» » » Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlərin vergi öhdəliyi

Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlərin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Ödənişli Təcrübə Vergi mühasibatlığıVergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlərmi?

Vergilər Nazirliyi mövzunu şərh edərək bildirir ki, Vergi Məcəlləsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi əldə etdiyi gəlirdən xərclər çıxılmadan 2 faiz sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərə bilərlər.

Sadələşdirilmiş verginin hesabat dövrü rübdür və hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Mənbə: vergiler.az

Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi