindən qarşılanır
– İş rejimi: Həftənin 6 günü 09:00-dan 19:00-dək
– İş yeri: Nerimanov rayonu. Əliyar Əliyev küç. 54

Namizədə tələblər

– Yalnız xanım namizəd
– Ali təhsil
– Ən azı 2 il Mühasibatlıq sahəsində iş təcrübəsi
– Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
– Dil bilikləri: Azərbaycan dili və Rus dili
– Məsuliyyətli, dəqiq və peşakar
– Yaşayış qeydiyyatı: Bakı şəhəri
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olan

Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ( info@fgs.az / info@finstaff.az) elektron poçtuna göndərməlidir. Mövzü bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kiçik mühasib, vakansiya