» » » Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?

Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?

ƏDV, EDV

Sual:

A müəssisəsi Əlavə Dəyər Vergisi ödəyicisidir və balansında 100000 AZN dəyərində daşınmaz əmlakı (qeyri yaşayış sahəsi) var. Həmin əmlak A müəssisəsi tərəfindən alınarkən Əlavə Dəyər Vergisi ödənilmiş və həmin dövrdə də əvəzləşdirilmışdir. Hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunduğunu nəzərə alsaq, A müəssisəsi tərəfindən həmin əmlak satılarkən əvəzləşmiş Əlavə Dəyər Vergisi məbləği yenidən hesablanmalıdırmı?

Cavab:

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir və bu təqdim etmədən əldə edilən gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.

Eyni zamanda aparılmış əməliyyat ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə Əlavə Dəyər Vergisi ödənilib əvəzləşdirildiyi halda ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləği təqdim etmənin baş verdiyi ayın Əlavə Dəyər Vergisi bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 3.5-ci, 150.1.9-cu, 159-cu, 218.4.3-cü, 219.3-1-ci və 219.5-ci maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: 
Vəfat etmiş vergi ödəyicisinin vergi borcunu kim ödəməlidir?

 


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV EDV Mənfəət vergisi