» » » Vəfat etmiş vergi ödəyicisinin vergi borcunu kim ödəməlidir?

Vəfat etmiş vergi ödəyicisinin vergi borcunu kim ödəməlidir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

vergi borcuSual: Bilmək istəyirəm, valideyn yerli vergilər idarəsinin qeydiyyatında öz adında dükan işlədir. Valideyn sağ ikən, öz dövlət qeydiyyatında olan dükanını övladlarından heç birinin adına yerli vergilər idarəsində qeydiyyata salmırsa və sağlığındada dükanın fəaliyyətinin dayandırılması barədə də yerli vergi idarəsinə ərizə ilə muraciət etmirsə və ömrünün sonuna qədər öz dövlət qeydiyyatında olduğu dukanını hər ayın vergisini verib işlədirsə, belə olduğu təqdirdə valideyin dunyadan köçəndə valideynin hər ay ödəməli olduğu vergisinə görə övladlarından hər hansı biri məsuliyyət daşıyırmı?

Cavab: Bildiririk ki,  vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

Vəfat etmiş şəxsin varisi (varisləri) olmadıqda və ya varisi (varisləri) tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından və vəfat etmiş şəxsin varisindən (varislərindən) alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış Komissiyayanın qərarı əsasında həyata keçirilir.

Vəfat etmiş şəxsin varisi (varisləri) olduqda və onun əmlakı varisə (varislərə) keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik  əmlakının dəyəri hədlərində ödənilir. Qeyd edilən halda vəfat etmiş şəxslərin borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir.

Əsas: VM 81-ci maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi borcu